Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Kuba Respublikasının ictimai səhiyyə naziri Xose Anxel Portal Miranda ilə görüşüb.
Kuba nümayəndə heyətinin tərkibində Kuba Respublikasının Xarici İşlər Nazirliyinin Avropa və Kanada İdarəsinin rəhbəri Cizela Qarsia Rivera, Kuba Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon təmsil olunublar.
Görüşdə Azərbaycan Respublikasının Kuba Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Rzayev, TƏBİB-in İcraçı direktorunun müavinləri, icraçı direktorun müşaviri və aidiyyəti struktur bölmələrin rəhbərləri iştirak ediblər.
Görüşdə Azərbaycan və Kuba arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi, kadr hazırlığı, ailə həkimi modelinin təkmilləşdirilməsi, biofarmasevtika istiqamətində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Qonaqları salamlayan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Kuba ilə diplomatik əlaqələrin 30 ildən çoxdur ki, qurulduğunu və uğurla davam etdiyini bildirib. O qeyd edib ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi bunun bariz nümunəsidir.
İcraçı direktor son illər Azərbaycan və Kuba arasında siyasi sahədə olduğu kimi səhiyyə sahəsində də ikitərəfli münasibətlərin dinamikasında fəallıq müşahidə edildiyini qeyd edib. TƏBİB-in fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verən V.Qurbanov ölkəmizdə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində Kuba ilə səmərəli əməkdaşlığa da diqqət çəkib. O, COVID-19 infeksiyasına yoluxmuş şəxslərin müalicəsi üçün Kuba Respublikasından dəvət olunmuş 236 nəfərdən ibarət tibbi heyətin TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəz, Yeni Klinika və Binəqədi Tibb Mərkəzinin tabeliyində qurulmuş Abşeron Olimpiya İdman Kompleksində uğurla fəaliyyət göstərdiyini xatırladıb.
İcraçı direktor bundan sonra da Kuba ilə səhiyyə sahəsində yeniliklər, təcrübə mübadiləsi, tibb personalı üçün təlimlərin keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Kuba Respublikasının ictimai səhiyyə naziri Xose Anxel Portal Miranda isə öz növbəsində görüşün vacibliyini qeyd edərək, pandemiya ilə mübarizə çərçivəsində Kubanın 58 tibbi briqadasının 57 ölkəyə ezam olunduğunu, onlardan Azərbaycana ezam olunan həkimlərin TƏBİB-lə bağlı yüksək təəssüratla geri döndüyünü vurğulayıb. Eyni zamanda nazir “Ailə həkimi” modelinin Azərbaycanda təkmilləşdirilməsi üçün Kubanın öz təcrübəsini bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.
“Kubada ailə həkimi əhalinin 100 faizini əhatə edir. Əhalinin hər min nəfərinə 1 həkim və 1 tibb bacısı düşür. Bir nəfərə düşən həkim sayına görə dünyada ön sıralarda qərarlaşırıq” – deyə nazir vurğulayıb.
Qarşılıqlı müzakirə şəraitində keçən görüşün sonunda əməkdaşlıq üzrə texniki işçi qrupunun yaradılması qərara alınıb.
Qeyd edək ki, Kuba nümayəndə heyəti martın 2-də Bakı şəhərində keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun pandemiyadan sonrakı qlobal bərpa mövzusuna həsr olunmuş Sammitində iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdədir.
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...