image image

“PREZİDENTİMİZİN ÇEVİK ADDIMLARI RUSİYANI BUNA VADAR ETDİ” - FƏZAİL AĞAMALI

image

 

“Nəhayət buzlar qırıldı. 2020-ci ilin möhtəşəm zəfərindən sonra, 44 günlük qələbəmizdən sonra ölkə prezidentinin məharətlə aparmış olduğu diplomatiya özünün nəticələrini verməyə başlayıb. Bəlli olan odur ki, Qarabağda bütün proseslərin arzu etdiyimiz və arzuolunan səviyyədə getməsində əsas maneə Rusiya tərəfindən olub. Və ölkə prezidentinin Rusiya ilə düşünülmüş, ölçülüb-biçilmiş dövlət və milli maraqlarımızı hədəflənən siyasəti və əlbəttə indi dünyada gedən geopolitik proseslər, xüsusi olaraq Rusiya-Ukrayna müharibəsi, bunun üzərində prezidentimizin çevik addımları Rusiyanı buna vadar etdi”. 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı dünən həmkarı Ramin Məmmədovun Xocalıda ermənilərlə keçirdiyi görüşə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiyanın artıq razılığı əsasında ilk addım atıldı:
“Məlum olduğu kimi, Rusiyanın Qarabağda müvəqqəti yerləşən sülhməramlı qüvvələrinin rəhbərliyi, onların vasitəçiliyi ilə ilk olaraq Azərbaycan nümayəndəsi ilə Qarabağda olan yerli əhalinin təmsilçiləri, icmanın nümayəndələri ilə görüş keçirildi. Bu görüşü mən müsbət qiymətləndirirəm. Ramin Məmmədov bizim həmkarımızdır. Gənc olmasına baxmayaraq, kifayət qədər təcrübəsi var. Yüksək intellektə malikdir, vətənpərvər millət vəkilidir və əminəm ki, o, bu prosesi davam etdirib, uğurla başa çatdıracaqdır. Buna əminəm və əlbəttə, ilk addım atıldı. Bundan sonra da bu addımlar möhkəmlənəcək”.

Deputat onu da qeyd etdi ki, bu cür görüşlərə mane olmaq istəyənlər olacaq:
“Həm keçmiş Vardanyan səviyyəsində, onun ətrafında olanlar səviyyəsində, daha sonra hələ də müstəqillik haqqında xəyallar yaşayan və 44 günlük müharibənin canisi olan, Azərbaycanın dinc əhalisinin ölümcül raketlərlə həyatına son qoyan, raketlərin atılmasını əmr edən və bundan “qürur duyan” Arutunyan kimi insanlar da çalışacaqlar ki, bu təmaslar baş tutmasın, bu təmaslar konkret nəticələrini verməsin. Lakin onların hər hansı bir gücü və imkanları yoxdur. Mən tamamilə əminəm ki, Azərbaycanın atmış olduğu bu addımlar həm də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndirilməkdə davam edəcəkdir. Çünki bu, elə bir addımdır ki, buna mane olmaq üçün əsas yoxdur. Yəni, söhbət ciddi qüvvələrdən, marağı olan dövlətlərdən və beynəlxalq təşkilatlardan gedir”.

 



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...