image image

Deputat Fəzail Ağamalı Mehriban Əliyeva -anı TƏBRİK ETDİ

image

 

Milli Majlis -sin Deputatı Fəzail Ağamalı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib.

 

AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, İSESCONUN XOŞMƏRAMLI SƏFİRİ, XANIM MEHRİBAN ƏLİYEVA

 

Hörmətli, Mehriban xanım!

Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Siz ölkəmizin birinci xanımı, görkəmli ictimai-siyasi və dövlət xadimi kimi respublikamızda və dünyada böyük hörmət və nüfuz qazanmısınız. Bu, hər bir azərbaycanlıda sevinc və fərəh hisləri doğurur. Azərbaycan mədəni irsinin qorunub saxlanılmasına və onun dünyada təbliğinə, təhsilimizə, səhiyəyə, kimsəsiz və sağlamlığını itirmiş uşaqlara göstərdiyiniz yüksək qayğı, vətəndaşlarımıza xeyirxah və lütvükar münasibətiniz Sizin amalınız və həyat tərzinizdir.

Sizin vətənpərvərliyinizin, müstəqil dövlətimizə verdiyiniz töhvələrin miqyası kifayət qədər böyükdür. Sizin həm də ölkə prezidenti, cənab İlham Əliyevin geniş miqyas daşıyan və ölkəmizi Dünyada söz sahibi və regionun lider dövlətinə çevirən siyasətinin həyata keçirilməsində Birinci vitse-prezident kimi əvəzsiz xidmətləriniz qürurvericidir.

Müzəffər və Xilaskar Ali Baş Komandan, cənab İlham Əliyevin müdrikliyi, dəmir iradəsi və qətiyyətilə zəfər çaldığımız 44 günlük Vətən müharibəsi və müharibədən sonra Sizin prezidentimizlə, qəhrəman və igid Silahlı Qüvvələrimizlə, qazilərimizlə birgə görüşləriniz, onlara ünvanlanan hər bir isti və ana nəvazişli sözləriniz düşmənlə döyüşdə əsgər və zabitlərimizdə Vətənpərvərlik ruhunun yüksəlməsinə son dərəcə əhəmiyyətli təsir göstərdi. Bu tarixi qələbimizdə, həm də Sizin görünməyən töhfələriniz danılmazdır.  Erməni vandalları tərəfindən yerlə bir edilən tarixi vətənimizdə quruculuq və abadlıq işlərinin aparılmasında cənab prezidentimizlə bir olmağınız Sizə olan inam və etimadı daha da yüksəltmişdir.

Tam əminəm ki, Siz bundan sonra da bütün potensialınızı, istedad və enerjinizi sevimli prezidentimizlə bərabər onun müdrik siyasətinin reallaşmasına sərf edəcəksiniz.

Bir daha Sizi Qadınlar bayramı münasibətilə təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar, möhkəm can sağlığı, ailə səadəti arzulayıram.

 

Dərin hörmət və ehtiramla,
Fəzail Ağamalı
Milli Məclisin deputatı
07 mart 2023-cü il



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...