Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Deputat: "Əməkhaqqı artımı səhiyyə sistemimizdə insan kapitalını gücləndirəcək"
SİYASƏT
Leykemiya ilə mübarizəyə həsr olunan konfrans keçirildi
SİYASƏT
Azərbaycanın Avrasiya məkanında rolu artmaqdadır
SİYASƏT
"Yaxşı bir səhiyyə sistemi cəmiyyətin gələcəyinə qoyulan ən böyük sərmayədir."
SİYASƏT
“Azərbaycanın xarici siyasətinin coğrafiyası davamlı şəkildə genişlənir”
SİYASƏT
Gözü yolda qalanların ümid ünvanı
SİYASƏT
"Laçının azadlığa qovuşması tarixi ədalətin və dövlətimizin qüdrətinin təntənəsidir"
SİYASƏT
Yeni strateji əməkdaşlıq perspektivləri
SİYASƏT
"Əbədi dostluq haqqında Müqavilə iki qardaş xalqın tarixi bağlarını daha möhkəm əsaslarla təsbit edir" - Günay Ağamalı
SİYASƏT
Bu gün unudulmaz Atam, Fəzail Ağamalının doğum günüdür...
SİYASƏT
Azərbaycan–Özbəkistan: iqtisadi əməkdaşlığın genişlənən üfüqləri
SİYASƏT
Azərbaycan–Özbəkistan: ortaq dəyərlər, ortaq hədəflər
SİYASƏT
Azərbaycan–Özbəkistan münasibətləri: əbədi dostluğun möhkəm təməli
SİYASƏT
Laçında yeni həyatın təməli möhkəmlənir
SİYASƏT
Laçın: işğaldan azadlığa uzanan tarixi yol
SİYASƏT
Laçın quruculuq və inkişaf məkanına çevrilir
SİYASƏT
Azərbaycan–Özbəkistan əlaqələrinin mənəvi dayaqları: ortaq tarix və mədəni bağlar
SİYASƏT
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə: strateji müttəfiqlik və siyasi həmrəylik
SİYASƏT
Azərbaycan–Özbəkistan iqtisadi əlaqələri: qarşılıqlı faydaya əsaslanan tərəfdaşlığın yeni üfüqləri
SİYASƏT
Vətən Sərhəddən Başlayır: Sərhəd Qoşunlarının Şərəfli Yolu
SİYASƏT
Ortaq dəyərlər üzərində yüksələn MÜTTƏFİQLİK
SİYASƏT
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə: strateji müttəfiqlik və siyasi həmrəylik
SİYASƏT
Bakı görür və hesablayır: İrəvan hansı oyunun içindədir? 
SİYASƏT
Komitə sədri: ” Naxçıvanda komando tipli hərbi birləşmələrin yaradılması regionun müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm addımdır”
SİYASƏT
Naxçıvan öz inkişafında yeni dövrə qədəm qoyur
SİYASƏT
Naxçıvan: nəqliyyat, ticarət və iqtisadi əməkdaşlığın qovşağı
SİYASƏT
Yeni Nəqliyyat və Enerji Xəritəsinin Mühüm Qovşağı-Naxçıvan 
SİYASƏT
Naxçıvanın Gələcəyə Baxış Strategiyası
SİYASƏT
Naxçıvan Muxtar Respublikası Yeni İslahatlar və İnkişaf Mərhələsində
SİYASƏT
“Naxçıvan buralarda dayanmayacaq, qarşıda böyük hədəflər var”

Deputat: “Hər an müharibə başlaya bilər”

2020-09-26 12:37:29 178 baxış
Xəbər şəkil

“Dağlıq Qarabağ münaqişəsi ətrafında gərgin vəziyyət yaranıb. İşğalçı Ermənistanın təxribatçı və məsuliyyətsiz davranışları danışıqlar prosesinin tamamilə dayanmasına və vəziyyətin kritik həddə çatmasına səbəb olub”.

Bunu açıqlamasında deputat Emin Hacıyev deyib.

O bildirib ki, danışıqların formatını və mahiyyətini məqsədyönlü şəkildə pozan Ermənistan Azərbaycanın daha çox ərazilərini işğal etmək üçün yeni hücuma hazırlaşır.

“Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışı zamanı işğalçı dövlətin yeni təcavüz planını ifşa edərək, beynəlxalq ictimaiyyətin diqqətini münaqişəyə yönəltdi.

Prezident bildirdi: “Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Dövlət başçısı bir daha bəyan etdi ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”, - deyə Emin Hacıyev əlavə edib.

Millət vəkilinin fikrincə, görünən odur ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinə əməl etmək, silahlı qüvvələrini işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarmaq əvəzinə, beynəlxalq hüququn prinsiplərini tapdayaraq, yeni ərazilər zəbt etmək niyyətindədir:

“Belə olan halda, beynəlxalq qurumlar dərhal hərəkətə keçməli, təcavüzkarı durdurmalıdır. Nəhayət, dünya birliyi Ermənistanın regionda təhlükəsizliyə ciddi təhdid olan addımları ilə bağlı konkret mövqe bildirməlidir. İşğalçı tərəfə hüquqi, siyasi təzyiqlər göstərilmədikcə, ona qarşı ciddi sanksiyalar tətbiq edilmədikcə, Ermənistan daha da azğınlaşır.

Ona görə də təcavüzkara qarşı ciddi tədbir görülməsə, bölgədə vəziyyət daha da kəskinləşə və hər an müharibə başlaya bilər. Belə olan halda, düşmənin istənilən hücumuna layiqli cavab verməyə hazır olan Azərbaycan Ordusu torpaqlarımızı son qarışınadək işğalçılardan azad edəcək”.

Onun sözlərinə görə, hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.

“Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Ermənistanın Azərbaycana qarşı əl atacağı növbəti təxribat işğalçı ölkə üçün çox ağır nəticələrə səbəb olacaq. Azərbaycan cəmiyyətində hökm sürən yüksək döyüş əzmi, vətənpərvərlik coşğusu bizi yaxınlaşmaqda olan qələbəyə ruhlandırır”.

Oxşar xəbərlər

Xəbər lenti
Deputat: "Əməkhaqqı artımı səhiyyə sistemimizdə insan kapitalını gücləndirəcək"
2026-09-04
Leykemiya ilə mübarizəyə həsr olunan konfrans keçirildi
2026-09-04
Azərbaycanın Avrasiya məkanında rolu artmaqdadır
2026-09-03
"Yaxşı bir səhiyyə sistemi cəmiyyətin gələcəyinə qoyulan ən böyük sərmayədir."
2026-09-03
“Azərbaycanın xarici siyasətinin coğrafiyası davamlı şəkildə genişlənir”
2026-09-03
Gözü yolda qalanların ümid ünvanı
2026-08-29
"Laçının azadlığa qovuşması tarixi ədalətin və dövlətimizin qüdrətinin təntənəsidir"
2026-08-27
Yeni strateji əməkdaşlıq perspektivləri
2026-08-27
"Əbədi dostluq haqqında Müqavilə iki qardaş xalqın tarixi bağlarını daha möhkəm əsaslarla təsbit edir" - Günay Ağamalı
2026-08-27
Bu gün unudulmaz Atam, Fəzail Ağamalının doğum günüdür...
2026-08-27
Azərbaycan–Özbəkistan: iqtisadi əməkdaşlığın genişlənən üfüqləri
2026-08-27
Azərbaycan–Özbəkistan: ortaq dəyərlər, ortaq hədəflər
2026-08-27
Azərbaycan–Özbəkistan münasibətləri: əbədi dostluğun möhkəm təməli
2026-08-27
Laçında yeni həyatın təməli möhkəmlənir
2026-08-26
Laçın: işğaldan azadlığa uzanan tarixi yol
2026-08-26
Laçın quruculuq və inkişaf məkanına çevrilir
2026-08-26
Azərbaycan–Özbəkistan əlaqələrinin mənəvi dayaqları: ortaq tarix və mədəni bağlar
2026-08-26
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə: strateji müttəfiqlik və siyasi həmrəylik
2026-08-26
Azərbaycan–Özbəkistan iqtisadi əlaqələri: qarşılıqlı faydaya əsaslanan tərəfdaşlığın yeni üfüqləri
2026-08-26
Vətən Sərhəddən Başlayır: Sərhəd Qoşunlarının Şərəfli Yolu
2026-08-25
Ortaq dəyərlər üzərində yüksələn MÜTTƏFİQLİK
2026-08-25
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə: strateji müttəfiqlik və siyasi həmrəylik
2026-08-25
Bakı görür və hesablayır: İrəvan hansı oyunun içindədir? 
2026-08-17
Komitə sədri: ” Naxçıvanda komando tipli hərbi birləşmələrin yaradılması regionun müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm addımdır”
2026-08-14