Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası

Azərbaycan heç vaxt indiki qədər qüdrətli olmamışdır.DEPUTAT ANAR MƏMMƏDOV .

2021-01-06 02:10:48 258 baxış
Xəbər şəkil

44 gün davam edən İkinci Qarabağ müharibəsinin Qələbəmizlə başa çatması ilk növbədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, daha sonra qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin canı-qanı bahasına, bütövlükdə xalqımızın əzmi, iradəsi, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsi hesabına əldə edildi. Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan heç vaxt indiki qədər qüdrətli olmamışdır. 
 Xalqımız və dövlətimiz 44 günlük müharibə zamanı “dəmir yumruq” ilə işğalçıların, erməni faşizminin başını əzdi. Eyni zamanda, müharibə zamanı və ondan sonra Azərbaycan həqiqətləri dünyaya çatdırıldı, erməni yalanları, Ermənistanın hərbi cinayətləri ifşa olundu. 
 İndi bizim qarşımızda duran əsas vəzifə işğalçı tərəfindən törədilmiş vandalizmə cavab olaraq Qarabağımızda əvvəlki həyatı geri qaytarmaqdır.  30 ilə yaxındır o ərazilər işğal altında idi və o ərazilərdə infrastruktur demək olar ki, tamamilə sıradan çıxarılıb.  Bu baxımdan Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış “Qarabağ Dirçəliş Fondu” doğma torpaqlarımızda ərazilərin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edəcək. Bu rayonların zəngin təbii sərvətləri, yardılacaq yeni iqtisadi infrastruktur, yeni kommunikasiya xəttləri nəinki o ərazilərdə yaşayan insanların, eləcə də bütün ölkə əhalisinin rifahına öz müsbət təsirini göstərəcək. Fərmana əsasən, ölkə daxilində və xaricdə zəruri təşviqat işlərini həyata keçirəcək “Qarabağ Dirçəliş Fondu”nun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. Bu, bir daha Azərbaycan xalqının gücünü nümayiş etdirir və hər bir Azərbaycan vətəndaşında ciddi əminlik yaradır ki, həmin torpaqlar bundan sonra heç bir halda erməni tapdağında qalmayacaq. Artıq bizim üçün yeni inkişaf və quruculuq dövrü başlayıb. Bu dövrdə hər bir Azərbaycan vətəndaşı həmrəy şəkildə bütün imkanlarını səfərbər edəcək və dağıdılmış şəhərlərdə, kəndlərdə əvvəlki həyatı bərpa edəcək. Bu mənada, “Qarabağ Dirçəliş Fondu”  Böyük Qayıdışı təmin edən dəmir yumruq kimi xalqımızın həmrəylik rəmzinə çevriləcək.

Emin Xuduyev.

Oxşar xəbərlər

Xəbər lenti
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18