image image

Azərbaycan xalqının faciələri  məhz Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır

image

 

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xalqa müraciət edib. Bu müraciətin paytaxt Bakıdan deyil, qədim Şuşadan səslənməsi böyük məna kəsb edir. Dövlət başçısının da qeyd etdiyi kimi, Şuşa Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbənin tacıdır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. 2020-ci ilin sentyabr-noyabr aylarında şanlı Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi möhtəşəm Zəfərlə Ümummilli Liderimizin və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının ən böyük arzusunu çin etdi. Bu gün isə, işğaldan azad olmuş torpaqlarımız sürətlə yenidən qurulur, dirçəlir. Bu il mayın 2-dən bu günə qədər Qarabağda və Şərqi Zəngəzurda birbaşa Prezident İlham Əliyevin iştirakı ilə 10 kəndin təməli qoyulmuş, bir çox açılışlar həyata keçirilmişdir.
     Ulu Öndər Heydər Əliyev bütün ömrünü öz doğma xalqına xidmətə həsr etmişdir. İstər 1969-1982-ci, istərsə də 1993-2003-cü illərdə Ümummilli Liderin bütün çoxşaxəli və gərgin fəaliyyətinin əsasında yalnız xalqımızın maraqları, dövlətimizin milli mənafeləri durmuşdur. Məhz bu fəaliyyət müasir müstəqil Azərbaycan dövlətinin qurulması üçün dayanıqlı əsasların yaradılmasını təmin etmişdir. Hər zaman prinsipiallığı və qətiyyəti ilə seçilən Ulu Öndər 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqının faciələri də məhz Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. Ulu Öndərin 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar. Əgər Ulu Öndər hakimiyyətdə təmsil olunsaydı, erməni millətçiləri heç vaxt bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bütün qadağalara rəğmən, hətta özü və ailəsi üçün yaranmış həyati təhlükəni belə gözə alaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlmiş və burdan bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşmüş, burada Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilmişdir. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmiş və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Həmin dövrdə tam blokadada olan Naxçıvanın da ağır günləri davam edirdi. Naxçıvanın gələcəkdə yaşaması ilə bağlı çox böyük təhlükələr var idi. Ermənilər Qarabağ kimi, Naxçıvanı da ələ keçirməyi planlaşdırırdılar. Məhz belə bir dövrdə Heydər Əliyev Naxçıvanı qorudu və Naxçıvan çətin də olsa, blokada şəraitində də olsa yaşadı, ayaqda qaldı”.
     Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra keçən iki il ərzində respublikada sürətlə davam edən mürtəce, dağıdıcı proseslər 1993-cü ilin may-iyun aylarında ölkəni vətəndaş müharibəsinin başlanması ərəfəsinə gətirmiş və müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir mürəkkəb dövrdə Azərbaycan xalqı dövlətin və millətin başı üzərini almış ölümcül təhlükələrdən yeganə xilas yolunun yalnız Ulu Öndərin ölkəyə rəhbərliyi öz üzərinə götürməsində olduğunu düzgün müəyyən etdi və Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Bundan sonra ölkənin o dövrkü rəhbərliyi Ulu Öndəri Bakıya dəvət etməyə məcbur oldu. Ölkənin, xalqın, Azərbaycan dövlətçiliyinin taleyinin həll olunduğu ağır bir zamanda xalqın çağırışına səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü. Bu yolda atılan ən mühüm addımlardan biri də 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” oldu. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu sazişin imzalanması növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir. Azərbaycan dövləti “Əsrin müqaviləsi”nin icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Bu gün “Əsrin müqaviləsi”nin icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır”.
     Ölkə Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu hər gün daha da yüksəlir. Azərbaycan Avropa üçün çox önəmli ölkəyə çevrilib və Avropa İttifaqına üzv ölkələrin üçdə biri - doqquz ölkə ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Azərbaycan beynəlxalq müstəvidə özünə lazım olan bütün sənədləri, qətnamələri qəbul etdirə bilib və bu, İkinci Qarabağ müharibəsinin uğurla aparılması üçün öz mühüm rolunu oynamışdır. Bütün bunlar onun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyev düşünülmüş, uğurlu xarici siyasət yürüdərək, bütün beynəlxalq təşkilatlar çərçivəsində lazım olan hüquqi və siyasi bazanı yarada bilib. Azərbaycan xalqı Ulu Öndərin vəsiyyətini yerinə yetirərək Vətən torpaqlarını azad etdiyi kimi, Qarabağın və Şərqi Zəngəzurun bərpası missiyasını da şərəflə yerinə yetirəcək.

 

Nəbi İbrahimov, 
Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...