image image

Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq əlaqələri durmadan inkişaf edir

image

 

Tarixin bütün mərhələlərində dünyada öz yeri, mövqeyi olan ölkə kimi diqqəti cəlb edən Çinlə Azərbaycan arasında əlaqələrin yaranması coğrafi uzaqlığa baxmayaraq eramızdan əvvələ təsadüf edir. Qədim Azərbaycan dövlətləri beynəlxalq tranzit ticarəti yolunda yerləşdiyinə görə Tarixi İpək yolu müəyyən əlaqələrin formalaşmasında əsas vəsilə olmuşdur.
İqtisadi sahədə əldə etdiyi uğurlara, xarici və daxili siyasətin nəticəsində nail olduğu davamlı inkişafa görə dünyanın diqqətini özünə cəlb etməyi bacaran Çin Xalq Respublikası ilə Azərbaycan arasında çağdaş dövrdə siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, kənd təsərrüfatı, turizm, təhsil kimi sahələrdə yüksək səviyyədə əməkdaşlıq əlaqələri formalaşıb. Müasir Azərbaycan-Çin münasibətlərinin tarixi 1991-ci ildən başlayır. Belə ki, Çin Xalq Respublikası Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlər sırasında yer alıb. Bu ölkə Azərbaycanın müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımış, diplomatik münasibətlər isə 2 aprel 1992-ci ildə qurulmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin martında Çinə rəsmi səfəri isə bugünkü münasibətlərin dayanıqlı təməlini qoymuşdur. 
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 19 ildə Çinlə münasibətlər dinamik inkişaf etmiş, yeni əməkdaşlıq əlaqələri formalaşmışdır. Ölkə başçısının Çinə 2005, 2015 və 2019-cu illərdə rəsmi və işgüzar səfərləri əlaqələrin inkişafına və canlandırılmasına mühüm töhfələr verdi. 2019-cu ilin aprel ayında Azərbaycan Prezidentinin Pekində keçirilən II Kəmər və Yol Beynəlxalq Əməkdaşlıq Forumunda şəxsən iştirak etməsi ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına gətirib çıxardı. 2022-ci il sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü oldu. Ölkələrimiz arasında qarşılıqlı hörmət və etibarın göstəricidir ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında Pekində “Bir kəmər, bir yol” Sammiti çərçivəsində keçirilən toplantıda Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır.
Bir sıra regional və beynəlxalq problemlərin həllində çox vaxt Azərbaycanla Çinin mövqeləri üst-üstə düşür. Rəsmi Pekin beynəlxalq kürsülərdən Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə etmişdir. Çin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın sərhəd toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etmişdir. Çin BMT Təhlükəsizlik Şurasının veto hüququna malik 5 üzvündən biridir. Onun beynəlxalq məsələlərə geniş təsir imkanlarını nəzərə alsaq, bu cür prinsipial məsələlərdə iki ölkənin rəsmi mövqelərinin üst-üstə düşməsi Azərbaycan üçün çox vacibdir.
Yanvar 17-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində Prezident cənab İlham Əliyev Çin və Azərbaycan əməkdaşlığı üçün çox möhkəm siyasi platformanın qurulduğunu vurğuladı. 30 il ərzində davam edən siyasi münasibətlər artıq ölkələrimizin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. Ölkələrimizin beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığı mövcuddur, həmçinin hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bundan əlavə, Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq əlaqələri durmadan artır. Ölkəmiz Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Ölkə başçısı müsahibəsində bildirdi ki, Azərbaycan Orta Dəhlizlə bağlı  bütün məsələləri yerinə yetirərək nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini yaradıb.
Televiziya kanalına müsahibəsində Prezident cənab İlham Əliyev onu da açıqladı ki, Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda böyük potensial, Çində isə böyük texnoloji nailiyyətlər mövcuddur. Ölkələrimiz bu səyləri birləşdirməlidirlər.
Həm Azərbaycanın, həm də Çinin geosiyasi və geoiqtisadi əhəmiyyəti onların qlobal iqtisadi layihələrdə birgə iştirakını zəruri edir. İnanmaq olar ki, Çinin böyük və uğurlu islahatlar təcrübəsindən Azərbaycan tərəfi də yararlanacaq. Qarşılıqlı faydalı ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi iki ölkə arasında strateji tərəfdaşlığın güclənməsinə müsbət zəmin yaradır.   

 

Ayazxan Fərəcov,
Salyan rayon Çadırlı kənd ümumi orta məktəbin direktoru



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...