Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
İranın Naxçıvanla bağlı bu addımı ciddi araşdırılmalıdır” - Tənzilə Rüstəmxanlı
SİYASƏT
Qadınların  hüquqları Azərbaycanda necə qorunur? - Özləri DANIŞDI
SİYASƏT
Dövlət qadın siyasəti və müasir Azərbaycan qadınının inkişaf strategiyası
SİYASƏT
Azərbaycan qadını – tərəqqimizin aparıcı qüvvəsi və milli dəyərlərimizin əbədi dayağı
SİYASƏT
Azərbaycan qadını: tarixdən gələn güc və dövlətçilik nümunəsi
SİYASƏT
Naxçıvana ölüm yağdırmaq cəhdi Tehranın siyasi əxlaqdan kənar olduğunu sübuta yetirir" - DEPUTAT
SİYASƏT
“İran ermənilərdən də betər davranış sərgiləyir” - Deputatdan sərt açıqlamalar
SİYASƏT
“Azərbaycan qazının 16 ölkəyə çatdırılması güclü mövqeyimizin göstəricisidir” - Günay Ağamalı
SİYASƏT
Deputat: “Azərbaycan istənilən təxribatın qarşısını almaq iqtidarındadır”
SİYASƏT
“TikTok”da canlı yayımda qəlyan çəkdi – 750 manat cərimələndi
CƏMİYYƏT
Heydər Əliyev və Müstəqil Azərbaycan Konstitusiyası: Gənclərin Düşüncəsilə” layihəsi uğurla yekunlaşıb
SİYASƏT
İranın Naxçıvana hücumu Azərbaycana qarşı açıq şəkildə təxribatdır"
SİYASƏT
Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcı
SİYASƏT
Uğurlu enerji diplomatiyası Azərbaycanın beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirir
SİYASƏT
Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır
SİYASƏT
Acizliyin sarıq altındakı nümunəsi…
SİYASƏT
Cənub Qaz Dəhlizi və Yaşıl Enerji gündəliyi: Azərbaycanın enerji strategiyasında yeni mərhələ
SİYASƏT
Bu gün Azərbaycan enerji ilə təkcə iqtisadiyyatını deyil, həm də öz gələcəyini qurur
SİYASƏT
“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır"
SİYASƏT
Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir
SİYASƏT
“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”
SİYASƏT
Ədalətli Qələbənin və əyilməz ruhun təcəssümü
SİYASƏT
“Xocalı Həqiqətlərindən Tarixi Zəfərə”
SİYASƏT
Prezidentin mesajları: “Mübarizənin siyasi, hüquqi və mənəvi yekunu idi”
SİYASƏT
Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadacaq Memorial Kompleks
SİYASƏT
Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı ədalətin təntənəsidir.
SİYASƏT
Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı Azərbaycan dövlətçiliyinin yaddaşa, tarixə və ədalətə verdiyi dəyərin parlaq ifadəsidir
SİYASƏT
Xocalıda cinayət törədənlər təkcə ermənilər deyildi" - Deputat 34 il öncəki faciəni xatırladı
SİYASƏT
ANA VƏTƏN PARTİYASININ BƏYANATI
SİYASƏT
“Xocalı: Dünya İctimaiyyətinin Gözündə”

Ağ yazıların az yazarları.

2021-06-27 07:18:13 668 baxış
Xəbər şəkil

 

Sosial şəbəkədə daha çox  ağı qara, qaranı ağ yazsalar da, ədəbi dilimizə və fəlsəfi  düşüncələrimizə Aygül  Bağırova kimi qayğı ilə yanaşanlar da var

Bu yazdığıma janr baxımdan nə ad qoyum, bilmirəm. Adətən,  jurnalistika sahəsində olduğuma görə, qəzet üçün yazdıqlarım ya zarisovka, ya da siyasi publisistikaya aid olur. Xəbər şəkilli yazıları, analuitik təhlilləri demirəm. 
Məncə, klassik  yazı növlərini ya bilərəkdən unudur, ya da yazmağa həvəsli deyilik. Yetən - cümlə qura bilən də, bilməyən də eşitdiklərini saf-çürük eləmədn, araşdırıb dəqiqləşdirmədən sosail şəbəkələrdə yayır və az qala, özlərini peşəkar jurnalistlərdən də üstün göstərməyə çalışırlar.
İllərdir ki, sosial şəbəkə istifadəçisi kimi qarşılaşdığım problemlərdən biri burada doğma ana dilimizin qorunmaması, yaxud da, savadsız, cümlə qura bilməyənlərin eninə-uzununa, geninə-boluna istifadə etdikləri boşboğazlıq, ağa qara, ya da qaraya ağ deməkləridir. 

 

Qul xislətlilərin yazdıqları və...

Anlayıram, bəzilər bunu bilərəkdən, ya da qəsdən, hakimiyyətdən narazıların “diktovka”sı kimi yazırlar. Dövlətimizin və hökumətimizin 30 illik fəaliyyətində həyata keçirdiyi tədbirlər nəticəsində  xalqımızın və dövlətimizin əldə etdiyi nailiyyətləri görmürmüş kimi, ağına-bozuna baxmadan, hər şeyi qara rəngli yazmaq sanki onların “boynuna qoyulub”. Yəni xarici emissarlara, ermənipərəst qüvvələrə qulluq göstərən qul xislətlilərin yazdıqları ancaq belə ola bilər. Bu yazılar ağ vərəqdə qara ləkə kimi, oxunsa da, qəbul edilmir. Çünki xalqımız artıq müstəqillik illərində ağı qaradan seçməyi də, mübarizə aparmağın forma və üsullarını da öyrənib. Meydan təfəkkürlülərin yazdıqlarını bəlkə də heç oxuyan belə yoxdur.
Fikrimizi belə cəfənfiyyatla dolaşdırmayaq. Hər şey öz rəngində olanda daha yaxşı deyilmi? Ağ yazılarımız da olur burada. Müəllifləri, nə də yazdıqları gözlərimizi döyənək etməyənlərdir. Kölgəyə çəkilib, buraları müşahidə edəndə tapmaq, oxumaq və tanımaq olur elə vətəndaş qayəsi ilə yazanlarımızı. Az deyillər, lakin gözə girmədikləri üçün az-az görünürlər.
Deyim ki, mətbuata qədəm basıb ilk məqaləmi yazandan xeyixah əməllərdən söz açmışam. Bəzən məni qınayıblar ki, niyə harınlaşmış məmur və “çinovniklər”i təhqir eləmirəm!  Jurnalistikaya aid olan tənqidi təhqirlə səhv salan nadanların  bu baxımdan mənim özümü də hədəfə aldıqları vaxt az olmayıb! Dövlətə və xalqa xidmətimi mədhiyyə hesan edib təhqirə keçənləri “zurnalist”  sayıb, çox halda yazdıqlarına reaksiya verməmişəm. 
Lakin elə məqamlar olub ki,  dözməyi qızıl hesab etməyib, layiqli cavablarla önlara layiq olduqları yeri göstərmişəm...
Bu günlərdə 44 günlük İkinci Qarabağ müharibəsi ilə bağlı mövzuların diskussiyası gedirdi. Bu şanlı qələbə ilə başa vurduğumuz müharibədə jurnalistlərimizin üzərinə düşən peşə və vəzifə borcları barədə də məlumatlar yayılmaqdaydı. Qəfildən oxuduğum bir xəbər məni sevindirdi. Axı, bu müharibədə həmkarımızın göstərdiyi vətənpərvərlikdən və buna görə də onun həmin dəhşətli günlərdə od-alovun içərisinə özünü ataraq canlı-canlı çəkiliş edib dünyaya nümayiş etdirib, erməni vandalizminin ifaşasını  aləmə car çəkən Türkiyənin CNN telekanalının əməkdaşı, Türkiyə vətəndaşı  Fulya Öztürk haqqında sənədli filmin çəkiləcəyi bildirilirdi. 

Ağı qaradan seçmək fəlsəfəsi

Biz Ulu Öndər Heydər Əliyevin bir kəlamını aforizm kimi balalarımıza öyrədirik axı: “Türkiyə-Azərbaycan: Bir millət, iki dövlət”.  Bu, bizim  qardaşlığımızın, sədaqətli dostluğumuzun rəmzi deyilmi?! Bu, adicə tribunalardan səsləndirilən gəlişi gözəl  sözlər deyil axı. Fulya xanımın bu müharibədəki fəaliyyətini görməzlikdən gələn gədə-güdələr, qanı qarışıq sapı özümüzdən olan baltaların bu xəbəri “qarın ağrısı” ilə qarşılaması, haqlı olaraq əqidəsi saf, dövlətini və xalqının gələcəyini düşünən, Ulu Öndərin müdrik kəlamları ilə ideoloji silahlanan gənclərin, ölkəmizin çoxmilyonluq xalqının o cür üzdəniraqların cavablarını  bir qədər ləng verməsi bəzi qələm sahiblərimizi, haqlı olaraq hiddətləndirmişdi. Onlardan biri də haqqında söz açmaq üçün məqam axtardığım həmkarım, qələm dostum, yazı-pozuları ilə yox, əslində, bircə tutarlı cavabı ilə kimliyini, Vətənə necə xidmət göstərdiyini isbatlayan Aygül Bağırovadır.
Doğrusu,  FS-dəki səhifəsindəkiləri oxumamışdan Aygül xanımın o cavabı məni onu yaxından tanımağa vadar etdi. Axtarışlarım uzun çəkmədi. Onsuz da qələmi ilə özünü tanıdan həmkarımın qısa tərcümeyihalını əldə edə bildim. Öyrəndim ki, Aygül Saday qızı Bağırova 1985-ci ildə Gəncə şəhərində anadan olub. 2002-ci ildə 31 nömrəli Gəncə şəhər orta məktəbini bitirib. Elə həmin il Gəncə Dövlət Unversitesinin pedaqogika fakultəsinə daxil olub, həm də qəbul oluduğu universitet üzrə ən yüksək balla (676 bal). 
Oxuduğu 4 il müddətində Mirzə Fətəli Axundov təqaüdcüsü olub.  Özünü dinləyək: “... 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin vəfatından dərin hüznlənərək yazdığım 5 vərəqlik məqalə ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başcısı tərəfindən fəxri fərmanla təltif edilmişəm. Əslində, məktəbdə ədəbiyyat dərsində inşa yazı mövzüsünda özümlə bərabər sinifin əksər usaqlarının inşasını özüm yazsam da, ilk məqaləmin belə yüksək səviyyədə qiymətləndirilməsi məni bu sahədə olan istedadımın təkmilləşdirilməsinə daha da təkan verdi. 
2006-cı ildə  təhsil aldığım universiteti “Qırmızı diplom”la bitirmişəm. İbtidai musiqi təhsilimi aliləşdirmək məqsədi ilə, ikinci ali təhsilimi musiqi sahəsində almışam. Universiteti bitirdiyim gündən mədəniyyət evində məsləhətci, müəllimə və məktəbdə dərs hissə müdiri, eyni zamanda uzun müddət ictimai əsaslarla YAP Göygöl rayon təşkilatında sədr muavini və Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində Gənclər Şurasinin sədri  kimi fəaliyyət göstərmişəm.  Həmçinin üçüncü ali təhsilimi Azərbaycan Dövlət Neft və Sanaye Universitetinin Həyat fəaliyyətinin təhlükəsizliyi fakultəsində davam etdirirəm. Hazirda 3-cü kurs tələbəsiyəm.

Kiminləsə bölüşmək istəyi insanda həmişə olmur

Dövri mətbuatda və sosial şəbəkələrdə yazdığım çoxsaylı yazılarıma görə, KİVRHT tərəfindən “Qızıl Qələm”  və "Ulu Öndər" ali-fəxri media mükafatlarına layiq  görülmüşəm. Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. 2 oğlum var”.
Aygül Bağırovanın həyat hekayəsi bununla bitmir.  Cəmiyyətdə ictimai fəallığı ilə  seçilən peşəkar yazarımızın kamil qələm məhsulları özünəməxsus dəst-xətti ilə sosial şəbəkədə  seçilməkdədir. Aygül xanımın səhifəsinə baxmaqla onun fəlsəfi dünyasının kamilliyinə heyran qalmaya bilirsən.
Gəncliyini belə elmi-fəlsəfi, publisistik düşüncələrini qələmə almaqla keçirən həmkarımızı artıq bu istiqamətdə tezliklə kitab müəllifi kimi də tanıyacağıq.
İllərin təcrübəsinə əsaslanıb deyərdim ki, indiyə kimi haqqında publisistik oçerklər yazdığım qəhrəmanlarımda bu qədər qeyri-adiliklərə rast gəlməmişəm.
Hadisə və faktlara orijinal yanaşmaları göstərir ki, qələm dostumuz ömrünü, ümumiyyətlə, yaradıcılığını buna həsr edib. 
İstərdim ki, sosial medada paylaşdığı fikirlərindən bəzi məqamlara birlikdə baxaq, əziz oxucu. Ona görə də yenidən sözü həmkarıma-qəhrəmanıma verirəm: “Yazı qələmə almaq, ürəyindən keçən hissləri məqaləyə çevirmək, kiminləsə bölüşmək istəyi insanda həmişə olmur. Bunun üçün mütləq hansısa bir məqam sənə daxilən “toxunmalı”, sevindirməli, iftixar hissi yaşatmalı və ya narahat etməlidir. Bu sətirlərin qələmə alınmasına da məhz belə bir məqam səbəb oldu.
Bu gün Azərbaycanın mərdlik nümunəsi olan gənclərin yetişməsi və torpaq uğrunda fədakarlıq göstərərək, şəhid olması, həqiqətən də, tariximizdə qürurla adlarını çəkdiyimiz Nəbilərin, Koroğluların, Babəklərin, eləcə də, Mübarizlərin, Poladların, Fəridlərin olduğunu göstərən faktlardır. Təkcə son aylarda müşahidə etdiyimiz və şahidi olduğumuz olaylar, bizlərə onu da deməyə əsas verir ki, bu torpaq hər zaman qorunacaq, düşmən mövqeyini məhv edəcəkdir. Bəs bu mərdliyi, mübarizliyi haqq savaşını öz daxili vicdan, kədər, sevinc hissi ilə dünyaya bəyan edən qardaş Türkiyə dediyimiz ölkədən gələn, ən şirin nemət olan canını təhlükəyə ataraq cəkilişlər edən hərbi mühabir Fulya Öztürk haqqında cəkişməli müzakirələr?!
44 günlük müharibə başlayandan 2 gün sonra, yəni 29 sentyabrda və ondan 15 gün sonra mən cəbhə bölgəsinə yol aldım. Burda şahidlik etdiyim qorxu, həyacan, şəhid, yaralılar bir ömür yaddaşımda silinməz izlər buraxdı. Gecəni səhərə qədər eşitdiyim avtomat, top, qrad səsləri... Hələ döyüş bölgəsinə çox yaxın yerdə böyük coşqu ilə qələbə xəbərini gözləyən kənd sakinlərindən müsahibə götürərkən mənim durduğum yerə 1 saat qabaq qrad düşüb atı parça-parça etdiyini eşitməyin qorxusu və daha nələr...

 

Təşəbbüskar nəşəsi!

 

Daha sonra erməni vandallarının Gəncəyə ikinci dəfə raket atışının səhəri mən doğma yurdum olan Gəncəyə yollandım. Şəhərin girəcəyindən toz-duman sanki insanların gözündə oxunan kədərin acısından, hadisə yerində bədəni tikə-tikə dağıntılar altından cıxarılan biryaşlı körpə, qanın icində küçəyə səpələnən uşaqların məktəb ləvazimatları, ah-nalə çəkən analar, atalar, bədəninin yarısı qonşu evin su çəninin üstünə düşən qadın cəsədi... Bütün bunları hönkürtü ilə lentə alarkən qışqırıb ağlamaqdan səsim batmışdı...


Bunları elə-belə qələmə almıram. Mənim şahidi olduğum 3 səfərin acısı Fulyanın 44 gündə gördüklərinin 10 faizi deyil. Mən bu xalqın vətəndaşıyam, amma Fulya bu xalqın vətəndaşı deyil...
Raketin başının üstündən keçib bir addımlığında partlaması, əlinin körpə cəsədinə dəyərkən keçirdiyi hissi, qışqırtını, Bərdədə ata-balanın qucaqlaşmış cəsədini görməyinin ürək ağrısı, zəfərimizdə gecə ilə küçəyə qaçıb zəfər sevincini yaşayan bu cəngavər qızın etdiklərini unudan xalqımın jurnalist adı altında gizlənən bacı-qardaşları...”


Aygül Bağırovanın,bu ürək ağrılı sətirlərini axıra kimi oxumağa gözlərimdə yaş, beynimdə ildırımların şaqqıltısı, müharibədəki vahimə qədər oldu. Biz Fulya Öztürkün xidmətlərini niyə belə dəyərləndirə, dərk edə bilmirik?!
Aygül xanımın daha bir yazısından bəzi məqamlara baxaq: “Son illərdə maraqlı şeylər öyrəndim – heç vaxt düşünmədiyim şeylər haqqında düşünmək, ya da bir şeyi təkbaşına etməkdə cəsarətli olmaq – məsələn, faydasız bir işi tərk etmək, nəinki orada boşuna zaman keçirmək. Bu təcrübə mənə müxtəlif hislər yaşatdı – qeyri-müəyyənliyə qarşı olan narahatlıqdan tutmuş, dərin düşüncələr və inanclara qədər – nəticələrə isə, qətiyyən şübhəm yoxdur. Necə deyərlər, təşəbbüskar nəşəsi!
Hər bir fərd təkrarolunmazdır, məna axtaran və məna yaradandır və özünü tapmaq üçün saysız-hesabsız güclü tərəfləri vardır. 

Həyat sürprizlərlə dolu qutuya bənzəyir

Karyeranın vasitə və ya məqsəd olması insanın yaşına və həyata necə baxmasından asılıdır. Yaşın, təcrübənin və ailə ənənəsinin də təsiri böyükdür. Əgər insan karyeraya pul qazanmaq üçün baxırsa, onda iş ön plana çıxır. Əgər sosial status olaraq görürsə, o zaman vəzifə və ünvan önəm qazanır. Əgər öz daxili (mənəvi) səyahətini həyata keçirməklə, fərqindəliyə çatmaq məqsədilə o pəncərədən baxırsa, karyerası həyat məqsədi olmuşdur. Mənim karyeram mənim həyat məqsədimdir...
Yuxarıdakıların heç biri asanlıqla əldə olunmur – onlar illərin nizam-intizamı və özünü-tanıma prosesi tələb edir. Lakin, hamısı çalışmaqla, zəhmətlə əldə olunandır. Heç birimiz mükəmməl deyilik. Hətta, əgər olsaydıq belə, bu cansıxıcı olardı. Daxilinizdəki əsl lideri tapmaq üçün zaman ayırın. Beləcə, dünyaya baxış tərzinizin və dünyanın sizi görmə üsulunun necə dəyişdiyini hiss edəcəksiniz...”
Budur həyat fəlsəfəsi və ağ yazı. Yazının rənginə baxıb onun müəllifinin kimliyini bilmək görün nə qədər asan imiş. Biz özümüz özümüzü tanımadan başqası haqqında fikir yürütməyimiz mənasız söz yığını deyilmi?
Aygül xanım deyir ki, həyat sürprizlərlə dolu qutuya bənzəyir. Bu qutunu necə açmaq və hansı şəkildə idarə etmək isə sənin əlindədir. Bəli, məhz sənin: “Həyata necə baxsan, həyat hekayən də o tərzdə yazılacaq. Bilirsiz, insanları həvəsdən salan, son ümidini belə itirməyə vadar edən nədir?
Biz hadisələrə çox vaxt səhv tərəfdən baxırıq və beynimizi səhv düşüncələrlə doldururuq. Bizə şans yaradan, fayda gətirəcək addımları atmaqdan qorxuruq, ya da ki, çəkinirik...”
Maraqlı olduğu qədər də düşündürücüdür: bəlkə də bu qorxularımız bizi əhatə edən insanların düzgün olmayan fikirlərinə qulaq asmaqdan irəli gəlir. Həyat sənin öz əlindədir. Onu necə idarə etmək səndən asılıdır, başqalarının fikrindən deyil.
Gedəcəyin istiqamətə öz gözünlə bax, ətrafındakıların gözü ilə deyil. Çünki öz həyatını yaşamaq, ruhunu hər gün daha da xoşbəxt etmək sənin haqqındır.

-Özünü sev...

Belə dərin düşüncələrlə  yüklənmiş gəncliyimizə gələcəyimizi nədən etibar etməyək ki? Mənə elə gəlir ki, bu kiçik yazısı ilə belə həmkarım təsdiqləyir ki, həyat fəlsəfəsi bütün elmlərdən alidir, Onu kamil bilmədən həyatı dırk etmək, öz yolunu açmaq və davam eləmək qeyri-mümkündür. Budur, həmkarım yazır: “...İnsan ilk özünü sevməlidir ki, ətrafında olan insanlara da sevgi hissini öturə bilsin.


-Dəyərini bil.
Bu dünya da insanın özündən daha dəyərli heçnə yoxdur. Lakin, çox az insan öz dəyərini anlayır və ona qiymət verir.
“Xoşbəxtlik nədir sənin üçün?” – deyə məndən soruşsalar, cavabında – “Xoşbəxtlik - dəyərimi anladığım, sevgimi hiss etdirdiyim andır”- deyə cavab verərdim.
Xırda bir şeyə o qədər sevinərsən ki…
Səmimi ol, olduğun kimi davran.
Bu həyatda nə kiməsə borclusan, nə də nəyəsə məcbursan.
Ən pis anından belə yaxşı nəticə çıxarmağa çalış. Müsbət düşün ki, qarşılığında həyat sənə, səni xoşbəxt edəcək hadisələrlə gəlsin.
Əlində olan bütün dəyərlərin qədrini bil. Bil ki, onları vaxtsız itirəndə peşiman olmayasan…”
Əziz oxucu, bu düşüncələrin müəllifi Aygül xanım deyir ki, bu anı yaşa, hiss etdir sevgini. Çünki, sevdiklərinin buna ehtiyaci var. Etdiklərini qarşılıq gözləmədən et. Həm qarşılıq gözləmədən, həm də sevgiylə, içindən gələn şəkildə.
Özünü xoşbəxt et. Kiminsə səni xoşbəxt edəcəyini gözləmə.
Nəinki özünü, həmçinin sevdiklərini də xoşbəxt et. Onların sevinci sənin xoşbəxtliyin olsun: “…Nə qədər ki, hələ gec deyil, həyatını necə yaşayacağına elə indidən qərar ver. Hər gününü daha da fərqli et.
PS. Yaşama səbəblərim iki balam
O qədər gözəldir ki…
Sizin ruhunuzu dinlədiyim qədər, 
Hissinizin əksi olan ruhumu 
Sizə dinlətmək... 
O qədər gözəldir ki... 
Uçuşan hisslərimin qanadlarında, 
duyğularımızı qəlbimin 
ənginliklərinə aparıb, 
sizinlə paylaşmaq... 
O qədər gözəldir ki... 
Və baş-başa qalan arzularımızı
ümidlər astanasında həyata kecirmək... 
Və xəyal adlı dünyanızı, 
Gerçək dünyamızda sizə
yaşatmaq...”

 

Şəxsiyyətin kamillik səviyyəsi 

 

Bilmirəm, fikrimi qəhrəmanımın öz fəlsəfi düşüncələri ilə yekunlaşdırmaq, yoxsa gecənin qaranlıq bağrını ağ qoçla qara qoçun yuxulardakı döyüşünün sonu ilə bitirmək daha yaxşı olardı? Bildiklərimin bilmədiklərimdən nə qədər az olduğunun fərqinə vardım. Həyat başdan-başa fəlsəfədir. Ağ yazıların müəllifləri bu fəlsəfənin açmasını xeyirlə şərin mübarizəsində görür.
Həmkarımın fikirlərindən biri də diqqətimi çəkir. Deyir ki, mən həmişə insanda üç cəhətə xüsusi önəm vermişəm; tərbiyəyə, istedada və zəhmətə: “Bu üç element bir-birilə birləşəndə insan kimliyindən asılı olmayaraq, daha kamil və daha müdrik təsir bağışlayır. Ən azından ona görə ki, bu cür insanlarla söhbət edəndə, ünsiyyət yaradanda onlardan yalnız müsbət enerji alırsan. Hiss edirsən ki, qarşındakı dünyanı dərk edən və həyatın hər cür çətinliklərini görmüş, ayların, illərin sınağından keçmiş bir insandı, bir ziyalıdı...
Əgər ziya işıq, aydınlıq, nur deməkdirsə, ziyalı statusuna malik olan bir şəxs bu işığın, bu aydınlığın, bu nurun daşıyıcısıdır.Hər bir şəxsiyyətin kamillik səviyyəsi onun qarşıya qoyduğu nəcib amal və məqsədlərdə, ülvi niyyətlərdə ifadə olunur”.
Əziz həmkarım, bu yazı sizin həyat fəlsəfənizin qapısını açmaq üçün sizdən istənilən bir icazəni xatırlatdı özümə. Haqqınızda nəsə yaza bilərəmsə, nə xoş mənə, baxmayaraq ki, bunlar 30-a yaxın kitabın, minlərlə müxtəlif mövzu və janrlarda hələ keçmiş sovetlər dönəmindən bugünədək qələmini külüng kimi çalan söz adamının yığcam fikirləridir.

 


 "Azərbaycan" qazetinin əməkdaşı Azərbaycan Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüş jurnalist-publisist, Avrasiya Senet-Kültür, Bilim ve Edebiyyat Federasiyonunun, Türk Dünyası Yazarları Dərnəyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" və Məmməd Araz ali media mükafatları laureatı, 30 kitabın 100-ə yaxın ədəbi-bədii kitabın redaktoru və naşiri, onlarla bədii-publisistik kitabın öz söz müəllifi.

Məhəmməd Nərimanoglu !!!





Oxşar xəbərlər


Xəbər lenti
İranın Naxçıvanla bağlı bu addımı ciddi araşdırılmalıdır” - Tənzilə Rüstəmxanlı
2026-03-08
Qadınların  hüquqları Azərbaycanda necə qorunur? - Özləri DANIŞDI
2026-03-08
Dövlət qadın siyasəti və müasir Azərbaycan qadınının inkişaf strategiyası
2026-03-07
Azərbaycan qadını – tərəqqimizin aparıcı qüvvəsi və milli dəyərlərimizin əbədi dayağı
2026-03-07
Azərbaycan qadını: tarixdən gələn güc və dövlətçilik nümunəsi
2026-03-07
Naxçıvana ölüm yağdırmaq cəhdi Tehranın siyasi əxlaqdan kənar olduğunu sübuta yetirir" - DEPUTAT
2026-03-06
“İran ermənilərdən də betər davranış sərgiləyir” - Deputatdan sərt açıqlamalar
2026-03-06
“Azərbaycan qazının 16 ölkəyə çatdırılması güclü mövqeyimizin göstəricisidir” - Günay Ağamalı
2026-03-06
Deputat: “Azərbaycan istənilən təxribatın qarşısını almaq iqtidarındadır”
2026-03-06
“TikTok”da canlı yayımda qəlyan çəkdi – 750 manat cərimələndi
2026-03-05
Heydər Əliyev və Müstəqil Azərbaycan Konstitusiyası: Gənclərin Düşüncəsilə” layihəsi uğurla yekunlaşıb
2026-03-05
Qax Rayon İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə İdman Günü"nə həsr olunmuş toplantı keçirilib
2026-03-05
İranın Naxçıvana hücumu Azərbaycana qarşı açıq şəkildə təxribatdır"
2026-03-05
Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcı
2026-03-05
Uğurlu enerji diplomatiyası Azərbaycanın beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirir
2026-03-05
Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır
2026-03-05
Acizliyin sarıq altındakı nümunəsi…
2026-03-05
Cənub Qaz Dəhlizi və Yaşıl Enerji gündəliyi: Azərbaycanın enerji strategiyasında yeni mərhələ
2026-03-05
Bu gün Azərbaycan enerji ilə təkcə iqtisadiyyatını deyil, həm də öz gələcəyini qurur
2026-03-05
“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır"
2026-03-05
Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir
2026-03-02
“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”
2026-03-02
Ədalətli Qələbənin və əyilməz ruhun təcəssümü
2026-03-02
“Xocalı Həqiqətlərindən Tarixi Zəfərə”
2026-03-02
Prezidentin mesajları: “Mübarizənin siyasi, hüquqi və mənəvi yekunu idi”
2026-02-28
Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadacaq Memorial Kompleks
2026-02-27
Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı ədalətin təntənəsidir.
2026-02-27
Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı Azərbaycan dövlətçiliyinin yaddaşa, tarixə və ədalətə verdiyi dəyərin parlaq ifadəsidir
2026-02-27
Xocalıda cinayət törədənlər təkcə ermənilər deyildi" - Deputat 34 il öncəki faciəni xatırladı
2026-02-27
ANA VƏTƏN PARTİYASININ BƏYANATI
2026-02-27