Azərbaycanın Vətən müharibəsində Qələbə qazanmasından sonra Fransa regionda formalaşan yeni reallıqları qəbul edə bilmir. Rəsmi Paris öz təsir imkanlarını saxlamaq üçün hər vəchlə köhnə vəziyyətə qayıdılmasını istəyir. Ona görə də həm siyasi, həm də hərbi dəstək verərək Ermənistanı təxribatlara çəkir.
Bu fikirləri Azərtac-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini politoloq Yalçın Hacızadə söyləyib.
O qeyd edib ki, Fransanın addımları regionda sülhün əldə olunmasına maneə yaradır. Halbuki, Azərbaycan işğala son qoymaqla regionda sülhün yaranmasında oynadığı rolla Fransanın da daxil olduğu ATƏT-in Minsk qrupunun vəzifələrini yerinə yetirdi. Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədilə yaradılmış Minsk qrupunun 30 ilə yaxın fəaliyyəti nəticəsində sülhə doğru bir addım belə atılmadı.
"Fransanın Ermənistana dəstəyi beynəlxalq hüququn ayaqlar altına atılmasıdır. Bütün dünya bilir ki, Ermənistan Azərbaycana qarşı silahlanır, məqsədi də torpaq iddialarıdır. Yəni, rəsmi Paris Ermənistan–Azərbaycan münasibətlərinə ədalətli yanaşmaqdan açıq şəkildə imtina etdiyini sərgiləyərək, regionda müharibənin yenidən alovlanmasına çalışır”,- deyə politoloq vurğulayıb.
Y.Hacızadə vurğulayıb ki, əlbəttə, Fransanın irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyətinə, ümumiyyətlə, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli yanaşması, ədalətsiz addımları qəbuledilməzdir. Bu günlərdə də məlumat yayılıb ki, Prezident Emmanuel Makronun qəbul etdiyi qərara görə, Ermənistana silah təchizatı ilə bağlı tədbirlərin həyata keçirilməsinə başlanılacaq. Qərarın icrası ilə bağlı Fransanın Ermənistandakı səfirliyinə yeni hərbi attaşenin təyin olunması gözlənilir. Yeni hərbi attaşe Fransadan silahların Ermənistana gətirilməsi məsələsini kurasiya edəcək. Fransanın bu hərəkətləri onun beynəlxalq imicinə də böyük zərbədir. Çünki Fransa BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi həm də dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət etməlidir.
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...