image image

Bu gün Azərbaycan sülh müqaviləsinin imzalanmasına xidmət edən hər bir addımı dəstəkləməklə yanaşı, qarşı tərəfdən də səylərini artırmağı tələb edir

image

 


Ermənistanın təşəbbüsü ilə Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və “Dağlıq Qarabağ” ermənilərini aclıqla soyqırımına məruz qoyması iddiasının BMT TŞ-nin gündəliyinə gətirməsi və nəticə almaması, onun bu məsələni bir daha hansı isə beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalını sıfıra endirdi. Rəsmi İrəvan növbəti təxribat törətməyə çalışırdı, amma səmərəsiz oldu. Əslində, regionda Ermənistan 30 il ərzində humanitar fəlakət yaradıb. İstər Ulu Öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev daima bu faktı beynəlxalq tribunalarda səsləndiriblər. Hətta Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının sessiyalarında belə, bu haqda çıxışlar edib. Dövlətimizin başçısı 2017-ci ildə BMT-nin Baş Assambleyasının 72 sessiyasının açılışındakı nitqində deyib: “Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir”. 
Ermənistan 30 ilə yaxın müddətdə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və buna görə cəzalandırılmadı da. BMT-nin Təhlükəsizlik Şurasının sədrinin belə, bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayan Ermənistan, indi isə qətnamələrini diqqətə almadığı beynəlxalq qurumdan yardım diləyir. Bu, rəsmi İrəvanın siyasi məsuliyyətsizliyidir. 
Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya almasını, Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın iftiraya əsaslanan tezislərini dəstəkləmədi, Azərbaycana qeyd edilən iddialarla bağlı ittiham irəli sürmədi. BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Ermənistanın tezislərinin heç bir dövlət tərəfindən dəstəklənməməsi birbaşa Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin bariz nəticələrindən biridir. Əslində, TŞ-də keçirilən müzakirələrin nəticələri gözlənilən idi. Məsələ bundadır ki, Ölkə Prezidenti İlham Əliyevin məhz strateji düşüncəni ön planda tutaraq həyata keçirdiyi düşünülmüş və balanslaşdırılmış xarici siyasət kursu Ermənistanın son ümidlərinin də puça çıxmasını öncədən şərtləndirmişdi. Bundan başqa, dövlət başçımız dəfələrlə bəyan edib ki, Azərbaycan hökuməti Qarabağda yaşayan bütün sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. TŞ-də müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin balanslı çıxışları da məhz Azərbaycanın mövqeyini bir qədər də gücləndirdi və ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi. 
Bu gün Azərbaycan sülh müqaviləsinin imzalanmasına xidmət edən hər bir addımı dəstəkləməklə yanaşı, qarşı tərəfdən də səylərini artırmağı tələb edir. Ermənistan hər gün hansısa bir əsassız fikri səsləndirib ətrafında ajiotaj yaratmaqdansa, ümumilikdə regionun gələcək inkişafı üçün əsas olan sülh müqaviləsinin imzalanmasına diqqət göstərsin. Bu çağırış hər zaman səsləndirilir: Sülh təklifi uzun müddət masa üzərində qalmayacaq.

 

Tural Tarverdiyev, 
Salyan rayon Kürqaraqaşlı kənd inzibati
ərazi dairəsi üzrə nümayəndənin müavini, YAP fəalı





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...