image image

"İnsan haqları ilə bağlı qurumlarda Fransanın söz haqqında yenidən baxılmalıdır"-Millət vəkili

image

 

“Bu qərar Fransanın neofaşist, müstəmləkəçilik mahiyyətini nümayiş etdirir. XXI əsrdə xalqların öz müstəqilliyini əldə etmək üçün apardığı mübarizənin fonunda bu qərar XVIII əsrə qayıtmağın təzahürüdür”.

 

Bunu millət vəkili Fəzail Ağamalı Musavat.com-a açıqlamasında deyib. O bildirib ki, Makron hakimiyyəti illərində yeni müstəmləkəçilik xəttini göstərir: “Azadlığını əldə etmiş xalqlar belə Fransanın təhdidi ilə üzləşirlər. Bir xalqa öz dilində danışmağı qadağan edən Makron hakimiyyəti başqa ölkələrdə gedən proseslərə eyni düşüncə ilə yanaşır. Bu, xüsusilə Azərbaycana münasibətdə açıq görünür. Fransa utanmadan, faktlara söykənmədən Azərbaycanı hər addımda təhdid edir, ölkəmizə böhtan və qərəz yağdırır. Azərbaycan ərazisində 30 il ərzində törədilmiş vandalizm, 1988-1989-cu illərdə 300 mindən çox vətəndaşımızın doğma evlərindən didərgin salınması, deportasiya zamanı törədilən qətliamları isə Fransa hökuməti nəzərə almır, əksinə, guya azərbaycanlıların ermənilərə qarşı soyqırım törətməsini, Laçın-Xankəndi yolunun bağlanması  kimi əsası olmayan iddiaları BMT səviyyəsinə qaldırır.

resize.php (1).jpg (61 KB)

Bəşəri dəyərlərə zərbə vuran Fransa təəssüf ki, BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür. Bəzən ayrı-ayrı məsələlərə veto qoyur. Bu, ədalətsizlik, haqsızlıqdır. Bəzən isə faşist Ermənistanı müdafiə etmək üçün Azərbaycana qarşı sanksiyalar tətbiq olunması ilə bağlı qətnamələr təqdim edir. Böyük Britaniya, eləcə də Qoşulmama Hərəkatının üzvləri Fransanın bu cəhdlərinin qarşısını alırlar. Fransaya ümumbəşəri təzyiq olmalıdır. Nəinki, BMT-nin Təhlükəsizlik Şurasından, həm də insan haqlarını müdafiə edən qurumlarda da Fransanın söz haqqına yenidən baxılmalıdır”.  



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...