image image

"Cənubi Azərbaycanla birləşməyimiz tamamilə mümkündür” - Deputat

image

 

“İran Çar Rusiyasının başlatdığı 20 illik müharibədən sonra Xameneyinin "İranın tən yarısı" adlandırdığı Qafqazın 17 şəhərini və Xəzər dənizinin 50%-ni itirib. İranlılar bu günədək onlara qəbul etdirilən Türkmənçay müqaviləsini heç vaxt tanımayıblar. Türkmənçay müqaviləsinin xitamına hazırlıqlara başlamalıyıq”.
Bu sözlər "İran Keşickçiləri" adlı farsdilli tvitter səhifəsində paylaşılıb.

Sosial mediada yayılan məlumatlara görə, iranlı deputatlar da Türkmənçay müqaviləsinin ləğv olunmasını, hətta Azərbaycanın İrana birləşdirilməsi barədə sərsəm fikirlər səsləndirirlər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı bildirdi ki, bu, İranın Azərbaycana qarşı qərəzli münasibətinin ifadəsidir.
“1991-ci ildən başlayaraq Azərbaycana qarşı onun məkrli siyasət aparan, hətta torpaqlarımızın işğal edilməsində Ermənistana hərbi-siyasi yardım göstərən, işğal dövründə ərazilərimizin viran qoyulmasında, talan olunmasında ermənilərlə bərabər olan İran - fars molla rejimi xüsusi olaraq müharibədən sonra açıq şəkildə düşmənçilik, məkrli mövqeyini yenə də ifadə etməkdədir. Siyasi dairələr, mollalar, molla əmmaməsi geyinən deputatlar - əgər onlara deputat demək mümkündürsə, bu gün xalqı rejim qırır, deputatlar həbs olunan etirazçıların ölüm hökmünə səs verir. Bu cür rejim, əlbəttə, artıq ağlını itirib. Sərsəm bəyanatlarla çıxış edirlər və Türkmənçay sülh müqaviləsinin qüvvədən düşməsini ortaya gətirirlər. Onsuz bu müqavilədə İrandan söhbət getmirdi. Həmin dövrdə indiki İran adlandırılan məkanda Azərbaycan sülaləsinin yaratdığı, Şah İsmayıl Xətainin və ondan əvvəl 9-cu əsrdən başlayaraq indiki İran coğrafiyasında ərəb xilafətinin süqutundan sonra yaranan dövlətlərə rəhbərlik edən türk əsilli xalqlar olub. Türkmənçay sülh müqaviləsində də təkcə Azərbaycanı yox, bütün İranı türk əsilli Qacarlar idarə ediblər. O müqavilə ləğv olunarsa, onda bu torpaq indiki anlayışla artıq İran yox, Azərbaycan dövləti olacaq. Hadisələrin gedişi də buna doğru gedir. İranda baş verən qalmaqallar göstərir ki, fars molla rejimi orta əsrlər dövrünün idarəçilik sistemi bütün İranda yaşayan xalqlar tərəfindən qəbul edilmir. Onlara qarşı qətiyyətli etirazlar ortadadır”,-deyə deputat qeyd etdi.

Fəzail Ağamalının fikrincə, İrandakı hadisələrin gedişatı göstərir ki, molla rejimi məhvə məhkumdur:

“Artıq 2 aya yaxındır ki, etirazlar səngimir. Qarşıdakı hadisələrin və tarixdə gedən proseslərin həm təcrübə, həm də məntiqi onu göstərir ki, molla rejimi məhvə məhkumdur və indiki İran imperiyası yeni dövlətlərə hamilədir. Bu, günün reallığıdır.

Əlbəttə, Cənubi və Şimali Azərbaycanın birləşməsi gələcəyin işidir. Cənubi Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra artıq müstəqil dövlət kimi fəaliyyət göstərər - bu, gözləniləndir. Və bizim bir müddət konfederasiyada, daha sonra isə vahid dövlət şəklində birləşməyimiz tamamilə mümkündür”.



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...