image image

"Keyfiyyətsiz hüquq xidmətləri mediasiya proseslərinin səmərəliliyinə ciddi zərbə vurur" - Nadir Adilov

image

 

"Müasir və innovativ dünyada xidmətin keyfiyyəti ölçülür, qiymətləndirilir. O cümlədən mediasiya xidmətlərinin də səmərəliliyi və keyfiyyəti qiymətləndirmə üçün açıq olub, açıqdır və bundan sonra da açıq olacaqdır. Amma bir məsələni unutmamamlıyıq. Göstərilən və keyfiyyəti ölçülə bilməyən hüquq xidmətləri bu gün hər kəsin işinə ciddi əngəl yaradır, o cümlədən mediasiya proseslərinə də".

 

Kanal4.az  xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.



O bildirib ki, ölkəmizdə yüzlərlə savadlı, peşəkar, nüfuzlu hüquqşünaslar var.

"Onlar öz işlərini vicdanla görürlər. Bu insanlar bir qəhrəmandır. Amma onlar bütün ölkənin hüquq xidmətlərini keyfiyyətli görmək üçün fiziki cəhətdən istəsələr belə, üzərlərinə bütün yükü götürə bilməzlər. Misal üçün, onlar nəticə yönümlü olmaqla, öz markalarını yaradıblar, amma bu təbii baş verib. Gəlin baxaq, bu gün həmin yaxşı hüquqşünası pis hüquqşünasdan ayıran və ölçülə bilən bir meyar varmı? Biz necə müəyyən edə bilərik ki, hansı hüquq xidməti keyfiyyətlidir və hansı hüquq xidməti keyfiyyətsiz?

Misal üçün mediasiyaya müraciət edən vətəndaşlarda bunu biz aydın müəyyən edə bilirik. Əgər hüquqşünas müştərisini mediasiyanın səmərəliliyinə inandırıb onu mediasiyada razılığa gələrək barışıq sazişi imzalamağa mane olursa, vətəndaşın ona olan inamından sui-istifadə edərək mediasiyanın səmərəliliyinə zərbə vuraraq vətəndaşın işini süründürməçiliyə salırsa, hansı keyfiyyətli hüquqşünasdan danışmaq olar. Amma biz cəmiyyətdə bunun əksini də görürük, çoxlu hüquqşünaslar var ki, onlar mediasiyanın səmərəliliyinə böyük dəstək verir, onlar mediatorlara, mediasiyaya müraciət edən vətəndaşlara mediasiyanın üstünlüklərini izah etməklə, vətəndaşla birgə mediasiya proseslərində iştirak edirlər. Biz həmin hüquqşünasların mediasiyaya münasibətdə fəaliyyətini əlbəttə ki, yüksək qiymətləndiririk. Və qeyd etdiyim hüquqşünaslara dərin təşəkkürlərimizi bildiririk.

Bu gün keyfiyyətli hüquq xidməti deyəndə nə başa düşülür? Misal üçün, mən deyirəm ki, keyfiyyətsiz hüquq xidməti, həmin hüquq xidmətinin onu əhatə edən mühitə müsbət təsirləri ilə ölçülməlidir. Misal üçün, əgər hüquq xidməti mediasiya proseslərini səmərəsiz etməyə yönəlibsə, hansı keyfiyyətli hüquq xidmətindən danışmaq olar? Burda qərəzli hüquq xidməti anlayışı meydana çıxır, eyni zamanda keyfiyyətsiz hüquq xidməti anlayışı. Əgər bir hüquq xidməti mediasiyanı səmərəsiz edəcəksə, biz buna yaxşı hüquq xidməti deyə bilərikmi? Əlbəttə ki, xeyr.

Misal üçün, ədalət gözləyən hər kəsin işinə keyfiyyətsiz hüquqi xidmət çox ciddi problem yaradır. Bu isə hesab edirəm ki, məhkəmələrin işinə, mediasiyanın işinə çox ciddi və pis təsir edir. Sual ola bilər ki, niyə? Təcrübədən deyə bilərəm ki, keyfiyyəti ölçülə bilməyən hüquq xidmətlərinə görə bəzi hüquqşünaslar vətəndaşın etibarından sui-istifadə etməklə yanaşı, inzibati orqanların adından yalan danışır, vətəndaşdan əlavə pul almaq üçün onları aylarla süründürürlər. Nəticədə vətəndaş dövlətdən narazı qalır. Nəticədə kim pis olur? Əlbəttə ki, vətəndaşın işi ilə bağlı qərar verən şəxslər. Çünki qərarın qəbuluna təsir edən ən əsas amillərdən biri keyfiyyətli hüquq xidmətinin vaxtında göstərilməsidir. Əgər hüquq xidməti keyfiyyətli və vaxtında göstərilsə, vətəndaşın vəziyyəti acınacaqlı hala düşməzdi.

Mediasiyaya müraciət edən və keyfiyyətsiz hüquq xidmətinin qurbanı olan vətəndaş düşünür ki, mediasiya səmərəsiz oldu və nəticədə mənim üçün ədalətli qərar olmadı. Baxın, öz predmetimiz olan mediasiyanın üzərindən izah edim. Dövlət vətəndaşa imkan verib ki, bir hüquqşünasdan, bir hakimdən, bir məhkəmədən gözlədiyi ədalətli qərarı vətəndaş özü nümayəndənin, etibar etdiyi, müqavilə imzaladığı hüquqşünasın iştirakı ilə özü qərar versin. İdeal bir imkandır. Biz əlbəttə ki, Qanuna riayət edərək vətəndaşa deyirik ki, zəhmət olmasa, keyfiyyətli hüquq xidməti alın ki, mediasiyanız da səmərəli və keyfiyyətli keçsin. Amma nəticədə nə baş verir? Vətəndaşa bəzən mediasiya ilə bağlı çox cüzi və texniki məsələlərin icra edilməsi üçün elə anlaşılmaz qiymətlər təklif edilir ki, vətəndaş min zülümlə bu vəsaiti bəzi hallarda bəzi hüquqşünaslara ödəsə də, nəticədə onlardan nəinki keyfiyyətli xidmət ala bilmir, hətta illərlə, aylarla süründürməçiliyə məruz qalır. Mediasiyada biz nəyin şahidi oluruq? Vətəndaşlar razılığa gəlsələr də, onların nümayəndələri, hüquqşünasları işi uzatmaq üçün mediasiya proseslərini əsassız olaraq xüsusi amansız tamah məqsədi ilə pozur, müdaxilələr edir, vətəndaşdan əsassız və daha çox vəsait almaq üçün öz mülahizələri əsasında yalan fikirlər yürütməyə başlayırlar.

Yaxud da bəzən çox eybəcər bir biabırçılıqla rastlaşırıq. Hüquq xidməti göstərən bəzi şəxslər ümumiyyətlə müştərisini mediasiyaya gəlməyə qoymur, imkan vermir ki, adam proseslərə gəlsin. Nəticədə nə baş verir? Məlum olur ki, bu keyfiyyətsiz hüquqşünas və yaxud da hüquqşünaslar vətəndaşı mediasiyanın, açıq desək, digər qurumların adından aldadıb dəfələrlə çox vəsaitini alıb. Nəticədə nə baş verib? Vətəndaş nəinki keyfiyyətli hüquq xidmətləri ala bilməyib, həttə keyfiyyətsiz hüquq xidmətinin qurbanı olan vətəndaş mediasiya xidmətlərinin də imkanlarından yararlana bilməyib.

Bunu da açıq deyim. Deyək ki, vətəndaşın öz iştirakı ilə mediasiyada 150-200 Azn xidmət haqqı əvəzində həll edəcəyi bir iş ona bir hüquqşünasın xidmətləri nəticəsində 2000-3000 Azn-ə başa gəlir. Və nəticə? Nəticə isə guya ki, səmərəsiz mediasiya olub. Düşünürəm ki, biz ölkəmizin məhkəmə hüquq islahatlarına, ölkəmizin investisiya mühitinə ciddi zərbə vuran, ölkəmizin imicini gözdən salan keyfiyyətsiz hüquq xidmətləri ilə mübarizə aparmalıyıq. Bunu açıq şəkildə bəyan edirəm, keyfiyyətsiz hüquq xidmətləri nəinki mediasiya islahatlarına bütünlüklə məhkəmə - hüquq islahatlarına ciddi, çox ciddi zərbə vurur.

Bütün bunları deməkdə əsas məqsədim ondan ibarətdir ki, biz cəmiyyət olaraq hüquq xidmətlərinin ölçülməsinə, hüquq xidmətlərinin ölkəmizdə aparılan mütərəqqi məhkəmə hüquq islahatlarına nə dərəcədə dəstək göstərdiyini ölçməliyik. Hüquq xidmətləri cəmiyyətin ayrılmaz və qopmaz bir hissəsidir. Hüquq xidmətləri birbaşa ölkənin inzibati və siyasi mühitinə mənfi və ya müsbət təsir edən amildir. Ona görə də biz mediatorlar düşünürük ki, vətəndaşı süründürməyən, keyfiyyəti ölçülə bilən, ağlabatan qiymətlər çərçivəsində hüquq xidmətləri səmərəli mediasiya üçün çox gözəl bir dəstək olardı. Mən fürsətdən istifadə edib keyfiyyətli hüquq xidmətləri göstərən bütün hüquqşünasları Mediasiya Şurası ilə əməkdaşlığa dəvət edirəm.

Əlbəttə ki, bunu da demək lazımdır ki, biz məhz bir çox keyfiyyətli və özünə hörmət edən hüquqşünasların sayəsində çoxlu sayda barışıq sazişlərinə imza atmışıq. Bu barışıq sazişlərinə nail olmağımızda məhz keyfiyyətli hüquq xidmətlərinin də rolu olub. Mən həmin vicdanlı hüquqşünaslara dərin təşəkkür edirəm. Onlar öz nümunəvi davranışları ilə ölkəmizdə aparılan islahatlara dəstək veriblər", - deyə N.Adilov bildirib.



Sədr hakimlər, hüquqşünaslar, xidmət alan hər kəs tərəfindən mediatorların fəaliyyətinin, xidmətlərin keyfiyyətinin qiymətləndirilməsinə dəvət edib: "Hər kəsi şəffaf şəkildə mediasiyanın məxfiliyini pozmamaq şərti ilə, bizim fəaliyyətin nəticəsini, eyni zamanda fəaliyyətimizdə yaranan keyfiyyətsiz hüquq xidmətlərinin mühitə təsirini ölçməyə dəvət edirəm. Bizim elektron resurslar hazır olduqdan sonra hər bir mediasiya təşkilatının, hər bir mediatorun fəaliyyəti istər hakimlər tərəfindən, istərsə də hüquqşünaslar tərəfindən qiymətləndiriləcək, mediatorların göstərdikləri xidmət səviyyəsinin ölçülməsinin əhatə dairəsi daha geniş olacaqdır. Biz bütün fəaliyyətimizlə ictimai fikirə, cəmiyyətə açığıq, şəffafıq. Eyni münasibəti bizi əhatə edən və keyfiyyətli hüquq xidmətləri göstərmək iddiasında olan hüquqşünas kolleqalarımızdan da xahiş edirəm. Biz birlikdə dövlətimiz və ölkəmiz üçün çox böyük və nəticə yönümlü, qiymətləndirilə bilən gözəl işlər görə bilərik".

N.Adilov mediasiya islahatlarına dəstək verən bütün hüquqşünasları əməkdaşlığa dəvət edib: “Bunun üçün çox münbit və mükəmməl bir şərait hər birimiz üçün yaradılıb".



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...