Salyanda "Ailə daxili məişət zorakılığı" mövzusunda maarifləndirici tədbir keçirilib
03 aprel 2026-cı il tarixində Salyan rayonunun Kürkənd kənd tam orta ümumtəhsil məktəbində Salyan Rayon Prokurorluğunun təşəbbüsü ilə Salyan Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə "Ailə daxili məişət zorakılığı"adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Salyan rayon İcra Hakimiyyəti aparatının Ərazi təşkilat və İctimai siyasi məsələlər şöbəsinin İctimai -siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Sevinc Səmədova, Salyan Rayon Prokurorluğunun müstəntiqi, 1-ci dərəcəli hüquqşünas Fərid Quliyev və Salyan rayon Polis Şöbəsinin əməkdaşı Nihat Həsənli , məktəbin direktoru Sitarə Təhməzova mövzu ilə bağlı çıxışlarında ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğunun hüquqi müstəvidə bu hallarla mübarizənin gündəmə gəlməsini, ailə münaqişələrinin ən təhlükəli nəticəsinin uşaqlara mənfi təsirindən və ailədaxili məişət zorakılığına məruz qalan uşaqların əksəriyyətinin yaşadıqları zorakılığı gələcəkdə tətbiq etməsi imkanının daha çox olduğunu vurğulayıblar. Sonra şagirdlərin sualları cavablandırılıb və onlara maarifləndirmə bukletləri paylanılıb.





