image image

Yeni Azərbaycan Partiyası daha güclü Azərbaycan naminə yeni hədəflərə doğru uğurla irəliləyir

image

 

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası son 20 ildə bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, yeni-yeni hədəflərə doğru inamla addımlayır. Cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyası bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirir. Hər zaman vurğulandığı kimi, bu, sadəcə bir statistika deyil, xalqımızın Azərbaycanın dünəninin, bu gününün və sabahının əsası kimi dəyərləndirilən Heydər Əliyev ideyalarına sadiqliyinin, Prezident İlham Əliyevin uğurlu siyasətinə dəstəyinin ifadəsidir.
Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə Azərbaycanın daha da güclənməsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə, xalqımızın rifahının yaxşılaşmasına öz töhfələrini verməyə səy göstərir. Partiyanın tutduğu yola sadiqliyinə, dövlətə, xalqa bağlılığına və xidmətinə söykənərək ulu öndər Heydər Əliyev bildirmişdir ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir.      
Yeni Azərbaycan Partiyasının əsas hədəflərindən biri Azərbaycan həqiqətlərini, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq, tarixi ədalətin bərpasına, ərazi bütövlüyümüzün təmin edilməsinə nail olmaq idi. Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrün uğurlarının, keçilən yolun bələdçisi olan Yeni Azərbaycan Partiyasının hər bir üzvü İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə Azərbaycan Ordusunun yazdığı tarixə şahidlik etdi. Cəbhədən gələn qələbə müjdələri partiyanın çoxminli üzvləri tərəfindən böyük coşqu ilə qarşılandı. 2020-ci il noyabrın 10-da Yeni Azərbaycan Partiyasının qərargahının qarşısında möhtəşəm Qələbəmiz münasibətilə təşkil olunan tədbirdə bir daha vurğulandı ki, tarixi Zəfərimiz Azərbaycanın gücünün, qüdrətinin, Ordumuzun dünyanın ən güclü ordusu, xalqımızın yenilməz, məğrur xalq olduğunun dünyaya təqdimatı oldu. Bu Qələbə harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların, o cümlədən siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər kəsin birliyinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə həmrəyliyinin nümayişi oldu. Hər bir dövlətin əsas missiyalarından biri öz torpaqlarının təhlükəsizliyini təmin etməkdir ki, Azərbaycan dövləti də bunu bacardı.
Torpaqlarını azad edən Azərbaycan bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni dövr cəmiyyətimiz, o cümlədən hakim Yeni Azərbaycan Partiyası qarşısında yeni vəzifələr, hədəflər müəyyənləşdirir. Partiyanın 2021-ci il martın 5-də keçirilən VII Qurultayında dövlətimizin başçısı, YAP-ın Sədri İlham Əliyev çıxışı zamanı Vətən müharibəsində qazandığımız möhtəşəm qələbənin bölgədə yeni reallıqlar yaratdığını vurğulayaraq, qarşıya qoyulan vəzifələrdən danışdı və bildirdi ki, yeni reallıqlar daha səylə çalışmağı bir tələb kimi qarşıya qoyur: “Hesab edirəm ki, Partiya yenilənmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir. Həyat dəyişir, zaman dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, Partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, Partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, Partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm”. Beləliklə, 30 illik şərəfli yol qət edən Yeni Azərbaycan Partiyası daha güclü Azərbaycan naminə yeni hədəflərə doğru uğurla irəliləyir. Ulu Öndərin dediyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır.

 

İlkin Kərimov,
Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktor müavini, YAP fəalı





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...