image image

Hədəf Xankəndidir: Ordu hazır durumda, təslim olmasalar... - Kritik gəlişmə

image

 

 

Ana səhifə  /

Azərbaycan Ermənistanın təxribatları fonunda özünün konkret hədəflərinə çatacaq. İndiki durumda Azərbaycan üçün əsas hədəf Xankəndidir. Azərbaycanın ərazi bütövlüyü təmin edilib. İndi isə onun suverenliyinin son hədəfləri reallaşmalıdır. Xankəndi və onun ətrafındakı tarixi torpaqlarımızda bayrağımız dalğalanmalıdır. Qarabağ bütövlükdə Azərbaycanın idarəçilik sisteminə daxil olmalıdır. Eyni zamanda burada separatizmə son qoyulmalı, xunta yuvası darmadağın edilməlidir.

 

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

 

O qeyd edib ki, Qarabağda Azərbaycana qarşı əlində silah tutan bilən hər kəs silahı yerə qoyub, təslim olmalıdır:

“Bunun əksini edənlər isə məhv edilməlidir. Separatizmin bütün şəbəkəsi darmadağın olunmalıdır. Hədəf budur. Bu istiqamətdə artıq proseslər sona çatmaqdadır. Dairə daralır. Çünki Ermənistanda Nikol Paşinyan və onun komandası Azərbaycana qarşı təxribatlarını və təhdidlərini davam etdirir”.

Partiya sədri hesab edir ki, Ermənistan Azərbaycana qarşı ən müxtəlif platformalarda başqa çıxış yolu qoymur:

Ətraflı

 

“Eyni zamanda separatçılar da ən müxtəlif şəkildə fəallaşıblar. Hazırda orada qondarma rejimin rəhbərliyinə gəlmək üçün ciddi daxili gərginlik yaşanır. Ona görə də, Azərbaycan oradan yeni bir qondarma rejim “prezidentinin” seçilməsi faktını qəbul etməli deyil. Buna imkan verilə bilməz”.

Fəzail Ağamalıya görə, məhz bu səbəbdən də Azərbaycanın müvafiq qurumları öz peşakarlığını ortaya qoyub separatizm yuvasını yerləbir etməldir:

“Bu gözlənilir. Cəmiyyətimizin də gözlədiyi budur. Dövlətimizin buna kifayət qədər imkanları var. Çünki 3 ildir yumşaq güc, diplomatik fəaliyyət, çağırışlar, ölkə başçısı səviyyəsində belə onların əfv edilməsinə qədər deyilən sözlərin qarşılığı yoxdur. Əgər faşist düşüncəli insanlar Azərbaycanın qanunları qarşısında geri çəkilmək istəmirsə, son hədəf antiterror əməliyyatları olacaq”





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...