image image

Azərbaycan regionda və dünyada davamlı sülhün və qarşılıqlı  əməkdaşlığın tərəfdarıdır

image

 


Dünyada nüfuzu sürətlə artan Cənubi Qafqazın lider ölkəsi Azərbaycanın beynəlxalq problemlərin həlli yollarının müzakirə olunduğu mərkəzə çevrilməsi heç də təsadüfi deyil. Sülhü, humanizmi, tolerantlığı, multikultural dəyərləri daim təbliğ edən ölkəmiz hər zaman dialoq formasında qlobalmiqyaslı problemlərin həllinin mümkünlüyünü də təbliğ edir. Dünyanın mötəbər beynəlxalq qurumlarında uğurla təmsil olunan Azərbaycan bəşəri qərarların qəbuluna və icrasına da birbaşa töhfələr verir. 120 ölkə arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatının da məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşaması bu baxımdan vacib nümunələrdən biridir. 
Eləcə də X Qlobal Forumunun Bakı şəhərində keçirilməsi Azərbaycana olan yüksək beynəlxalq etimadın, ölkəmizin bütün sahələr üzrə dünya siyasətindəki mühüm yerinin və rolunun olmasının göstəricisidir. Forumdakı çıxışı zamanı Latviya Respublikasının Prezidenti Egils Levits də xüsusi qeyd etdi ki, Azərbaycanın son illər ərzində qlobal məsələlərdə oynadığı əhəmiyyətli rol əslində beynəlxalq münasibətlərdə etiraf olunub: “Əslində Azərbaycan siyasi baxımdan, yəni sülhün necə qorunması, qlobal məsələlərin həlli ilə bağlı bir çoxlarının ilhamlandırıb”.
Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir ki, yeni dünya düzəninin formalaşdırılması, yeni çağırışların yaratdığı ümidlər məhz ölkəmizdə müzakirə edilir. Ötən il IX Qlobal Bakı Forumunda “Qlobal dünya düzəninə təhdidlər” müzakirə edildisə, X Qlobal Bakı Forumu yeni çağırışlara yaranan ehtiyacı açıqladı. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusu ətrafında 61 ölkədən 360-dək nümayəndənin iştirakı ilə müzakirələr aparıldı. İştirakçıların təmsilçilik səviyyəsinə diqqət yetirsək Foruma 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq Prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri qatıldılar. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Bu, həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür. 
Prezident İlham Əliyev Forumdakı çıxışında qlobal gündəliyin aktual məsələləri ilə bağlı Azərbaycanın mövqeyini və dayanıqlı sülhün təmin edilməsi ilə əlaqədar təcrübəsini diqqətə çatdırdı. Cənab İlham Əliyev bildirdi ki, münaqişələrin həlli dinc və qeyri-dinc yolla olur. Azərbaycan Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışdı. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq soydaşımız öz dogma yurd-yuvasından qaçqın və məcburi köçkün düşüb. Ermənistan münaqişəni dinc yolla həll etmək üçün erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa hörmətsizlik göstərdi. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan keçmiş ATƏT-in Minsk qrupu 28 ildə hər hansı nəticəyə nail olmadı. Görünən bu idi ki, onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər. Azərbaycan dövləti hər zaman ən yüksək tribunalardan bəyan edirdi ki, heç vaxt bu vəziyyətlə barışmayacaq. Azərbaycan özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək ərazilərimizi güc tətbiq etməklə azad etdi. Bu, bizim legitim hüququmuz idi. 
Ölkəmizin başçısı həmçinin vurğulayıb ki, artıq Cənubi Qafqaz regionu üçün sülh imkanları yaranıb. Ötən ilin oktyabrında Azərbaycanla Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, əslində, onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur. Azərbaycandakı erməni azlığına gəldikdə, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. 
X Qlobal Bakı Forumunda aparılan müzakirələr bir daha təsdiqlədi ki, Azərbaycanın irəli sürdüyü çağırışların gələcəyi ilə bağlı böyük ümidləri vardır. Bu gün sülh çağırışı əsasdır. Ermənistan ona yaradılan şansdan bəhrələnərək qısa müddətdə sülh müqaviləsini imzalamaqla regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatına böyük töhfə verər ki, bu da öz növbəsində yeni əməkdaşlıq formatlarının yaradılması üçün stimuldur. Cənab İlham Əliyev bir daha bu əminliyi ifadə etdi ki, dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə çalışacağıq”. 

 


Əliqulu Babayev,
Salyan rayon Qızılağac kənd tam orta məktəbin direktoru, YAP fəalı



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...