Azərbaycanın beynəlxalq nüfuzu həm regional, həm də qlobal səviyyədə diplomatik təmasların yüksələn xətt üzrə inkişafını təmin edir. Prezident İlham Əliyevin milli və dövlət maraqlarını əsas tutaraq balanslaşdırılmış xarici siyasətinin uğurları ölkəmiz üçün yeni geosiyasi imkanlar yaratmaqdadır. Məhz mükəmməl xarici siyasət sayəsində ölkəmizin beynəlxalq təşkilatlar və dövlətlərlə əlaqələri ən yüksək səviyyəyə qalxıb.
Mayın 21-22-də Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri kifayət qədər məhsuldar oldu. Səfər çərçivəsində Azərbaycan və Litva arasında müxtəlif sahələri əhatə edən vacib sənədlər imzalanıb. Geniş fikir mübadiləsi əsnasında aparılan önəmli müzakirələr və imzalanan sənədlər ölkələrimizin strateji tərəfdaşlıq əlaqələrini bir daha təsdiqlədi. Vilnüsdə keçirilmiş biznes-forum ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafına müsbət təsir göstərəcək. Prezident İlham Əliyevin bu forumda iştirakı onun əhəmiyyətini bir qədər də artırmış oldu. Azərbaycan və Litva arasında indiyədək 40-dan çox sənəd imzalanıb və həmin sənədlər içərisində 2007-ci il sentyabrın 13-də Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi əhəmiyyətə malikdir. İqtisadi inkişaf baxımından Azərbaycanla Litva arasında oxşar cəhətlər də çoxdur. Belə ki, ölkəmiz Cənubi Qafqaz, Litva da Baltikyanı dövlətlər arasında ən inkişaf etmiş iqtisadiyyata malikdir. Həmçinin ölkəmiz kimi, Litva da nəqliyyat-logistika infrastrukturunu şaxələndirib və ərazisində müasir tələblərə cavab verən yollar var. Bu gün iki ölkənin həm siyasi, həm də iqtisadi cəhətdən bir-birinə verəcəyi töhfələr çoxdur. Prezident İlham Əliyev səfər çərçivəsində Litvanın Prezidenti Gitanas Nauseda və bu ölkənin Baş naziri xanım İnqrida Şimonite ilə görüşdü, ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində də Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalandı, ikitərəfli müzakirələr aparıldı, biznes forum təşkil edildi. Bütün bunlar isə qarşıdakı mərhələdə ölkələrimiz arasında əlaqələrin daha da güclənməsinə əhəmiyyətli təsir göstərəcək.
Litva səfərinin digər önəmli cəhəti də bütün müstəvilərdə olduğu kimi Prezident İlham Əliyevin Vilnüs təmaslarını da Azərbaycanın haqq səsini çatdırmaq üçün uğurlu platformaya çevirə bilməsi oldu. Bakı Avropa İttifaqının Şimal-Şərq hüdudlarında bir daha Azərbaycan-Ermənistan sülh danışıqlarının aparılmasının nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcəyi ümidini bəyan edərək konstruktiv səylər göstərmək iradəsini ifadə etdi. Prezident İlham Əliyev öz bəyanatında bir daha vurğuladı ki, Litva ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin inkişafına önəmli töhfələr verir. Prezident Nauseda Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum uğurla icra edilir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni, ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq. Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi maraqları getdikcə böyüyür. Bu gün Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsi bu maraqları daha konkret formalarda ortaya qoyur. Litva uzun müddət ölkəmiz üçün strateji tərəfdaş olan Azərbaycanın Avropa tərəfdaşları sırasındadır. Şərq Tərəfdaşlığı ölkələri çərçivəsində Avropa İttifaqının Litvaya təqdim etdiyi tvinninq layihələrində Azərbaycan Litvanın ən etibarlı tərəfdaşlarından biridir. Bu günə qədər Litva Azərbaycanda 26 layihənin seçimində iştirak edib, onlardan 17-də ölkəmizin iştirakı təmin olunub. Bu baxımdan Litva Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin inkişafının tərəfdarıdır. Prezident İlham Əliyevin Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının təşviqinə fəal töhfə verən Litva səfəri həm siyasi, həm də iqtisadi baxımından mühüm hadisələrlə yadda qaldı. Azərbaycanın Avropa üçün enerji tərəfdaşı olmasında Litva ilə münasibətlər mühüm rol oynayır. Bir sözlə, Prezident İlham Əliyevin Litva səfəri həm diplomatik, həm də iqtisadi baxımdan Azərbaycan üçün yeni uğur sayılmalıdır. Avrasiyanın, eləcə də Avropanın nəqliyyat marşrutunu yeniləyən və formalaşdıran Azərbaycan Xəzərdən Baltikə iqtisadi yol salmaq niyyətindədir. Bütün irimiqyaslı və qlobal iqtisadi layihələri ən yüksək diplomatik bacarıqla reallaşdıran Azərbaycan lideri Xəzərdən Avropaya planlaşdırdığı ticarət yolunu həyata keçirmək əzmində və qüdrətindədir.
Gülsüm Nağıyeva,
Salyan rayonu Seyidsadıqlı kənd tam orta məktəbin tarix müəllimi
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...