image image

Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir

image


     Xarici siyasətində dünya ölkələri, o cümlədən Avropanın böyük dövlətləri ilə əlaqələrini uğurla davam etdirən Azərbaycan dünyada etibarlı tərəfdaş imicinə sahibdir. Böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm vermələri ölkəmizin etibarlı və sınanmış tərəfdaş olduğunu bir daha təsdiqləyir. Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Müasir dövrdə Azərbaycan Avropanın etibarlı tərəfdaşı hesab olunur. Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. 
     Prezident cənab İlham Əliyev 22 may tarixində Litvada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda demişdir: “Ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzaladılar. Onun əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq. Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Ölkəmiz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırır.” Enerji böhranı zamanı Avropada baş verən hadisələrlə əlaqədar, Azərbaycanın bu region üçün əhəmiyyəti artır. Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ölkəmizi Avropanın enerji təchizatında mühüm faktora çevirdi. Hazırda Avropa Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir. 
2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması bunun bariz təzahürüdür. Hazırda Azərbaycan  "Cənub qaz dəhlizi" ilə 6 ölkəyə qaz nəql edir. Dünyada enerjiyə artan tələbat fonunda Azərbaycanla tərəfdaşlıq etmək istəyən dövlətlərin sayı isə gündən-günə artır. Yaxın illərdə ölkəmizin təbii qaz ixrac etdiyi ölkələrin sayının artacağı gözlənilir. Azərbaycan qazının nəql olunduğu ölkələr sırasında Şərqi Avropa dövlətləri xüsusi yer tutur. Azərbaycan ötən 20 il ərzində avropalı tərəfdaşları ilə həm neft, həm də qaz sektorunda böyük layihələrə imza atıb. Təsadüfi deyil ki, hazırda ölkəmiz Avropa qitəsinin enerji təhlükəsizliyində mühüm rol oynayır, etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan öz imkanlarını düzgün dəyərləndirərək, siyasi iradə nümayiş etdirərək, Avropanın qaz və bərpaolunan enerji bazarında təsirini daha da artırmağa çalışır. 
Ölkəmizin bərpaolunan enerji sektorunda da etibarlı tərəfdaşa çevriləcəyini indidən proqnozlaşdırmaq olar. Belə ki, ötən il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişə əsasən, Qara dənizin dibi ilə elektrik enerjisi kabeli çəkiləcək. Bu kabel Azərbaycanda istehsal olunan elektrik enerjisini Avropaya ixrac edəcək. Belə bir layihənin icrası Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunu artıracaq. Çünki Azərbaycanın yaşıl enerji sektorunda kifayət qədər resursu var. Hesablamalara görə, ölkəmizin quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Şimal dənizindən sonra Xəzər külək enerjisi potensialına görə ikincidir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi 157 qiqavat təşkil edir. Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Bu istehsalın 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır. Yaşıl enerji zonası elan edilən Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Bütün bu hesablamalar Azərbaycanın yaşıl enerji potensialının kifayət qədər olduğunu nümayiş etdirir. 
Göründüyü kimi, Azərbaycanın enerji resursları ilə bağlı məsələyə Prezident İlham Əliyevin baxışı yalnız iqtisadi maraqlarla məhdudlaşmır və bu sektorun müasir tələblərə cavab verilməsi üçün ciddi işlər görülür. Məhz Azərbaycan Prezidentinin yürütdüyü mükəmməl beynəlxalq iqtisadi siyasət nəticəsində Azərbaycan bütün qlobal layihələrdə mühüm yer tutur. Bu isə ölkəmizin qüdrətinin artırılmasına xidmət edən mühüm faktordur.


Saleh Ağayev,
Salyan şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin tarix müəllimi



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...