Milli Məclisin deputatı Azər Badamov bildirib ki, hazırki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycan torpaqları Azərbaycan xalqının tarixi və əzəli torpaqlarıdır. Ermənilərin həyata keçirdiyi etnik təmizləmə nəticəsində Azərbaycan xalqı həmin torpaqlardan zorla köçürülüblər. Eyni zamanda, Qərbi Azərbaycan ərazisində yerləşən tarixi keçmişimizə, abidələrimizə qarşı vandalizm aktları həyata keçirən Ermənistan bu mədəni-dini abidələri özününküləşdirməyə, hətta dəyişməyə belə cəhd göstərib: “Tarixi Azərbaycan torpaqlarında yerləşən bu mədəni abidələrə qarşı aparılan vandal hərəkətlər isə beynəlxalq hüquq müstəvisində araşdırılmalı, müvafiq qiymətini almalıdır. Azərbaycanın mədəni irsinə qarşı soyqırımı həyata keçirən Ermənistan törətdiyi bu cinayətlərə görə də cavab verməlidir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var”.
Millət vəkili vurğulayıb ki, tarix təhrif olunmamalıdır. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq bağışlayıb. Eyni zamanda, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə Zəngəzur da Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilib. 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalıb və sovet hökuməti Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı böyük cinayət törədib. “1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi.
Ulu öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm o vaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi”, - deyən A.Badamov vurğulayıb ki, Azərbaycan dövləti artıq öz hüquqlarını beynəlxalq müstəvidə qorumaq əzmindədir.
Azər Badamov
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...