image image

Molla rejimi Azərbaycanın daxili sabitliyini pozmağa çalışır

image

 

Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi böyük Zəfər regionda yeni reallıqlar yaratdı. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından sonra Cənubi Qafqaz sülh, əmin-amanlıq və əməkdaşlıq regionuna çevriləcək. Azərbaycanın daxili sabitliyi, "Qarabağ münaqişəsi"nin keçmişdə qalması Cənubi Qafqazın gələcəyinə böyük ümidlər yaradır. Ancaq cənub qonşumuz, fars-molla rejiminin hakim olduğu İran dövləti Azərbaycanın yüksək sürətlə inkişaf etməsini həzm edə bilmir. Günü-gündən artan beynəlxalq nüfuzumuz və regional əhəmiyyətimiz molla rejimini dərindən narahat edir. Bunun bir neçə səbəbi var. İranın siyasi hakimiyyəti 40 milyonluq Azərbaycan xalqından ehtiyatlanır. Bu səbəbdən də onları müxtəlif "qayda-qanunlar" çərçivəsində yaşamağa məcbur edir. Məsələnin digər tərəfi isə Bütöv Azərbaycandır. Molla rejimi tarixi ədalətsizliklər üzündən vaxtilə parçalanan və bir-birindən ayrı düşən Şimali və Cənubi Azərbaycanın və vahid Azərbaycan xalqının bir gün birləşəcəyinin qarşısı alınması mümkün olmayan tarixi proses olduğunu dərk edir. Digər tərəfdən cənub qonşumuz Zəngəzur Dəhlizinin açılmasına göz yummaq istəmir. Bu dəhliz region dövlətlərinin və ümumiyyətlə dünyanın maraqlarına uyğun gəlir. İran da bundan öz maraqları çərçivəsində yararlana bilərdi. Ancaq molla rejimi prosesi ləngitmək istiqamətini seçməklə böyük məhrumiyyətlərlə üzləşəcək.

Mənfur niyyətlərindən əl çəkməyən qonşumuz öz məqsədlərinə çatmaq üçün Azərbaycanın daxilində dini, ictimai və siyasi sabitliyi pozmaq, dini qarşıdurma yaradaraq, sonradan bunu vətəndaş qarşıdurmasına çevirməyə çalışır. Molla rejiminin nəyə nail olmaq istədiyi isə açıq-aşkar ortadadır. Ancaq bütün təzyiqlərə və təhdidlərə baxmayaraq heç nə Azərbaycan xalqının iradəsini sındıra bilməz. Azərbaycan multikulturalizm prinsiplərinin ən yüksək nümunəsini özündə əks etdirən tolerant ölkədir. Bütün dinlərin, irqlərin və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Onlar arasındakı bağlar çox möhkəmdir. Bu milli birliyin göstəricisidir. Odur ki, heç bir qüvvə bu birliyə xələl gətirə, onu poza və zədələyə bilməz. Molla rejiminə də bunu dərk edərək haqqın yolunu tutmağı tövsiyə edirəm. Əks halda məğlub tərəf özü olacaq. Bizim milli birliyimiz və həmrəyliyimiz əbədidir, sarsılmazdır. Bunu heç kim unutmasın!!!

Anar Salehoğlu
İctimai-siyasi fəal



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...