image image

Heydər Əliyev: “Azərbaycan dünyaya günəş kimi doğacaq”

image

 

Hələ sağlığında canlı əfsanəyə çevrilmiş, adı daim qürur duyduğu Azərbaycanla birgə çəkilən müdrik siyasətçi və böyük nüfuza malik dövlət xadimi Heydər Əliyev siyasi uzaqgörənliyi, dərin təfəkkürü, polad kimi mətin iradəsi, iti zəkası, qeyri-adi cəsarəti və bənzərsiz qətiyyəti ilə dünyanın nadir şəxsiyyətləri sırasında şərəfli yer tutmuşdur. O, müasir bəşər tarixinin iki müxtəlif ictimai-siyasi quruluşunda hakimiyyət zirvəsinə yüksəlməyə nail olmuş və siyasi mübarizədə yenilməzliyini ömrünün sonuna kimi qoruyub saxlamağı bacarmışdır. Azərbaycanı dünyaya tanıtmaqla beynəlxalq aləmdə özünəməxsus yerini müəyyən edən bu dahi şəxsiyyətin zamanında atdığı addımların mahiyyətini, nə qədər gərəkli olduğunu indi daha dərindən dərk edir, əhəmiyyətini və nəticələrini həyatımızda hiss edirik. 
Tarix 20-ci əsrdə Azərbaycan xalqına Heydər Əliyevin timsalında, doğrudan da, dahi bir rəhbər və müdrik dövlət xadimini bəxş etdi. Ölkəmiz 1991-ci ildə yenidən müstəqilliyini bərpa edəndə Azərbaycanda, sözün həqiqi mənasında, belə güclü liderə ehtiyac yaranmışdı. Gənc müstəqil dövləti daxili və xarici qüvvələrin təhdidlərindən qorumaq və qısa vaxtda dövlətçiliyin dayaqlarını möhkəmləndirmək üçün xalqımız 1993-cü ildə haqlı olaraq müdrik dövlət xadiminə üz tutdu və onun timsalında həqiqi xilaskarını tapdı. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasında çalışan Ulu Öndər yaxşı bilirdi ki, onun Azərbaycan rəhbərliyinə qayıdışını istəməyən böyük qüvvələr var. Hətta onun fiziki məhv edilməsi də reallıq idi. Amma Heydər Əliyev bu təhlükələrə baxmadan xalqına dar gündə kömək etmək qərarına gəldi və tərəddüd etmədən 1993-cü ilin iyununda Bakıya qayıtdı. Axı  yaxşı bilirdi ki, milyonlarla insanın ümidli baxışları ona dikilib və  müstəqilliyini qurbanlar hesabına qazanan bir xalq dövlətçiliyin sükanı arxasında məhz Heydər Əliyev kimi təcrübəli və qətiyyətli siyasi lideri görmək arzusundadır. 
Bəli, Azərbaycanı və xalqını canından çox sevən ulu öndər Bakıya gəldi. Lakin Azərbaycan və Bakı onun 1982-ci ildə qoyub getdiyi məkan deyildi. Eynən, vaxtilə Napoleon qalibiyyətli “Misir yürüşü”ndən sonra Fransaya qayıdanda gördüyü və Fransa Respublikasının hökumət rəhbərlərinə “Mənim çiçəklənən vəziyyətdə qoyub getdiyim Fransanı nə kökə salmısınız? Sizə sülh qoyub getdim, qayıdanda müharibə tapdım! Sizə İtaliyanın milyonlarını qoyub getdim, qayıdanda soyğunçu qanunlar və səfalət tapdım!”-deməklə təsvir etdiyi mənzərə ilə rastlaşan Napoleondan fərqli olaraq, ümummilli lider abad etdiyi ölkəni qayıdıb bərbad görəndə şikayətlənmədi, əksinə daha böyük cəsarət və həvəslə ölkəni bu dərin böhrandan, əslində dövlətçiliyi və müstəqilliyi itirmək təhlükəsindən xilas etmək üçün qısa müddət ərzində vətəndaş müharibəsinin dayandırılmasına nail oldu. Bundan sonra, Azərbaycanda sabitliyin bərpasını təmin etdi və böyük islahatların başlanmasına rəvac verdi.
İndi hər bir Azərbaycan vətəndaşı çox gözəl bilir ki, ölkəmizin müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən 1993-cü ildə Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, nəinki bugünkü möhtəşəm Azərbaycan olmazdı, ümumiyyətlə onun mövcudluğu şübhə altına düşə bilərdi. Ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Ulu öndər üçün bu kəlam gəlişigözəl söz yığını deyildi. Çünki, onun üçün Vətənə–Azərbaycana xidmət həyatın, yaşamın özü idi və buna görə də o, ömrünün qalan hissəsini də xalqına həsr etdi. 
Tarixi proseslərin təhlili və müxtəlif dövrlərin təcrübəsi belə qənaətə gəlməyə əsas verir ki, varislik prinsipinə riayət edilmədən xalqın rifahına xidmət edən ideyalar məcmusunun reallaşmasının və dinamik inkişafının davamlı xarakter alması mümkün deyil. Belə ki, bu halda mövcud olan mütərəqqi ideyalar aşınmalara məruz qalaraq məhvə məhkum ola bilər. Buna görə də, müdrik və uzaqgörən, xalqa, cəmiyyətə xidmət edən ideyaların sivil qaydada, demokratik prinsiplər əsasında ötürülməsi cəmiyyətin inkişafı üçün çox vacib amildir. Bu mənada siyasi sələfindən estafet kimi qəbul etdiyi strateji inkişaf kursunu yeni müstəvidə zənginləşdirməklə müasir dövrün tələblərinə uyğun şəkildə yüksək dinamizmlə reallaşdıran möhtərəm Prezidentimiz İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədləri gördüyü işlərlə doğrultmaqla, milli ideyalara sadiqliyin mükəmməl nümunəsini yaratmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin özünü hər zaman xalqın birinci xidmətçisi kimi bəyan etməsi də məhz Heydər Əliyev ideyalarına, onun siyasi irsinə sədaqətin göstəricisidir. Xalqına bağlılığını və xalqla iqtidar arasında olan sıx birliyi təcəssüm etdirən belə bir optimist mövqenin 2003-cü ildən bəri getdikcə daha da möhkəmləndirilməsinin nəticəsidir ki, respublikamız sürətlə inkişaf edir. Bu isə xalqda belə bir əminlik yaradır ki, Azərbaycan xalqının lideri cənab İlham Əliyevin rəhbərliyi ilə təkcə özümüzün deyil, bütün dünyanın, hətta uğurlarımıza qısqanclıqla yanaşan rəqiblərimizin də etiraf etdiyi nailiyyətlərimiz bizə hər dəfə daha yüksək zirvələr fəth etməyə imkan verəcəkdir. 
Fikirlərimi Ulu Öndər Heydər Əliyevin 17 oktyabr 1997-ci ildə Dövlət Müstəqilliyi Günü (Müstəqilliyin Bərpası Günü) münasibətilə Azərbaycan xalqına təbrikindən bir sitatla yekunlaşdırmaq istəyirəm: “Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir.”

 

Cavid Ağayev, 
Salyan rayon Peyk kənd tam orta məktəbin direktor müavini, YAP fəalı



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...