Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır

Sülhməramlılar faktiki olaraq revanşistləri himayə edir _DEPUTATDAN AÇIQLAMA

2021-01-04 18:42:47 309 baxış
Xəbər şəkil

‘’Ermənistan mediasında siyasətçilər tərəfindən səsləndirilən revanşist fikirlər siyasi şoudan başqa bir şey deyil. Bu fikirlər erməni cəmiyyətinin qeyri- realist, faşist düşüncələrinin, özünə aid olmayan torpaqları işğal etmək ehtiraslarını nümayiş etdirir’’.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Millət vəkili bildirib ki, 44 gün ərzində Azərbaycanın şanlı ordusu  Ermənistanın illərdən bəri millitarist mahiyyət daşıyan ordu quruculuğunu darmadağın etdi: ‘’Demək olar ki, Ermənistan ordusu faktiki olaraq artıq yoxdur. Texniki bazası və canlı qüvvəsi tamamilə məhv edilmiş, sınmış, əzilmiş, ruhdan düşmüş ordunun sadəcə  qalıqları qalıb. Hansı gücü ilə Ermənistan  Azərbaycana qarşı yenidən hərbi əməliyyatlara başlıyacaq?! Belə bir şey olarsa, bu onların sonu olacaq və Ermənistan adlı ölkə yer üzündən silinəcəkdir. Onların bu cür fikirləri illər uzunu faşist düşüncələrlə formalaşan cəmiyyətin müəyyən hissəsinin baxışlarını ifadə edir və bu, heç  bir reallığı əks etdirmir’’.

Fəzail Ağamalı qeyd edib ki, bir qrup erməni terror birləşmələri müxtəlif yollarla Azərbaycan ərazisinə keçib ölkəmizdə təxribat törətməyə çalışsalar da bunun qarşısı çox qətiyyətlə alınır: ‘’Dekabr ayında Hadrut istiqamətində erməni terrorçularının bu cür cəhdlərinin boşa çıxması buna sübutdur. Təbii ki, həmin cəhd qondarma Dağlıq Qarabağın rəhbərliyinin fikirlərində də özünü ifadə edir. Onlar yerli camaatı şüurlu ağırlıqdan və böhrandan çıxartmaq üçün guya Qarabağda yeni ordunun qurulub müasir silahlarla təchiz edilməsi barədə reallıqdan kənar, sərsəm fikirlər səsləndirir”.

Millət vəkilinin sözlərinə görə, ermənilər maksimum dərəcədə Rusiyanın sühməramlı qüvvələrinin dəstəyini qazanmağa çalışırlar: ‘’Təəssüf ki, sülhməramlı qüvvələr bir sıra hallarda buna əsas yaradırlar. Sülhməramlı qüvvələr bu cinayətkar dəstənin başçıları ilə səmimi münasibətdə olurlar. Sosial şəbəkələrdə yayılan görüntülərdən də görürük ki, sülhməramlıların münayəndələrindən biri erməni quldurlarının şərəfinə badə qaldırıraraq ‘’Hər şey sizin xeyrinizə olacaq’’- deyə sərsəm və bizi qıcıqlandıracaq  ifadələr söyləyirlər. Bütün bunların qarşısı alınaraq səlahiyyətləri bir daha onların nəzərinə çatdırılmalı, onlar funksiyaları daxilində öz fəaliyyətlərini icra etməlidir. Əgər belə davam edərsə, Azərbaycanın bir sıra müvafiq qurumları bu şəraiti yaradan və erməni quldurlarını himayə edən Rüstəm Muradovun sülhməramlı qüvvələrin rəhbərliyindən uzaqlaşdırılmasına doğru konkret addımlar atılmalıdır. Sülhməramlıların yalnız beynəlxalq səviyyədə onlara verilmiş səlahiyyətlər çərçivəsində Azərbaycan torpaqlarında fəaliyyət göstərmək hüququ var. Onlar revanşistləri faktiki olaraq himayə edir və bu cür himayəçilik sülhməramlı qüvvələrin gələcək perspektivinə kifayət qədər kölgə salır’’.

‘’Qələbə naminə öz  Ali Baş Komandanı ətrafında bir yumruq kimi birləşən Azərbaycan xalqının iradəsinin  əleyhinə hər hansısa bir addım atmaq mümkün deyil. Cənab Prezident İlham Əliyevin düzgün siyasəti və xalqın milli birliyi nəticəsində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyuldu və işğal altında olan  torpaqlarımızın geri qaytarılmasının son dərəcə mühüm bir mərhələsi başa vuruldu. İndi isə, ikinci əsas və həlledici mərhələdə Xankəndi və ətraf rayonlarda hələ də qalan erməni terrorçuları Rusiya sülhməramlıları tərəfindən çıxarılmalıdı. Şübhəsiz ki, Azərbaycan dövləti tərəfindən  buna ciddi nəzarət edilir’’. – deyə Fəzail Ağamalı bildirib.

Millət vəkili son olaraq əlavə edib ki, Türkiyənin silahlı qüvvələrinin nümayəndələri də artıq Azərbaycandadır. Bu yaxınlarda onların da iştirakı ilə Rusiya sülhməramlıları ilə birgə Qarabağda atəşkəsin mexanizmlərinə nəzarət üçün birgə monitorinq mərkəzi fəaliyyətə başlayacaq.

Emin Xuduyev

Oxşar xəbərlər

Xəbər lenti
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17