image image

Ölkəmizdə gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir

image

 

Ölkəmizdə gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. İctimaiyyətdə qürur doğuran bir fakt da odur ki, Azərbaycanın gündən-günə güclənməsində, qüdrətlənməsində, dünya birliyində layiqli yer tutmasında gənclərin rolu böyükdür. 
Ölkəmizdə əhalinin 60 faizdən çoxunu gənclər təşkil edir. Gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi onlara olan etimaddan irəli gəlir.
Gəncləri Azərbaycanın gələcəyi, müasir Azərbaycanın qurucuları kimi dəyərləndirən Ulu Öndərin 1997-ci il 2 fevral fərmanına əsasən, ölkəmizdə Gənclər Gününün dövlət səviyyəsində qeyd edilməsi yeniyetmə oğlan və qızlarımıza sanki əlavə güc, stimul verdi. Gənclərin ən sevimli məşğuliyyəti olan idmanla yanaşı, ictimai-siyasi işlərə geniş cəlb olunması bu strategiyanın təməl prinsiplərinə çevrildi.
Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən 20 ildir uğurla davam etdirilir. Ölkə rəhbərinin ictimaiyyət nümayəndələri ilə görüşlərində dəfələrlə səsləndirdiyi kimi, hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu var. Təbii ki, bu ordunun əsasını da gənclər təşkil edir. Danılmaz faktdır ki, gənclərimizin hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri onlarda Vətən sevgisinin böyüklüyündən xəbər verir. Uğurlu siyasət, gənclərə göstərilən inam və etimad 2020-ci il İkinci Qarabağ savaşında özünü bir daha doğrultdu. Zəfəri daha əzəmətli edən isə milli dövlətçiliyə sədaqətli, Prezidentinə güvənli vətənpərvər gənclər nəslinin yetişdirilməsi oldu. Azərbaycan gəncləri 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün çəkən Vətən müharibəsindən Zəfərlə çıxdılar. Yüzminlərlə keçmiş məcburi köçkünün yurd həsrətinə son qoydular, xalqımızı məğlubiyyət uçurumundan qalibiyyət zirvəsinə ucaltdılar. 
"Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir". Vaxtilə Ulu Öndər Heydər Əliyev dediyi bu müdrik kəlamda olduğu kimi, Vətən müharibəsində Azərbaycan gəncliyi öz sözünü deyərək, həm də xalqımızın gələcək həyatına işıqlı yol açdı. "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram", - deyə gənclərə olan yüksək etimadını dilə gətirən dövlət başçısı İlham Əliyev isə Azərbaycan gəncliyinin hərtərəfli inkişafı üçün mükəmməl strategiya həyata keçirir. Prezident İlham Əliyevin 2021-ci il 18 avqust tarixli "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" barədə sərəncamı Azərbaycan gəncliyinin çağırış və hədəfləri ilə bağlı idi. "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" gənclər siyasətində yeni mərhələnin başlanmasından xəbər verir. 
Ötən 20 ildə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılıb. "Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında" Prezident İlham Əliyevin 30 sentyabr 2021-ci il tarixli sərəncamı da ictimaiyyət tərəfindən məmnunluqla qarşılanmışdır. Dövlət başçısının ötən il fevralın 2-də imzaladığı "2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" sərəncamı da ictimaiyyətdə böyük rəğbət doğurmuşdur. Sərəncama əsasən, respublikamızın elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslər 2021-ci il Gənclər üçün Prezident mükafatlarına layiq görülmüşlər.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər və idman siyasətinin müsbət nəticələri bu gün beynəlxalq arenada da öz təsdiqini tapır.
Təsadüfi deyil ki, artıq bütün dünyada Vətənimiz idman ölkəsi kimi tanınır. Buna səbəb müxtəlif idman növlərində güclü idmançılarımızın olması ilə yanaşı, həm də evsahibliyi etdiyimiz beynəlxalq və respublika əhəmiyyətli kütləvi idman tədbirlərinin yüksək səviyyədə keçirilməsidir. Bütün bu fəaliyyətlər Azərbaycanda idmanın kütləvi xarakter almasına, gənclərin zərərli vərdişlərdən uzaqlaşaraq peşəkar və həvəskar şəkildə idmana marağının artmasına səbəb olur. Ötən il aprelin 28-də Budapeştdə keçirilmiş Avropa Çempionatında da güləşçilərimiz uğurlu nəticələr əldə etdilər, 16 medal qazanaraq Vətənə fərəhlə qayıtdılar. Prezident İlham Əliyev görüş zamanı xüsusi olaraq vurğuladı ki, idmançılarımız yarışa çıxanda onlar müzəffər ölkəni və qalib xalqı təmsil etdilər. 
Bir sözlə, həyatın bütün sahələrində iştirak edən gənclər güclü sosial təbəqəyə çevriliblər. Bunu ötən il dekabrın 12-dən ictimai fəalların, xüsusən də Azərbaycan gənclərinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə keçirilən etiraz aksiyasından da görmək olar. Gənc oğlan və qızlarımız, digər könüllülər qışın şaxtasının kəsəkəs vaxtında başıqarlı Kirs dağının ətəklərindən keçən Laçın-Xankəndi yolunun kənarında dayanaraq Qarabağdakı faydalı qazıntı, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etirazlarını bildirirlər. Onlar sivil qaydada Rusiya sülhməramlılarından məsələyə aydınlıq gətirilməsini istəyirlər.
Bu gün Nəinki Azərbaycanda, respublikamızdan kənarda da yaşayan, təhsil alan və hər hansı müəssisədə çalışan azərbaycanlı gənclər Azərbaycan Prezidenti İlham Əliyev siyasətinə, onun tələb və tövsiyələrinə həmişə sadiq və sədaqətli olmağa çalışırlar. 
Bu il bildiyiniz kimi, Ulu Öndərin 100 illiyi ilə bağlı Heydər Əliyev ili elan olunmuşdur.  Azərbaycanda demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesinin ilk dönəmindən Ulu Öndər Heydər Əliyev gənclər siyasətini dövlətin əsas prioritetlərindən biri elan etdi. Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü milli dövlətçilik kursu Azərbaycan gəncliyinə imkan verdi ki, öz əzmkarlıqlarını, yüksək potensiallarını cəmiyyət həyatının bütün sahələrində reallığa çevirib ən böyük tarixi qələbələri Azərbaycan dövlətinin qüdrəti ilə qazansınlar. Bunun əyani sübutunu, gənclərin nəyə qadir olduğunu 44 günlük Vətən müharibəsində gördük. Yaranmış şərait onu deməyə əsas verir ki, bizim güvəndiyimiz gənclər bundan sonra da beynəlxalq miqyaslı tədbirlərdə öz sözlərini deyəcəklər.

 

Səməd Zeynalov,
Salyan rayon gənci, YAP fəalı



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...