image image

Heydər Əliyev və ordu quruculuğu siyasəti

image

 

Ordu - bir dövlətin ən güclü dayağı, onu digər dövlətlərdən fərqləndirən ən vacib amil. Bu gün bütün dünya dövlətlərinin prioritet məsələlərindən ən başlıcası ordu quruculuğu siyasətidir. Çünki bir dövlətin, ordusunun güclü olması onun söz sahibi olması deməkdir.
Azərbaycan da dünyanın ən nüfuzlu ordusuna malik olan dövlətlərin arasında ön pillələrdədir. Ordun varsa, yurdun var deyillər. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan hər zaman qonşularının işğalçılıq siyasətinə məruz qalmış və öz ordusunun gücü sayəsində ayaqda
qalmağı bacaran, bu gün müstəqil olan güclü bir dövlətdir.
AXC-nin yaranmasından sonra, 1918 - ci il 26 iyun tarixli fərmanla Azərbaycan milli ordusunun
yaradılmasına başlanıldı.Bunun nəticəsi idi ki, milli ordumuz Qafqaz İslam ordusu ilə birlikdə Bakı
və onun ətrafların erməni - bolşevik işğalından xilas etdi. Ancaq AXC- nin dağılmasından sonra ki, dövrlərdə ordu quruculuğun inkişafı kəskin şəkildə azalmışdır.
90-cı illərin əvvəllərində isə ölkədə baş verən xaos, anarxiya, rəhbər şəxslərin səriştəsizliyi, ölkəni parçalamağa yönələn xarici təsirlərin pikk həddə çatması ordu quruculuğundan da yan
keçməmişdi. Elə buna görə idi ki, orduda istər kadr çatışmamazlığı, istərsədə texnika çatışmamazlığı bütün kəskinliyi ilə özünü göstərirdi. Bütün bu sebebler dolayından artıq
Azərbaycan öz torpaqlarının 20 % hissəsini itirdi.
Heydər Əliyevin hakimiyyətə gəlməsiylə isə ordu quruculuğu istiqamətində əsaslı addımlar
atıldı, məqsədyönlü hədəflər icra olunmağa başladı. Ordu vahid rəhbərlik ətrafında birləşdirildi.
Heydər Əliyev hərbi təhsil sahəsinin inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında qərar qəbul olundu.
Müdafiə Nazirliyi nəznində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandı.
Ordumuz günbəgün daha da güclənməyə başladı. Heydər Əliyevin hər zaman vurğulayırdı: "Sülh
danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. " Öz yurdlarından köçkün düşmüş,öz el-obalarını itirmiş sakinlər ,o cümlədən bütün Azərbaycan xalqı öz prezidentinin bu siyasətinə və öz ordusunun gücünə daim böyük inam bəsləmişdilər. Hər an Ali Baş Komandanın əmrini gözləyən güclü Azərbaycan ordusunun yalnız bir amalı var idi: "Tarixi əraziləri geri qaytarmaq"Atəşkəs müddətində ilk dəfə olaraq qazanılan Aprel zəfəri, ondan sonrakı müddətdə uğurla həyata keçirilən Günnüd əməliyyatı bu istiqamətdə qazanılan ilk uğurumuz, ordu quruculuğunda isə prezident- xalq birliyinin ən böyük təzahürü idi.
Bu gün ordu quruculuğu siyasəti İlham Əliyevin rəhbərliyi altında yeni hədəflər istiqamətində
özünün ən uğurlu dövrünü yaşayır. 2021-ci ildə "Global Firepower" təşkilatının yekunlarına
əsasən, Azərbaycan ordusu "dünyanın ən güclü ordusu" reytinqində 63-cü yerdədir. Ordumuzun gücünü ən böyük sübutu 44 günlük zəfərimizdi. O zəfər ki bütün dünyayaya Azərbaycan
ordusunun gücünün sübutunun ən böyük göstərişi idi. Bir ordumuzla qürur duyur və onun hər zaman yerində olan gücünə inanırıq. Var olsun Azərbaycan ordusu!


Natəvan Quliyeva,
Xocalı rayon sakini



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...