Bildiyimiz kimi, 2021-ci il mart ayının 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Qurultayda çıxış edən partiyanın sədri cənab İlham Əliyev müstəqilliyimizin ilk illərindən danışaraq qeyd etdi ki, ölkə daxilində gedən xoşagəlməz proseslər və siyasi çəkişmələr böhranı daha da dərinləşdirmişdi. Hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. Xalq ümidsizliyə, depressiyaya qapılmışdı, heç bir siyasi qüvvəyə, iqtidara, müxalifətə inam yox idi. Torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü və yaranmış vəziyyəti dəyişdirmək üçün heç bir ümid yox idi. Belə bir şəraitdə milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı və Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı.
1993-cü ildən başlayaraq Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırdı, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açdı.
Bu gün müstəqillik tarixinin şərəfli dövrünü yaşayan Azərbaycan bütün istiqamətlərdə özünün qazandığı möhtəşəm uğurlara görə Ulu öndərimiz Heydər Əliyev şəxsiyyətinə borcludur. Zaman keçdikcə dahi insanların, siyasətçilərin, liderlərin böyüklüyü və uzaqgörənliyi, bir sözlə, əzəməti daha aydın olur, atalar demişkən: "Dağdan uzaqlaşdıqca onun böyüklüyü, əzəməti daha aydın görünür", başqa sözlə, Heydər Əliyev dövründən nə qədər çox vaxt keçirsə, onun ideyalarının möhtəşəmliyi, Azərbaycanın bu günü və gələcəyi üçün əhəmiyyəti daha da artır.
Azərbaycanın müstəqillik illərinin uğuru respublikamızın heç bir dövlət və beynəlxalq təşkilatdan asılı olmadan müstəqil siyasət yeritməsi, milli maraq və mənafeyini müdafiə etməsidir. Müxtəlif dövrlərdə insanların tələbat sistemi, insan kapitalının formalaşması müasir şəraitdə strateji planlaşdırma və idarəetmə sisteminin meyarı olaraq istifadə olunur. Azərbaycan iqtisadiyyatının sosial bazası 1996-cı ildən başlayan dayanıqlı inkişaf və yüksək artım sürətilə genişlənir. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi iqtisadiyyatın davamlı olaraq ümumdaxili məhsul, büdcə və valyuta ehtiyatlarını ildən-ilə artmasını göstərir. Həmçinin bu dövrlər ərzində sahibkarlığın inkişafı, enerji təhlükəsizliyi, yeni infrastruktur sahələri inkişaf edib. Əsasını Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan davamlı inkişaf strategiyası müstəqil Azərbaycanın siyasi və iqtisadi simasını müəyyən edir.
Azərbaycanın bugünkü uğurlarının əsl mənbəyi 1993-2003-cü illərdə formalaşdırılan və reallaşdırılan siyasət nəticəsində yaradılmış iqtisadi zəmin olub. Məhz bu dövrlərdə Azərbaycanda ictimai-siyasi sabitliyin, sosial-iqtisadi inkişafın təməli qoyuldu. Heydər Əliyevin böyük səyi, iradəsi və idarəçilik məharəti sayəsində ölkədə qısa müddət ərzində əldə olunan makroiqtisadi, siyasi sabitlik, habelə sosial-iqtisadi inkişafda prioritetlərin seçilməsinə, cari və perspektiv məqsədlərin reallaşdırılmasının taktiki və strateji strategiyasını müəyyənləşdirməyə imkan verdi.
Heydər Əliyev gözəl bilirdi ki, müstəqil dövlətə çevrilən Azərbaycanda sistemin transformasiyasını nisbətən daha qısa müddətdə və mümkün qədər az sosial itkilərlə həyata keçirmək üçün qarşıya qoyulan məqsədə çatmağın yollarını, prinsiplərini və imkanlarını dəqiq, aydın müəyyənləşdirmək lazımdır. Heydər Əliyevin milli iqtisadiyyatın formalaşması və inkişafı ilə formalaşdırdığı iqtisadi siyasətin ana xətti onun neft strategiyası və "Əsrin müqaviləsi"nin bağlanması təşkil edirdi. Bu baxımdan Ulu öndər Heydər Əliyev tərəfindən işlənilən və uğurla həyata keçirilən neft strategiyası Azərbaycanın dərin iqtisadi böhrandan çıxmağın, iqtisadi təhlükəsizliyin və sabitliyin, regional əməkdaşlığın inkişafının, son nəticədə ölkəmizdə sabit və davamlı inkişafın təmin edilməsinin ümumi əsası hesab edilməlidir.
Bu gün Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və ölkəmizin dövlətçilik tarixində yeni mərhələnin əsasını qoymuş sosial-iqtisadi inkişaf kursu 2003-cü ilin oktyabrın 31-dən başlayaraq onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dahi uzaqgörənliklə, yaradıcılıqla inkişaf etdirir. İlham Əliyev uzunmüddətli strategiya ilə sosial dayanıqlığı, ədalətli bölgü sistemini, hər bir Azərbaycan vətəndaşının inkişafı strategiyasını əsas götürür. İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində bütünlükdə Azərbaycanda, eləcə də regionlarda sosial-iqtisadi inkişafın, idarəçilik, dövlət quruculuğu və beynəlxalq sahədəki fəaliyyətinin nəticələri onu uzaqgörən, ekstremal hallarda düzgün və optimal qərar qəbul edə bilmək bacarığına malik bir lider olduğunu sübut edib. Bizim uğurların təməlində siyasətimizdir, gələcəyə olan baxışlarımızdır, strategiyamızdır, birliyimizdir. Azərbaycan xalqı bu 32 il ərzində vətəndaş həmrəyliyini və nə qədər böyük xalq olduğunu göstəribdir. Bu illər ərzində ölkəmiz böyük nailiyyətlə çatıb. Bundan sonra da ölkəmizin hərtərəfli inkişafı üçün çalışacağıq ki, daha da qüdrətli, gözəl ölkə yaradaq. Dövlətlə xalqın birliyi isə müstəqilliyimizi əbədi, dönməz və sarsılmaz edəcəkdir.
Şahmar Sadıqov,
Salyan rayon Aşağı Noxudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndə
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...