image image

Fəzail Ağamalıdan açıqlama: "Əslində bu qəsd tək Fazil Mustafaya qarşı deyil"

image

 

Milli Məclisin üzvü Fazil Mustafaya qarşı silahlı hücum hazırda ölkədə ən çox müzakirə olunan mövzulardan biridir.

 

Deputat Fəzail Ağamalı həmkarına qarşı törədilmiş bu xain hücum haqqında Adalet.az –a açıqlama verib.

 

Fəzail müəllim həmkarına qarşı baş vermiş sui-qəsd hərəkətlərini “terror” adlandırıb:”Hörmətli həmkarım Fazil Mustafanın həyatına qəsd terror aktıdır. Bu qəsd Azərbaycanda sabitliyi pozmaq , xalqın dövlətimizə qarşı inamına zərbə vurmaq və icmiyyətdə ajiotaj yaratmaqdır. Eyni zamanda kifayət qədər özünün maraqlı , yüksək səviyyəli, dəyərli çıxışları, yazıları ilə fəallıq göstərən Fazil Mustafanı və onun timsalıda digər millət vəkillərini susdurmaqdı. Bu məkrli qüvvələr böyük yanlışlığa yol verirlər və uzun illərdən bəri Azərbaycanın istiqlalı və müstəqilliyi uğrunda mübarizəyə başladığımız ilk gündən bu günə qədər Azəbaycan xalqı, onun önündə gedən dövlət xadimlərimiz , dəyərli soydaşlarımız bu və buna bənzər məkrli planlardan düşmənin topundan, tüfəngindən, lüləsindən çəkinməyərək öz müstəqilliyi və dovlətçiliyi uğrunda iradəsini ortaya qoyub. Bu səbəbdən hazırki yüksək inkişaf etmiş Azərbaycan dövlətinin yaranmasına nail olub. Bu inkişaf xalqımızın iradəsinin məntiqi nəticəsidir”.

Deputat əminliklə bildirib ki, bu və buna bənzər məkrli planlar quranlar Azərbaycan dövlətini, xalqını, müqəddəs ideyalarımızın, dövlətimizin önündə gedən insanlarımızı öz hədəfindən yayındıra bilməyəcəkdir:” Azərbaycan bu gün kifayət qədər güclü dövlətdir, dövlətimizin hüquq-mühafizə orqanları Azərbaycanın sabitliyini vətəndaşlarımızın təhlükəsizliyini qoruyub saxlamağa qadirdi və son vaxtlar Dövlət Təhlükəsizlik Xidmətinın həyata keçirmiş olduğu əməliyyatlar, ayrı-ayrı dövlətlərin, ayrı ayrı qüvvələrin Azərbaycandakı açıq və gizli agentura şəbəkəsini ifşa etməkdə davam edir, ifşa olunmasında öz yüksək peşəkarlığını nümayiş etdirir. Bu proses dava edəcək . Buna mən tamamilə əminəm”.

F.Ağamalı soydaşlarımıza ziyalı, ağsaqqal tövsiyyəsi verməyi də unutmayıb:”Bu tip xain hərəkətləri nəzərə alaraq hər birimiz çox diqqətli olmalıyıq, son dərəcə ayıq olmalıyıq və dövlətimizlə daha sıx ittifaqda fəaliyyətimizi davam etdirməliyik. Mən tamamilə əminəm ki, belə xain addımlar bizi məqsəd və ideyalarımızdan yayındıra bilməyəcək. Azərbaycan qarşısına qoyduğu vəzifələri , xüsusilə, Qarabağda hələ də özünü qoruyub saxlaya bilən Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini aradan qaldıracaq, onları zərərsizləşdirərək Qarabağda süverenliyimizi təmin etmək üçün qarşıya qoyulan hədəflərə qısa zaman kəsiyində çatacaq. Ölkə prezidenti olduqca əhəmiyyətli və zəfərə doğru ciddi addımlarını atacaq”
Sonda deputat öz həmkarına şəfalar dilədi:”Hörmətli həmkarım Fazil Mustafaya şəfa diləyirəm, Əminəm ki, tezliklə Fazil müəllim özünün maraqlı. dəyərli çıxışları, yazıları ilə Azərbaycan xalqına və dövlətinə xidmət göstərəcək və fəaliyyəti ilə bizi sevindirəcək”.

Qeyd edək ki, ötən gün millət vəkili Fazil Mustafaya evinin qarşısında avtomat silahla hücum edilib və Dövlət Təhlükəsizlik Xidməti silahlı hücumun terror olduğunu rəsmi şəkildə elan edib.





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...