image image

Kəlbəcərin təbii enerji potensialı

image

 


Qarabağın gözəl guşələrindən olan Kəlbəcər yeraltı və yerüstü təbii sərvətləri, büllur bulaqları, qaynar mineral çeşmələri, əvəzsiz fauna və florası ilə zəngindir. Füsunkar gözəlliyi, atlas geyimli dağlarla əhatə olunmuş Azərbaycanın qala qapısı, zümrüd qaşı olan unikal Kəlbəcər ulu tarixə malikdir. Kəlbəcər inzibati rayonu 8 avqust 1930-cu ildə təşkil olunub. Torpağının altı-üstü min bir neməti, təbii ehtiyatı, fauna və florası ilə zəngin olan, təbiəti möcüzələrlə dolu Kəlbəcərin elə bir hissəsi yoxdur ki, orada təbii ehtiyatlar olmasın. 
Bildiyimiz kimi, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalmışdır. İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşmüşdür. İşğal zamanı 511 dinc sakin öldürülmüş, 321 adam əsir götürülmüş və itkin düşmüşdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilmişdir. Kəlbəcərin saysız-hesabsız təbii sərvətləri düşmən tərəfindən vəhşicəsinə talan olunmuşdur. 
Azərbaycan Ordusunun Ermənistanın 2020-ci il sentyabrın 27-də törətdiyi təxribatlara qarşı başladığı əks-hücum əməliyyatı möhtəşəm zəfərlə başa çatdı. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin müxtəlif istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atdı. Azərbaycanın siyasi qələbəsinin  və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr birgə Bəyanatında  Ermənistan silahlı qüvvələrinin  Kəlbəcər, Ağdam  və Laçın rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etmələri öz əksini tapdı. Beləliklə Kəlbəcər rayonu 27 ildən sonra işğaldan azad olundu. 
Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa işləri görülür. Kəlbəcərin özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin Baş planının təsdiq olunmasında da təbii gözəlliyi əsas götürülür. İşğaldan öncə sovet dönəmində Dağlıq Qarabağ və ətraf ərazilərin enerji potensialı olduqca yüksək olub. Belə ki, bu illərdə Qarabağ regionunda 10 elektrik şəbəkə rayonu (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdam) üzrə ümumi gücü 858,6 meqavat/amper olan 20 yarımstansiya mövcud olub. 
Qarabağ ərazisi bərpaolunan enerji resursları ilə də zəngindir. Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi, yəni ildə təqribən 2 milyard 560 milyon kubmetr su ehtiyatları bu ərazidə formalaşır. Bundan əlavə olaraq qeyd etməliyik ki, işğaldan azad edilmiş ərazilərimizdə, o, cümlədən Kəlbəcərdə geotermal enerji potensialı mövcuddur. Statistik məlumatlara görə Kəlbəcər rayonu ərazisində 3093 kubmetr termal su ehtiyatları vardır. 
Azərbaycanın bərpaolunan zəngin enerji potensialı var. Qarabağ bölgəsində, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə böyük potensial mövcuddur. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından çox əlverişlidir. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər daxil olunur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkildi, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilib. Hazırda Kəlbəcərdə 5 ədəd kiçik su-elektrik stansiyası yenidən qurulur. 
Erməni faşistləri rayonu təhvil verərkən bütün digər infrastrukturlar kimi su-elektrik stansiyalarını da sıradan çıxarıblar. Vətən Müharibəsindən dərhal sonra tikintisinə başlanılan "Kəlbəcər-1" kiçik su-elektrik stansiyası artıq fəaliyyətə başlayıb. İyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər və Laçına səfəri zamanı İlham Əliyev istehsal mənbəyinin açılışını edib. Bu elektrik stansiyası işğaldan azad edildikdən sonra Kəlbəcərdə tikilərək istismara verilən ilk istehsal mənbəyidir. Hazırda Kəlbəcərdə "AzərEnerji" tərəfindən ümumi gücü 27 meqavat olan 5 kiçik su-elektrik stansiyası tikilir. Bunlar 8,33 meqavat gücündə "Çıraq-1", 3,6 meqavat gücündə "Çıraq-2", 6,33 meqavat gücündə "Qamışlı", 5,3 meqavat gücündə "Soyuqbulaq",  3,4 meqavat gücündə "Meydan" kiçik su elektrik stansiyalarıdır. 
Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində bütün keçmiş məcburi köçkünlər, o cümlədən Kəlbəcər rayonunun sakinləri tezliklə öz doğma ata-baba yurdlarına qayıdacaqlar.


Aqil Qurbanov, 
Salyan rayon Qarabağlı 2 saylı kənd tam orta məktəbin müəllimi, YAP fəalı





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...