Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"

Hansı məmurlar həbs ediləcək?_YAP_dan anons

2021-01-21 00:48:46 275 baxış
Xəbər şəkil

 

Son günlər antikorrupsiya həbsləri fonunda dövlət başçısı yenidən “kimsə özünü toxunulmaz hesab etməsin” deyib. Bu o deməkdir ki, ölkədə məmur özbaşınalığına, korrupsiyaya qarşı mübarizə davam edəcək. Son günlər həm “Azərxalça”, həm sabiq KİVDF rəhbərinin, ondan əvvəl Cəlilabadın icra başçısının həbsləri bir daha göstərir ki, dövlət büdcəsini sümürənlər gec-tez ələ keçəcəklər. Nəzərə almaq lazımdır ki, torpaqların işğaldan azad edilməsi ilə Azərbaycanın maliyyə xərcləri artıb və hər manatın hesabı aparılacaq. Bu işdə Hesablama Palatasının üzərinə də ciddi yük düşür. Bütün bunlardan hər kəs nəticə çıxarmalıdırmı? Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətidir: “Korrupsiyaya qarşı mübarizədə Prezident İlham Əliyev birmənalı, sərt mövqeyini ortaya qoyub. Azərbaycan Prezidenti bəyan edib ki, heç kim toxunulmaz deyil, korrupsiyaya yol verən, qanunsuzluq edən məmurlar cəzalandırılacaq. Ölkə başçısının son xəbərdarlığı korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin qarşıdakı dövrdə daha da kəskin şəkil alacağını söyləməyə əsas verir. Ona görə də fəaliyyətlərində qanunsuzluqlara, dövlət büdcəsindən öz şəxsi məqsədləri üçün istifadə edib korrupsiyaya yol verən məmurlar bundan nəticə çıxarmalıdırlar. Ölkənin, xalqın rifahını düşünmürlərsə, ən azından öz talelərini düşünsünlər. Korrupsiya ilə məşğul olan istənilən məmuru həbsxana  gözləyir. Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində son illər ciddi uğurlar, irəliləyişlər əldə edilib. Bu gün qazanılan uğurlar təkcə ölkə daxilində deyil, bir sıra beynəlxalq qurumlar, xarici ekspertlər tərəfindən də etiraf olunur. Son vaxtlar respublikamızda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da gücləndirilib. Ölkə Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Bu cür tədbirlər davam edəcək”.

 

Deputat dedi ki, dövlət başçısı tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan vəzifəli şəxslərin dövlət tərəfindən cəzalandırılması davam etdirilir: “Ölkə rəhbəri tərəfindən ictimaiyyət qarşısında dəfələrlə vəzifəli şəxslərə, xüsusilə icra hakimiyyəti başçılarına edilən ciddi xəbərdarlıqlara baxmayaraq, kimlərsə hələ də rüşvət və korrupsiya ilə məşğul olursa, bu, dövlət mənafeyinə zərbə vurmaq, dövlətə və xalqa xəyanət kimi qiymətləndirilir. Korrupsiyaya qarşı mübarizə dövlətin siyasətinə çevrilirsə, bu, həmin dövlətin inkişafıdır, qüdrətlənməsidir, əhalinin dövlətə olan inamıdır. Prezident bütün iclaslarda, tədbirlərdə korrupsiyaya, rüşvətxorluğa qarşı çıxış edir, onun qarşısının alınması üçün tədbirlər görür, tapşırıqlar verir. Ölkədə korrupsiyanın qarşısının alınması üçün xüsusi, böyük bir idarə fəaliyyət göstərir, eləcə də bütün təşkilatlara, vəzifəli şəxslərə korrupsiyaya qarşı mübarizə aparılması ilə bağlı tədbirlər planı hazırlanıb verilib. Bu işlər hazırda da daim davam etdirilir. Dünyada koronavirus səbəbindən iqtisadi böhran yaşanır. Azərbaycanın da iqtisadi həyatına bu vəziyyət təsir göstərir. Nəzərə alsaq ki, Azərbaycana Qarabağda quruculuq işləri üçün böyük maliyyə vəsaitləri qarşıdakı dövrdə lazım olacaq, onda hər bir məmur fəaliyyətində bu məsələləri də nəzərə almalı, dövlət büdcəsinə qənaətlə, həssaslıqla yanaşmalıdır. Bunu etməyənlərin cəzası sözsüz ki, veriləcək”.

 

Milli Məclisin deputatı Elman Nəsirov isə bildirdi ki, 2018-ci il aprelin 18-də Prezident parlamentdə andiçmə mərasimində islahatların yeni dalğasının anonsunu vermişdi. O zamandan indiyədək ölkədə bütün sahələrdə dərin islahatlar gedir, eyni zamanda rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə davamlı aparılır. Elə sahə yoxdur ki, islahatlardan kənarda qalsın. Bu islahatlar korrupsiya və rüşvətxorluq kimi cəmiyyəti içəridən dağıdan bəlaya qarşı sərt mübarizəni də özündə ehtiva edib və edir: “Cənab Prezidentin məşhur bir ifadəsi var. Prezident deyir: ”Mənim bir amalım var. Güclü dövlət qurmaq və xalqıma ləyaqətlə xidmət etmək". Yəni xalqa ləyaqətlə xidmət etmək cənab Prezidentin dövlətçilik fəlsəfəsinin qayəsini təşkil edir. Bu hər bir məmurun fəaliyyət kredosu olmalıdır, hər bir məmur xalqa ləyaqətlə xidmət etməlidir. Məmur bilməlidir ki, dövlət büdcəsini korrupsiya yolu ilə talamaq, rüşvətxorluqla məşğul olmaq xalqa xidmət yox, xalqa, dövlətə böyük zərbədir, cinayətdir. Cinayətin isə cəzası olur. Bunu Azərbaycanın dövlət başçısı bugünlərdə də hamıya xəbərdarlıq olaraq qeyd edib. Təəssüflə qeyd edək ki, hələ də bəzi məmurlar güman edirlər onların xüsusi imtiyazı var, onlar toxunulmazdır. Cənab Prezident nə qədər belə rüşvətxor korrupsioner məmurlara xitabən söyləyib ki, heç kimin əlahiddə səlahiyyəti, imtiyazı yoxdur. Bütün bunlardan sonra yenə də ayrı-ayrı məmurlar əvvəlki düşüncələrlə yaşayırlarsa, yenə də rüşvət və korrupsiya yolunu seçiblərsə, belə olan vəziyyətdə onların cəzalandırılması labüddür. Son həftələrdə korrupsiya və rüşvətə görə aparılan həbslər də çox ciddi mesajdır ki, cəzalandırma prosesi davam edəcək və rüşvətxorlar, korrupsonerlər canlarını qurtara bilməyəcəklər".

 

Deputat qeyd etdi ki, Azərbaycanın həyatında yeni dövr başlayıb. Artıq işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması strateji hədəf kimi seçilib: “Prezident Sumqayıta səfəri zamanı dedi ki, onun gün ərzində fəaliyyətinin mərkəzi hissəsi məhz işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı məsələlərə həsr olunur. Təbii ki, həmin ərazilərin bərpası və yenidən qurulması çox böyük maliyyə vəsaitləri tələb edir. Təkcə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. İstisna deyil ki, gələcəkdə daha böyük maliyyəyə ehtiyac olsun. Bu vəziyyətdə də ayrı-ayrı məmurlar yenə də cinayət yolunu seçirlərsə və köhnə korrupsiya əməllərindən əl çəkə bilmirlərsə, onların cəzası daha ağır olmalıdır və ağır olacaq. Belə olan vəziyyətdə ayrı-ayrı məmurlar yenə rüşvət və korrupsiya ilə məşğul olacaqsa, belələri ən ağır cəzaya layiq görülməlidir. Biz xüsusi bir tarixi dönəmdə yaşayırıq. Qarabağın azad olunması nə qədər müqəddəs və böyük vəzifədirsə, onun bərpası, yenidən qurulması növbəti müqəddəs vəzifədir. Bunu nəzərə almamaq, yenə də dövlət büdcəsindən mənimsəmək bağışlanmazdır. Cənab Prezident ona görə sərt mövqeyini ifadə eləyib və xəbərdarlığını edib. Nəticə çıxarılmayacaqsa, yeni həbslər istisna olmayacaq”.





Oxşar xəbərlər


Xəbər lenti
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
2026-09-17
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
2026-09-17
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
2026-09-17
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
2026-09-17
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-09-17