image image

Bakı Avropaya yalnız qaz deyil, elektrik enerjisi və hidrogen  də ixrac etməyə hazırlaşır

image

 


Bildiyimiz kimi, cari ilin mart ayının 9-11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keçirildi. Cənab Prezident İlham Əliyev Forumdakı çıxışında önəmli məsələlərə toxunaraq ölkəmizin beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu bir daha sübut etdi. Cənab Prezident çıxışında Azərbaycanın Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırdığını vurğulayaraq qeyd etdi ki, əgər biz 2019-cu ildə ümumən 19 milyard kubmetr qaz ixrac etmişdiksə, bu il o, 24 milyard kubmetrdən artıq olacaq və onun ən azı yarısı Avropaya nəql ediləcək.
Azərbaycanla Avropa arasında siyasi, iqtisadi, mədəni və elmi əlaqələr uzun illərdir davam edir. Avropa ilə əməkdaşlıq, ona inteqrasiya Azərbaycan dövlətinin təməl prinsiplərindəndir. Bu baxımdan, Azərbaycanla Avropa ölkələri arasında iqtisadi, ticari, mədəni, siyasi və sosial əlaqələr davam etməkdədir. Azərbaycan müstəqilliyini bərpa elan etdiyi vaxtdan bəri bir sıra sahələrdə, xüsusilə enerjidaşıyıcları məsələsində müxtəlif ölkələrlə əməkdaşlığını genişləndirir.
Azərbaycan iyul ayında Avropa İttifaqı ilə imzalanan enerji memorandumu, həmçinin bir sıra dövlətlərlə əldə olunan razılaşmalara əməl edərək qaz ixracını artırmaq üçün mümkün olan vütün vasitələrdən istifadə edir. Ölkədə qaza qənaət etmək üçün mazutla elektrik enerjisi istehsalı artırılıb. Rəsmi statistikadan məlum olur ki, 2022-ci ilin yanvar-avqust aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2461,3 milyon manat olmaqla, 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 10,3 faiz azalıb. Bu zaman yanacaq mazutunun istehsalı 2,2 dəfə, neft bitumu 8,6 faiz artıb, avtomobil benzininin istehsalı 2,5 faiz, dizel yanacağının istehsalı 24,7 faiz, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 32,7 faiz, neft koksunun istehsalı 33,8 faiz, sürtkü yağlarının istehsalı isə 42,2 faiz azalıb. Bundan əlavə, yanvar-avqust aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 1555,4 mln kVt/saat elektrik enerjisi istehsal edilib, bu da illik müqayisədə 352,6 mln. kVt-saat və ya 29,3 faiz çoxdur. Nəticədə Azərbaycan qaz ixracını 23 faiz artıra bilib. Səkkiz ayda ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artımla hasil edilmiş 30,6 milyard kubmetr qazın 14,4 milyard kubmetri ixrac olunub. Bu həcmdən Avropaya 7,3 milyard kubmetr, Türkiyəyə 5,4 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr çatıb.
Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 11 milyard kubmetr təşkil edir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Bolqarıstan Azərbaycan qazını Yunanıstanın şəbəkəsi vasitəsilə alır. Ölkəyə daha çox qaz çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun oktyabrın 1-dən tam istismarına başlanması nəzərdə tutulur. Bu kəmərlə Bolqarıstana ildə 1 milyard kubmetr Azərbaycan qazı çatdırılması barədə müqavilə mövcuddur. Lakin Bolqarıstan Azərbaycandan qaz alışını ikiqat artırmaq niyyətindədir. 
Azərbaycanın alternativ enerji istehsalı potensialı kifayət qədər yüksəkdir və bu enerjinin Avropaya ötürülməsi imkanı var. Həmçinin, Azərbaycan ən təmiz enerji mənbəyi olan hidrogen istehsalını quraraq, onun Avropaya ixracı üzərində işləyir. Bu məqamların hamısı Avropa İttifaqı ilə imzalanan memorandumda əksini tapır.

 

 

Elnur Qəniyev,
Salyan rayon Aşağı Noxudlu kənd inzibati ərazi 
dairəsi üzrə nümayəndənin müavini, YAP fəalı





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...