image image

Yalçın Hacızadə: Prezident İlham Əliyevin Zəfər Günü ilə bağlı Şuşadakı çıxışı bir çox məsələlərə aydınlıq gətirdi

image

 

Prezident İlham Əliyevin Zəfər Günü ilə bağlı Şuşadakı çıxışı bir çox mətləblərə, məsələlərə aydınlıq gətirdi. Dövlətimizin Zəfərə qədər gördüyü işlər, iqtisadi, enerji, təhsil, təlim–tərbiyə, gənc nəslin yetişdirilməsi, milli, mədəni, ordu quruculuğu, xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əlaqələrin qurulması barədə geniş məlumat verdi. Həmçinin Azərbaycan Ordusu tərəfindən iki il bundan əvvəl qəhrəmanlıqla həyata keçirilən, müharibənin taleyini həll edən Şuşa əməliyyatından fəxrlə, qürurla danışdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib.

Politoloq qeyd edib ki, bütün bunlar Zəfərə qədər uzun yolun düşünülmüş, davamlı aparılan siyasət nəticəsində gəlindiyini, Ordumuzun qüdrətini, dövlətimizin iradəsini, xalqımızın istəyini, siyasi liderin peşəkarlığını göstərirdi.
Dövlətimizin başçısı regionda yaranmış yeni reallıqları qəbul etməyən qüvvələrə qarşı da kəskin mesajlar verdi. Bu qüvvələr həm qonşuluğumuzda yerləşən İran, həm də bölgədən çox uzaqda olan amma regiona öz təsirini saxlamağa çalışan Fransadır. Bunlar özlərini erməni sevən kimi göstərirlər, amma yenə də Ermənistanı müharibəyə, blokadaya sürükləyirlər.

Yalçın Hacızadə deyib: “İran keçən əsrdən qalan hərbi texnikası ilə sərhədlərimiz yaxınlığında Azərbaycana qorxu, Ermənistana dəstək məqsədilə hərbi təlimlər keçirir. Amma anlamaq, görmək istəmir ki, ərazisində yaşayan 40 milyon azərbaycanlı dövlətimizin başçısını daha çox öz rəhbəri, Prezidenti kimi görür, nəinki Tehrandakıları. Həmçinin bütün dünyada yaşayan azərbaycanlılar kimi cənubda yaşayan qardaşlarımız da Azərbaycanı öz vətənləri, ölkələri hesab edirlər. Ona görə indi yeni situasiyada Azərbaycanın İrana təsiri daha çox və böyük ola bilər. Nəinki İranın bizə.

İran İkinci Qarabağ müharibəsindən əvvəl də Ermənistana dəstək verib. İşğal olunmuş ərazilərimizin dağıdılmasında, xarabalığa çevrilməsində böyük rolu olub. Prezident İlham Əliyev Şuşadakı çıxışında İranı tam ifşa edərək, onun riyakarlığını, ikiüzlüyünü, dini adı altında həyata keçirdiyi siyasətin İslama, haqq-ədalətə, beynəlxalq hüquqa uyğun olmadığını açıqlığı ilə nümayiş etdirdi, müsəlman ölkələri ilə əlaqələrin qurulmasından danışarkən bildirdiki: “Biz müsəlman ölkələri ilə sıx əlaqələr qurduq və onlara izah etməyə nail olduq ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüz siyasəti aparır. Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz. Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur”.

O əlavə edib ki, Prezident İlham Əliyevin Şuşadakı çıxışı, açıqladığı məqamlar bir daha göstərdiki regionda siyasi vəziyyəti müəyyən edən əsas aktor Azərbaycandır. Dövlətimizin maraqlarına uyğun olmayan heç bir qərar qəbul edilməyəcək, bu istiqamətdə müzakirələr belə aparılmayacaq.

Ermənistanın 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatı yerinə yetirməkdən yayınmağa çalışmasına, həmin müqavilənin şərtlərini öz xülyasına görə yozmasına, təxribatlarını davam etdirməsinə, ərazilərimizdə müvəqqəti yerləşmiş rus sülhməramlılarının müddətinin artırılması ilə bağlı fikirlərə Prezident İlham Əliyevin verdiyi cavablar adətən həmin ölkələrə və qüvvələrə qarşı nota xarakterli idi.

Dövlətimizin başçısının Azərbaycan Ordusu “2020-ci ildə olduğu vəziyyətdən indi daha güclüdür” və “bizim səbrimiz tükənməz deyil” deməsi Ermənistanın sonrakı taleyini müəyyənləşdirəcək, onun davranışlarına, öhdəliklərinin yerinə yetirilməsinə görə veriləcək qiymətə dair açıq şəkildə xəbərdarlıq idi.



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...