image image

Azərbaycanın xarici siyasətinin prinsipləri dəyişməzdir

image

 

 

30 illik işğala 44 gündə son qoyan tarixi Zəfərimiz özündə bütün məqamları ehtiva etdi. Ölkəmiz bu illər ərzində hər bir sahədə  əhəmiyyətli uğurlara imza atdı, müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün qarantı olan Ordumuz daha da gücləndi, dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı, ölkəmizin beynəlxalq nüfuzu artdı, istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əməkdaşlıq əlaqələrinin  genişlənməsi üçün mühüm imkanlar yarandı, ən əsası dövlətimizin qətiyyəti, real faktlara əsaslanan təbliğatımız  sayəsində erməni yalanları ifşa olunaq  münaqişənin  həlli ilə bağlı möhkəm hüquqi baza yarandı.  44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın döyüş meydanında  Qələbəyə imza atmasında  yaradılan hüquqi bazanın böyük rolu oldu. Belə ki, Azərbaycan öz torpaqlarında müharibə apardı, erməni silahlı qüvvələrini  bu ərazilərimizdən iti qovan kimi qovdu. 
Azərbaycan mövqeyinin dəyişməzliyini bir daha sübut etdi.  Ədalətə, beynəlxalq hüquqa üstünlük verən, daim ən yüksək tribunalardan dünya güclərinə ədalətli yanaşma çağırışını edən Azərbaycan  1993-cü ildə qəbul olunan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü təkbaşına icra etdi.  Amma nəzərə alaq ki,  münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya, həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, qeyd olunan qətnamələrin hazırlanmasında  və qəbulunda bilavasitə iştirak edən ölkələrdir. Artıq geniş şərhə ehtiyac yoxdur.
Amma Azərbaycan  30 ilə yaxın dövrdə ədalətin zəfər çalacağına  inandı və sülh danışıqlarının davam etdirilməsi, münaqişənin bu yolla həlli üçün səylər göstərdi.  Hər zaman qeyd olunduğu kimi,  real  faktlara, tarixi həqiqətlərə əsaslanan siyasət uğurlara yol açır, qələbə qazanır.  Azərbaycan öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət kursunu həyata keçirməklə beynəlxalq nüfuzunu gündən-günə möhkəmləndirdi, region və dünya dövlətləri ilə əlaqələrinin coğrafiyasını daha da genişləndirir. Ölkəmizin  gündəmə gətirdiyi və reallığa çevirdiyi  enerji və nəqliyyat layihələri Azərbaycanın birləşdirici, sabitləşdirici faktor kimi nüfuzuna yeni əlavələr edir. Bu layihələr təkcə iştirakçı deyil, digər ölkələrin də uzunmüddətli iqtisadi inkişafını təmin edir.
Prezident İlham Əliyev sentyabrın 16-da fəxri qonaq qismində qatıldığı Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışında  bir daha Azərbaycanın iqtisadi imkanlarına diqqət yönəltdi. Dövlətimizin başçısı ölkəmizin iqtisadi və siyasi müstəqlliyinin möhkəmləndirilməsi istiqamətində atdığı addımlara diqqət yönəldildi, beynəlxalq aləmə mesajlar ünvanlandı.  Ölkəmiz tarixi Zəfəri ilə ədalət və beynəlxalq hüquq prinsiplərinin  daim öndə olduğunu, lakin bu  prinsiplərin zamana və məkana görə tətbiqinin hansı faciələrə yol açdığını açıqladı. Belə ki, dövlət başçısı İlham Əliyev “Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur” bəyan edərək bu çağırışı belə əsaslandırdı ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib.
Hər bir beynəlxalq əhəmiyyətli tədbir, sammit üzv və iştirakçı dövlətlərin malik olduqları imkanların təqdimatında, qarşıya qoyulan hədəflərə nail olmaq üçün səylərin birləşdirilməsində  mühüm rol oynayır. Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq tərəfdaşı statusuna sahibdir. Dövlət başçısı İlham Əliyevin Özbəkistan Prezidentinin dəvəti ilə Səmərqənd Sammitində fəxri qonaq qismində iştirakı Azərbaycanın, dövlət başçımızın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Ölkəmizlə Şanxay Əməkdaşlıq Təşklilatı   arasında əlaqələrin inkişafında yeni mərhələ başlayır. Ümumilikdə Azərbaycanın türk dünyasının birliyi, həmrəyliyi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Prezident İlham Əliyev türkdilli dövlətlərə “Gücümüz birliyimizdədir” söyləməklə yanaşı, daim bu çağırışı da edir ki, bir ölkənin problemi digəri üçün önəmli olmalı və onun həlli istiqamətində birgə səylər göstərilməlidir.
Şanxay Əməkdaşlıq Təşkilatının məqsədlərinə diqqət yetirməklə  qarşıdakı dövrün hədəflərinin aydın mənzərəsini təqdim etmək mümkündür. Dövlət başçısı İlham Əliyev bir daha  bu  tribunadan  dünyaya mesajlarını çatdıraraq bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün  Ermənistanla sülh müqaviləsinin imzalanmasının vacibliyini bildirdi. Təbii ki, bu məsələnin həlli  dünyanın əksər  aparıcı dövlətlərindən, nüfuzlu beynəlxalq təşkilatlardan ədalətli yanaşma tələb edir.

 

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...