Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası

Vitse-spiker:"Şəhid ailələri və qaziləri diqqət və qayğı ilə əhatə olunmalıdır"

2021-01-08 22:03:21 410 baxış
Xəbər şəkil

Vətən müharibəsi rəşadətli ordumuzun qələbəsi ilə başa çatdıqdan sonra dövlətimizin qarşısında bir neçə prioritet istiqamətlər müəyyən edildi.

Bunlardan biri - işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması sahəsində görüləcək işlərlə bağlıdır. Bu məqsədlə 2021-ci ilin dövlət büdcəsindən lazımi vəsait ayrılıb və tezliklə işğaldan azad edilmiş Vətən torpaqları ölkəmizin ən gözəl guşələrindən birinə çevriləcək. Digər önəmli məsələ - vaxtilə doğma el-obalarını tərk etməyə məcbur qalmış köçkün və qaçqın vətəndaşlarımızın yenidən öz dədə-baba yurdlarına qayıtmasıdır. Həmin insanlar bu tarixi anı 30 ilə yaxındır həsrətlə gözləyirdilər.  

İnanırıq ki, dövlətimizin diqqət və qayğısı ilə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri, o cümlədən yeni binaların inşası, yolların bərpası, digər infrastrukturun qurulması qısa müddət ərzində yekunlaşacaq. Onu da qeyd etmək lazımdır ki, Ermənistanın apardığı işğalçılıq siyasət, vandal və barbar əməlləri nəticəsində ərazilərimizdəki tarixi, mədəni abidələr vəhşicəsinə talan edilib və dağıdılıb, yaşayiş evləri xarabalığa çevrilib, yollar yararsız hala salınıb, təbiətinə ciddi ziyan vurulub.

İkinci əsas prioritet istiqamət isə ərazilərimizin işğaldan azad edilməsində şücaət göstərmiş, şanlı tariximizin ən parlaq səhifələrini yazmış şəhidlərimizin bizə əmanəti olan ailələrinin qayğılarının həll edilməsidir. 44 günlük müharibə zamanı hər bir Azərbaycan hərbçisinin öz məsuliyyətini dərk edərək üzərinə düşən vəzifələri layiqində yerinə yetirməsi təqdirəlayiqdir. Bu gün şəhid ailələrinin qayğılarının aradan qaldırılması, onların problemlərinin həlli başda  Prezident cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva olmaqla, hər bir azərbaycanlının ən ümdə məsələsinə çevrilmişdir. Bu istiqamətdə artıq zəruri tədbirlər həyata keçirilir. Şəhid ailələrinin təminatlarının artırılması ilə əlaqədar təyin edilmiş ödənişlər 500 manata çatdırılıb. Eyni zamanda, şəhid ailələrinin mənzil qayğılarının həll edilməsi istiqamətində mühüm addımlar atılır. Bununla əlaqədar məcburi köçkünlər üçün tikilən evlərin şəhid ailələrinə verilməsi nəzərdə tutulub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan mənzillərin aidiyyəti üzrə istifadə edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilir. Ümumilikdə, ölkə başçısının 2020-ci ilin yekunlarına həsr edilmiş konfransında da bildirdiyi kimi, bu vaxta qədər 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib. Bundan əlavə 1500  şəhid ailəsi üçün də qısa müddətdə evlərin verilməsi nəzərdə tutulub. Bununla da, dövlət həm məcburi köçkünlərin öz dədə-baba yurdlarına köçürülməsini təmin edəcək, həmçinin də şəhid ailələrinin mənzil problemi birdəfəlik həll olunacaq.

Mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də yerli icra hakimiyyətlərində şəhid ailələri və qazilərlə işləyəcək şöbələrin yaradılmasıdır.  Belə ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə edilmiş dəyişiklik nəticəsində yeni yaradılmış struktur bölmələrin birbaşa təyinatı şəhid ailələri və qazilərimizlə işin təşkil edilməsidir. Bu isə öz növbəsində onların çətinliklərinin qısa müddət ərzində həllinə şərait yaradacaq.

Biz Vətən müharibəsində qazandığımız şanlı qələbəmizi torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizə, qazilərimizə borcluyuq. Onların bizə əmanət qoyduğu ailələri hər zaman diqqət və qayğı ilə əhatə olunmaqdadır

Adil Əliyev

Milli Məclisin vitse-spikeri

Oxşar xəbərlər

Xəbər lenti
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18