image image

DTX-Də Azərbaycan Təhlükəsizlik Orqanlarının Yaradılmasının 104 Illiyi Təntənəli Şəkildə Qeyd Edilmişdir

image

 

Ulu Öndər Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı müvafiq Sərəncamla 28 mart tarixi Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilmişdir.

 

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü və peşə bayramı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin rəhbər əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoymuş, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirmişlər.  Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülmüşdür.

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Şəhidlər xiyabanını da ziyarət etmiş, qəhrəman Vətən övladlarının və Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş təhlükəsizlik orqanları əməkdaşlarının məzarlarının üzərilərinə gül dəstələri düzülmüş, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.

 

Tədbirin DTX-nin akt zalında keçirilmiş rəsmi hissəsində DTX-nin rəhbər şəxsləri və əməkdaşları, Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları iştirak etmişlər.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxış edərək şəxsi heyətə və veteranlara peşə bayramı münasibətilə təbriklərini çatdırmışdır. Xidmət rəisi bir əsrdən çox yaşı olan təhlükəsizlik orqanlarının təşəkkülündən geniş söhbət açmış, bu orqanların inkişafında  və milli maraqlara xidmət edən təşkilat kimi formalaşmasında Ulu Öndərin əvəzsiz xidmətlərini qeyd etmişdir. Heydər Əliyevin sovetlər dönəmi kimi çətin bir vaxtda xüsusi xidmət orqanlarının milliləşdirilməsi prosesini cəsarətlə və uğurla apardığını, azərbaycanlı kadrları bu mühüm qurumda yüksək vəzifələrə irəli çəkdiyini vurğulamışdır.

General-polkovnik Əli Nağıyev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında və birbaşa göstərişləri əsasında fəaliyyətini müasir çağırışların tələblərinə uyğun qaydada quran DTX-də bu gün də Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında təməlini qoyduğu peşəkarlıq məktəbi layiqincə davam etdirilir, Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır.

DTX-nin maddi-texniki bazasının daha da möhkəmləndirilməsindən, əməkdaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından və sosial müdafiəsinin gücləndirilməsindən də bəhs edən Xidmət rəisi bütün bunların dövlət başçısının dəstəyi nəticəsində mümkün olduğunu söyləmişdir.

Çıxışında dünyada gedən və ciddi təlatümlərlə müşayiət olunan geosiyasi proseslərə də toxunan general-polkovnik Əli Nağıyev Azərbaycana qonşu olan bəzi dövlətlərin hazırda respublikamızın təhlükəsizliyinə qarşı yönələn məkrli əməllərindən danışaraq qeyd etmişdir ki, həmin dövlətlərin xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin və təxribatlarının qarşısı qətiyyətlə alınır və ölkəmizdə hökm sürən təhlükəsizlik mühiti daima etibarlı şəkildə qorunur.

Xidmət rəisi Əli Nağıyev eyni zamanda xüsusi qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandanın yüksək sərkərdəlik məharəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində işğaldan azad olunmuş və hazırda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı ərazilərə “Böyük Qayıdış” proqramı əsasında vətəndaşlarımızın köçürülməsi prosesinin müvəffəqiyyətlə gerçəkləşdirilməsi üçün digər dövlət orqanları kimi DTX tərəfindən də bütün imkanlar səfərbər olunacaqdır.

Daha sonra tədbirdə çıxış edənlər Ulu Öndərin təhlükəsizlik orqanlarında 25 illik xidməti fəaliyyəti dövründə nümayiş etdirdiyi peşəkarlıq nümunələrindən, Heydər Əliyevin birbaşa rəhbərliyi altında uğurla keçirilmiş əməliyyatlar, eləcə də müasir dövrdə təhlükəsizlik orqanlarının qarşısında duran vəzifələr barədə fikirlərini bölüşmüşlər.

Çıxışlar bitdikdən sonra xidmətdə əldə etdikləri nailiyyətlərə görə fərqlənmiş əməkdaşlara mükafatların təqdim olunması mərasimi keçirilmişdir.

Tədbirdə şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət oxunmuş, ölkə başçısına göstərdiyi etimada, diqqət və qayğıya görə xüsusi minnətdarlıq ifadə olunmuş, DTX-nin əməkdaşlarının milli maraqların və təhlükəsizliyin keşiyində daim ayıq-sayıq duracaqları, bu müqəddəs missiyanın yerinə yetirilməsi üçün bundan sonra da var-qüvvə ilə çalışacaqları qətiyyətlə bildirilmişdir.

Sonda DTX-nin “Real” TV ilə birgə hazırladığı “La Vira – məxfi menyu” sənədli filmi nümayiş olunmuşdur. 

Tədbirin bədii hissəsi DTX-nin Mədəniyyət Mərkəzində tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam etmişdir.





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...