Xalq da, dövlət də insan kimidir. Yaddaşı ilə yaşayır. Ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin tarixi yaddaşıdır. Müasir Azərbaycanın memarı kimi tarixə yazılan bu qüdrətli şəxsiyyət bu gün bütün dünyada Azərbaycan xalqının Ulu Öndəri olaraq qəbul edilir. Bu böyük şəxsiyyətin, qüdrətli dövlət xadiminin iradəsi, cəsarəti, əyilməzliyi, müdrikliyi ilə müstəqilliyə nail olundu. 20 Yanvar, Xocalı dəhşətlərinə, minlərlə insanın məcburi köçkünə çevriməsinə, torpaqlarımızın işğala məruz qalmasına baxmayaraq, ölkəmiz ayaqda qaldı. Bir xalq, millət, dövlət olaraq imtahanlardan keçdik. Hər bir azərbaycanlının varlığı ilə qürur duyduğu Azərbaycanda Vətənin dircəlişi, tərəqqisi adına nə varsa, ömrünün 50 ilindən çoxunu milli dövlətçilik tariximizə bağışlayan Ulu öndərin adı ilə bağlıdır.
Ulu öndərin siyasi hakimiyyətinin Naxçıvan mərhələsi ilə bağlı milli mənlik, milli kimlik tariximizdə atdığı cəsarətli üç addım, üç müqəddəslik hər bir Azərbaycanlı üçün qiymətlidir: Azərbaycan Bayrağının dövlət rəmzi olaraq Naxçıvan Ali Məclisində qaldırılması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi və Yeni Azərbaycan Partiyasının yaradılması. Xalqımızın birliyinə, bütövlüyünə hesablanan bu müdrik qərarlar çoxmillətli məmləkətimizi məhz bir bayraq altında, bir partiya – Yeni Azərbaycan Partiyasının ətrafında birləşdirdi. Bu gün səkkiz yüz minə yaxın vətəndaşımızın Yeni Azərbaycan Partiyası ətrafında Azərbaycan naminə əqidə, məslək birliyinə tapınması, siyasi həmrəyliyə gəlməsi, dünyaya səpələnən 50 milyona yaxın soydaşımızın Azərbaycanı doğma diyarı, Ana Vətəni kimi sevməsi məhz həmin müqəddəs amalla bağlıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşdırılıb. Eyni zamanda Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflər və strateji prioritetlər müəyyənləşdirilib, bu istiqamətdə addımlar atılıb, ciddi nailiyyətlər əldə olunub. Ən əsası, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanıb. Nəticədə, Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub. Yəni Azərbaycan artıq yeni reallıqlar yaradıb. Bu baxımdan Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini zamanın tələblərinə və çağırışlarına uyğun formalaşdırmalı idi. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin olundu. Mehriban Əliyevanın partiya Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Fəaliyyəti humanizm və vətənpərvərlik prinsiplərinə əsaslanan Mehriban xanım Əliyeva ölkəmizin müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına müstəsna töhfələr vermiş dövlət xadimidir.
Qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası sıx və geniş beynəlxalq əlaqələrə malik olan partiyadır. YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. 2022-ci ilin 22 noyabr tarixində Bakıda “Sülh və təhlükəsizlik: siyasi partiyaların rolu” mövzusunda İCAPP ilə birgə beynəlxalq konfrans keçirilmişdir. Bundan əlavə, YAP Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) İcra Komitəsinin və Baş Assambleyasının beş onlayn iclasında təmsil olunmuşdur.
YAP-ın, eyni zamanda Türkiyə, Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malik olan YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə də əməkdaşlıq edir, Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” Daimi Komitəsinin üzvüdür. YAP-ın ən sıx əməkdaşlıq etdiyi partiyalardan biri Çin Kommunist Partiyasıdır. 3 dekabr 2021-ci il tarixində Kiyevdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Ukraynanın hakim “Xalqın Xidmətçisi” partiyasının gənclər təşkilatı olan “Ze! Molodizhka” arasında əməkdaşlıq memorandumu imzalanıb. 2022-ci ilin mayın 10-da Makedoniya Türk Demokratik Partiyası ilə əməkdaşlıq memorandumu imzalanmışdır.
Göründüyü kimi, YAP-ın beynəlxalq əlaqələri həm başqa ölkələrin siyasi partiyaları ilə əməkdaşlığın, həm də beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir. Bütün bunlar belə bir qənaətə gəlməyə əsas verir ki, YAP fəaliyyət göstərdiyi müddətdə həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıb və hazırda bu proses uğurla davam etməkdədir. Bu əlaqələr həm də belə bir əminlik yaradır ki, ümumxalq partiyası olan YAP bundan sonra da özünün xarici əlaqələrini ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirəcək.
Mehrinur Nağıyeva,
Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə
Təhsil İdarəsinin aparıcı məsləhətçisi, YAP fəalı
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...