image image

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi

image

 

   Azərbaycan dünya ölkələri arasında özünəməxsus yeri olan, mübaliğəsiz demək olar ki, unikal ölkələrdən biridir. Ölkəmiz yerləşdiyi coğrafi məkana görə, əsrarəngiz təbiətinə görə, zəngin təbii sərvətlərinə görə fərqlənir. Eyni zamanda Azərbaycanın ən böyük sərvəti onun vətəndaşlarıdır. Qeyd olunan bütün gözəlliklər tarixin müəyyən mərhələlərində ölkəmiz üçün müxtəlif problemlər yaratmışdır. Belə bir cəlbedici məkanı daima yadelli işğalçılar ələ keçirməyə və ya bu məkandan müəyyən əraziləri ələ keçirməyə can atmışlar. Qonşu ölkələr Azərbaycan ərazilərinin müəyyən hissəsini qoparmağa nail olsalar da, xalqın yetişdirdiyi dahi oğullar sayəsində ölkəmiz bütövlükdə işğala məruz qalmaqdan qurtula bilmişdir. Bunların arasında tarixin Azərbaycan xalqına XX yüzilliyin 23 - cü ilində bəxş etdiyi dahi şəxsiyyət, öz ölkəsinə sədaqətlə qulluq etmiş, xalqı müəyyən zamanlarda bəlalardan qurtaran, Ulu Öndər, Ümummilli Lider Heydər Əlirza oğlu özünün xüsusi xidmətləri ilə seçilir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Məlumdur ki, bu il Ümummilli Lider Heydər Əliyevin dünyaya gəlişindən düz yüz il ötür. 2023 - cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Heydər Əliyev İli" kimi qeyd olunur. Bununla bağlı ölkmizin hər yerində müxtəlif mövzulu tədbirlər həyata keçirilir, bu tədbirlərdə Azərbaycan xalqı özünün dahi oğluna öz hörmət və ehtiramını ifadə edir, onu hörmətlə yad edir. Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərini sadalamaqla qurtarmaq mümkün deyildir. Bunun üçün nəinki saatlar, hətta günlər, aylar belə yetməz. Ölkəmizin hansı güşəsinə ayaq bassan, haraya nəzər salsan, orada mütləq Ümummilli Liderin qurub - yaratdıqları ilə rastlaşacaqsan. Təsadüfü deyildir ki, bir dəfə siyasətçilərdən birinin "görəsən Bakı milyonçularının vaxtilə tikdiklərini götürsən yerdə nə qalar" sualına elə özü də cavab verib ki, əlbəttə Heydər Əliyevin qurub - yaratdıqları. Lakin Ümummilli Liderin xalqımız üçün gördüyü işlər heç nə ilə, heç kəsin gördükləri ilə müqayisəyə gəlməz. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 
May ayının 10 - da Ümummilli Lider Heydər Əliyevin doğum günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşa şəhərindən xarlqa müraciət etdi. Onun belə bir əziz gündə​ xalqa birbaşa Şuşadan müraciət etməsi simvolik xarakter daşıyırdı. Şuşa 1992 - ci il mayın 8 - də o zamankı Respublika rəhbərliyinin səriştəsiz, laqeyd, başıdoş siyasəti nəticəsində erməni faşistləri tərəfindən işğal edilmişdi. Şuşanın işğalı digər Azərbaycan ərazilərinin düşmən tərəfindən işğal edilməsinə zəmin yaratdı. Heydər Əliyev Şuşanı çox sevirdi. Bütün beynəlxalq görüşlərdə Şuşanın, o cümlədən digər Azərbaycan ərazilərinin erməni quldurları tərəfindən işğala məruz qaldığını xüsusi vurğulayırdı, düşmənin torpaqlarımızdan çıxmasını tələb edirdi. O, deyirdi: "Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə , Azərbaycan yoxdur." Ümummilli Liderin cismən aramızda olmadığı illərdə onun bu sözləri daima hər bir vətəndaşın qulağında bir tezis kimi səslənirdi və hamıda bir gün Şuşanın azad olunacağına böyük inam yaradırdı. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən söhbət açdı. Onun hələ sovetlər dönəmində Azərbaycanı həm iqtisadi, həm siyasi baxımdan geridə qalmış bir vəziyyətdən keçmiş SSRİ - nin ən güclü respublikasına çevirməsinə diqqəti yönəltdi. Həmin vaxtlar Heydər Əliyev Azərbaycanı sanki gələcək müstəqilliyə hazırlayırdı. Ölkədə istehsal müəssisələri yaradılır, ölkəni gələcəkdə idarə edəcək gənclərin o zamankı SSRİ - nin ən prestijli Ali məktəblərində təhsil almaları üçün səy göstərirdi. Keçmiş sovetlər birliyinin süqutu ərəfəsində SSRİ rəhbərliyindən uzaqlaşdırılan Heydər Əliyavin qəlbi yenə də Azərbaycanla döyünürdü. Təsadüfü deyildir ki, 1990 - cı ilin 20 yanvarında Bakıya qoşun yeridib dinc əhalini gülləbaran etməyə əmr verən SSRİ rəhbərliyinə qarşı etiraz edən ilk şəxsiyyət məhz Heydər Əliyev olmuşdur. Əlbəttə, bunu o dövrdə etmək olduqca böyük cəsarət tələb edirdi. Təəssüflər olsun ki, o zamanlar Azərbaycana qayıdan Heydər Əliyevi burada lövbər salmış imperiya nökərləri heç də xoş qarşılamadılar. Onlar hər addımda Heydər Əliyevi ləkələməyə çalışırdılar.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Bakıda daim təzyiqlərə məruz qalan Ümummilli Lider Naxçıvana getməyə məcbur oldu. Burada o Naxçıvan Ali Məclisinə sədr seçildi və nəticədə Naxçıvanın ermənilər tərəfindən işğal edilməsinə imkan vermədi. Ümumiyyətlə ermənilər Heydər Əliyevdən oddan qorxan kimi qorxurdular. Əgər 1992 - ci ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etsəydi, ermənilər heç vaxt Azərbaycan torpaqlarını işğal edə bilməzdilər. Sadəcə, buna onların cəsarətləri çatmazdı. Azərbaycana SSRİ dövründə rəhbərlik edərkən nə vaxt ki, Qarabağa səfər edərdi, mütləq Şuşaya baş çəkərdi. Ancaq əksər vaxtlar Xankəndində gecələyərdi. Bununla o ermənilərə sübut edirdi ki, siz heç kimsiniz. Bu yerlərin sahibi mənəm, Azərbaycan xalqıdır. Siz buraya gəlməsiniz, qonaqsınız. Bura mənim evimdir və evimdə də gecələməliyəm. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Şuşa müraciətində Azərbaycan Prezidenti Ümummilli Lider Heydər Əliyev haqqında yeni heç nə demədi. Azərbaycan xalqı öz Ümummilli Lideri haqqında bütün həqiqətləri bilir, onun xidmələrini yüksək qiymətləndirir və onu daima hörmət və ehtiramla yad edirlər. İlham Əliyev sadəcə tarixə ekskurs edib bir az da xalqın yaddaşını təzələdi. Azərbaycan Prezidentinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Şuşa şəhərindən xalqa etdiyi müraciət, bir daha onu göstərir ki, Heydər Əliyev ideyaları, Heydər Əliyev yolu zamanın bütün mərhələlərində aktualdır, müasirdir və bu yol Azərbaycanı işıqlı gələcəyə aparır.

 


Lamiyyə Qarayeva,
​Xocalı rayon İcra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...