image image

Azərbaycan hər bir sahədə olduğu kimi media sahəsində də Ermənistan üzərində parlaq qələbə qazandı və qazanmaqdadır

image

 

Vaxtilə erməni qəsbkarlarının vandalizminə məruz qalan Şuşa indi artıq inkşaf etməkdə, çiçəklənməkdə və beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməkdədir. İyulun 21-də Şuşada növbəti beynəlxalq tədbir - “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun açılış mərasimi keçirildi. 49 ölkədən 150 xarici qonağın, 34 ölkənin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun iştirakı ilə keçirilən Qlobal Media Forumunun açılış mərasimində cənab Prezidentimiz  İlham Əliyev iştirak və çıxış etdi. İlk öncə qeyd etmək lazımdır ki, belə yüksək səviyyəli beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi və möhtərəm prezidentimizin bu tədbirdə iştirakı Azərbaycan dövlətinin media sahəsinə olan diqqətinin göstəricisidir. Qlobal Media Forumunun açılış mərasimində çıxış edən dövlətimizin Başçısı bir çox vacib məsələlərə toxundu. Ümumilikdə Azərbaycan Prezidentinin məzmunlu, arqumentli və detallı çıxışı əsl siyasi-diplomatik dərs idi.
Çıxışında cənab prezident İlham Əliyev Azərbaycan və Türkiyə qardaşlığı haqqında danışaraq qardaş Türkiyənin İkinci Qarabağ Müharibəsi zamanı göstərdiyi dəstəyi xüsusi vurğuladı. Eyni zamanda Dövlət Başçımız Vətən Müharibəsindəki parlaq qələbədən sonra  Azərbaycan və Türkiyə arasında mövcud olan de-fakto münasibətlərin rəsmiləşdiyini və Şuşa Bəyannaməsinin imzalanmasını diqqətə çatdıraraq bunun da ölkələrimiz üçün çox böyük sərvət olduğunu bildirdi. Əlbətdə bu gün Azərbaycan və Türkiyə arasındakı sarsılmaz birlik hər iki dövlətin gücünə güc qatır. Ölkələrimizin dünya miqyasında nüfuzunun artması, eyni zamanda Azərbaycanla Türkiyə arasındakı əlaqələrin sürətli şəkildə inkşaf edərək ali müttəfiqlik formasına qədər yüksəlməsi hər iki ölkənin liderinin- Azərbaycan prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın böyük siyasi və liderlik bacarığının, uzaqgörən siyasətinin nəticəsidir.
Daha sonra Ali Baş Komandanımız İlham Əliyev ordumuzun daha da qüdrətlənməsi, Ermənistandakı revanşist qüvvələr haqqında danışaraq qeyd etdi ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra ölkəmizə qarşı potensial təhlükə yoxdur. Əlbətdə bu gün Azərbaycanda güclü daxili sabitlik, inkşaf və sarsılmaz birlik mövcuddur. Nə qədər ki ölkəmizdə xalq-iqtidar birliyimiz, güclü ordumuz və İlham Əliyev kimi müdrik Liderimiz var Azərbaycan istənilən qüvvəyə layiqli cavab verməyə qadirdir və bizə heç təhlükə ola bilməz.
Ölkə başçımız cənab İlham Əliyev Azərbaycanın dünya dövlətləri və aparıcı beynəlxalq təşkilatlardakı fəaliyyətindən danışdı. Xüsusi olaraq qeyd etmək lazımdır ki, hazırda dünyada cərəyan edən gərginlik, beynəlxalq münaqişələr və qeyri-sabit proseslər fonunda möhtərəm prezidentimiz cənab İlham Əliyevin zərgər dəqiqliyi ilə ölçüb biçərək həyata keçirdiyi müdrik, uzaqgörən və unikal  siyasət nəticəsində ölkəmiz regionun aparıcı dövləti olaraq dünyada etibarlı tərəfdaş, qüdrətli dövlət kimi tanınır. Azərbaycan dövləti tərəfindən bir sıra beynəlxalq əhəmiyyətli enerji layihələri icra olunur, dünya dövlətləri ilə əməkdaşlıq daha da genişləndirilir, ölkələrarası səfərlər və görüşlər həyata keçirilir.
Çıxışında cənab Prezident İlham Əliyev Azərbaycan mediası haqqında bəhs edərək mediamızın, mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasındakı rolundan danışdı. Cənab Prezidentimizin də qeyd etdiyi kimi istər Vətən Müharibəsi zamanı istərsə də müharibədən sonrakı dönəmdə həm mövcud həqiqətlərin həm də erməni yalanlarının ifşasında Azərbaycan mediası çox böyük rol oynadı. Qürurla qeyd etmək istərdim ki, Azərbaycan hər bir sahədə olduğu kimi media sahəsində də Ermənistan üzərində parlaq qələbə qazandı və qazanmaqdadır.
Ölkəmizdə mətbuata diqqət və qayğının əsası xalqımızın Ümumilli Lideri, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş mətbuatın inkişafına dövlət qayğısı bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməkdədir. Ölkə başçısı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı üçün hər bir şərait yaradılmışdır. Azərbaycan dövləti mətbuat sahəsinə diqqət və qayğısına görə dünya ölkələrinə nümunə olacaq model formalaşdırmışdır.

 

Milli Məclisin Deputatı Sədaqət Vəliyeva





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...