Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır

20 Yanvar üçün yaradılan zəmin,Azərbaycan xalqının qəhramanlıq salnaməsi

2021-01-21 00:57:02 213 baxış
Xəbər şəkil

20 Yanvar üçün yaradılan zəmin, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi

20 Yanvar hadisələrinin üstündən 31 il keçir, bu müddət ərzində Azərbaycan xalqı daim SSRİ ordusunun güllələrinin qurbanı olan, tanklar altında əzilib ölən şəhidlərin xatirəsini əziz tutur.

1990-cı ilin yanvar ayının ilk günlərindən etibarən Qırmızı ordunun Azərbaycana girişi üçün cığır açılması prosesinə start verilmişdi. Məqsəd isə xalqın mübarizə əzminin qırılması üçün münbit zəminin yaradılması idi.

20 Yanvar üçün münbit zəmin

Hadisələrin ssenarisi, ssenariyə uyğun rol alan oyunçular, təxribat yaradanlar SSRİ ordusunun əslində Bakıya girişinə hesablanmış addımlar atırdılar.

Yanvarın 11-də AXC-nin radikal qanadının Lənkəranda yerli hakimiyyət binasını ələ keçirməsi, ardınca yanvarın 13-də Bakıda erməni kartından istifadə edilərək guya ermənilərə qarşı talan törədilməsi isə hadisələrin pik həddi idi. 1990-cı ilin 13 yanvarında baş vermiş hadisələrə fərqli qiymətlər verilir.

Təbii ki, bundan əvvəlki proseslər birbaşa və dolayı yolla bir-biri ilə əlaqəlidir. Bu hadisələr 13 yanvara hazırlıq planının tərkib hissəsi, 13 yanvar isə Bakıya rus qoşunun salınması üçün planının vacib hissəsi idi.

Bəzilərinin 13 yanvar hadisələrini talan kimi dəyərləndirməsi, Azərbaycan xalqını ittiham etmə cəhdlərinin arxasında isə yalnız siyasi avantüra və qərəz dayanır. Halbuki bunu həyata keçirən də “KQB” idi.

Milli azadlıq hərəkatının liderlərindən biri Sabir Rüstəmxanlı deyir ki, o zaman ermənilərə basqın həyata keçirən kütlənin qarşısını almağa çalışıblar, bunun xalqımıza yaraşmadığını diqqətə çatdırıblar.

“Barışıq resursları” təşkilatının “Dairənin hissələri” adlı sənədli filmində həmin zamanlar Bakıda yaşayan Marina Sarkisyan bildirir ki, azərbaycanlı qadın qonşusu öz şalını ona verib. Deyib ki, başına sal, səni erməni bilməsinlər və beləcə Marina Sarkisyan bərəyə yollanıb.

Bunlar onu göstərir ki, “KQB” bir neçə erməninin ölümündə və ya evinin talanmasında maraqlı idi. Əsas məqsəd isə azərbaycanlıların erməniləri təhdid etdiyi fonu yaratmaq və onların Bakıdan çıxarılması planını işə salmaq idi.

Həmin hadisələrdən sonra ermənilər Bakını tərk etdilər. Buna görə də məntiqi suallar ortaya çıxır:

Niyə fövqəladə vəziyyət məhz ermənilər Bakını tərk etdikdən sonra elan olundu? Fövqəladə vəziyyətin ermənilərə qarşı basqınların qarşısını almaq üçün deyil, yalnız ermənilərin Bakını tamamilə tərk etməsindən sonra elan olunması nə demək idi?

Hadisələri təhlil etsək əminliklə deyə bilərik ki, 20 Yanvara aparan həlledici amillərin ən vacibi ermənilər olub. Həmişəki kimi erməni kartından istifadə olunub və bu Azərbaycanda qırğınla nəticələnib.

20 Yanvar hadisələri Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini apardığı və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin vüsət aldığı zamana təsadüf edir. Nədənsə bu hadisələrdən həmişə Ermənistan karlı çıxıb, 13 yanvar hadisələri isə onların nifrətini bir az da körükləyib.

20 Yanvar qəhrəmanlıq dastanıdır

Yanvar faciəsi Azərbaycan xalqının milli ruhunu öldürə və qürurunu sındıra bilmədi. 20 Yanvar ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərib. Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına mühüm təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində əhəmiyyətli hadisə olub.

Ümummilli lider Heydər Əliyev faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib və qırğın barədə dünya ictimaiyyətini məlumatlandırıb.

Şəhidlərin qanı yerdə qalmadı

Prezident İlham Əliyevin güclü dövlət quruculuğu sayəsində 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Azərbaycan Ordusu Qarabağda tarix yazdı, işğal altındakı torpaqlar düşmən tapdağından azad edildi.

Bu, həm də şəhidlərin qanının yerdə qalmaması deməkdir. Qisas qiyamətə qalmadı və tarixi ədalət bərqərar oldu. Şəhidlərin qanı hesabına

Oxşar xəbərlər

Xəbər lenti
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17