Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Azərbaycan–Ukrayna münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin mətbuata bəyanatı strateji tərəfdaşlığın dərinləşməsini təsdiqləyir
SİYASƏT
Azərbaycan–Ukrayna əlaqələri humanitar sahədə güclənərək əməkdaşlıq səviyyəsinə yüksəlib"
SİYASƏT
İrəvanın təhsil tarixi: Milli yaddaşımızın bərpası istiqamətində mühüm addım: Günay Ağamalı 
SİYASƏT
Azərbaycan-Latviya əməkdaşlığı
SİYASƏT
İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır.
SİYASƏT
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
CƏMİYYƏT
Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində “Şəhərsalma və Memarlıq ili” çərçivəsində tədbir keçirilmişdir.
SİYASƏT
TÜRKPA-nın Baş Katibi Ramil Həsən deputat Azər Allahverənovla görüşüb 
SİYASƏT
Günay Ağamalı: “Qanunların hazırlanmasında analitik mexanizmlər və ictimai iştirak əsas rol oynayır”
SİYASƏT
"Prezidentin müraciəti Azərbaycanın qlobal iqtisadi sistemdə artan rolunun təzahürüdür" - Günay Ağamalı
SİYASƏT
Alimentin azaldılması GÜNDƏMDƏ – Boşanmaların sayına da TƏSİR EDƏCƏK?
SİYASƏT
Energetik içkilər səhhətimizə belə təsir edir - Qanunun sərtliyi qaçılmazdır
SİYASƏT
Rəsmi Bakı qlobal siyasi prosesləri yönləndirən əvəzolunmaz aktordur”
SİYASƏT
Deputat: “Milli maraqlara təsir edən paylaşımların yayılması...”
SİYASƏT
"Qarşıya qoyulan məqsəd rifahlı və təhlükəsiz həyatın qurulmasıdır" - DEPUTAT DANIŞDI
SİYASƏT
“Antalya Diplomatik Forumunda iştirak Azərbaycanın qlobal nüfuzunun təsdiqidir”
CƏMİYYƏT
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev – müasir Azərbaycanın memarıdır” mövzusunda tədbir keçirilib  
SİYASƏT
Qaranlıq gözlərə nur parlayan akademik Zərifə xanım Əliyeva
SİYASƏT
Zərifə xanım elm aləmində peşə oftalmologiyasının əsasını qoymuşdur.
SİYASƏT
Əbədiyaşar elm xadimi
SİYASƏT
Tibb elminə həsr olunmuş ömür
SİYASƏT
Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
SİYASƏT
Salyanda Akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib.
SİYASƏT
Zərifə Əliyevanın– elmi fəaliyyəti
SİYASƏT
Azərbaycanın İranla son diplomatik təmasları bölgədə sabitliyin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir
SİYASƏT
Zərifə Əliyeva: Həyatını elmə və insanlara həsr etmiş böyük Alim
SİYASƏT
Azərbaycan qadınının zəka və zəriflik simvolu - akademik Zərifə Əliyeva
SİYASƏT
Şərəfli ömür və nümunəvi fəaliyyət yolu - Akademik Zərifə Əliyeva
SİYASƏT
Unudulmaz alim, qayğıkeş insan
SİYASƏT
ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA  

XİN Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb

2024-04-04 09:40:22 414 baxış
Xəbər şəkil

 

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb.

 

XİN-dən verilən məlumata görə, bəyanatda deyilir:

 

“4 aprel tarixi Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur.

 

Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən hərbi işğalı zamanı, habelə hazırkı postmünaqişə dövründə mina təhdidindən əziyyət çəkən, çoxsaylı mina qurbanları verən ölkəmiz mina təhlükəsi ilə ciddi şəkildə mübarizənin vacib olduğunu vurğulayır.

Ermənistan tərəfindən hətta postmünaqişə dövründə belə davam etdirilən mina təhdidi bölgədə aparılan bərpa və yenidənqurma işlərini, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini ləngitməklə yanaşı, vətəndaşlarımızın həyat və sağlamlıqları üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır.

44 günlük Vətən müharibəsi və münaqişənin bitməsindən sonra belə Ermənistan üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Laçın yolundan qeyri-qanuni məqsədlər, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə edib. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bu faktı təsdiqləyir. 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən sonra, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması bu təhdidin miqyasını sübut edən faktlardır. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirib.

Ermənistan tərəfindən davam etdirilən mina təhdidi nəticəsində demək olar ki, gündəlik əsasda baş verən mina partlayışları zamanı postmünaqişə dövründə ümumilikdə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həlak olub.

İndiyədək baş vermiş mina hadisələrinin coğrafiyası, onların əksəriyyətinin keçmiş təmas xəttindən kənarda, xüsusilə mülki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdikləri məkanlarda baş verməsi Ermənistanın mina təhdidinin məqsədyönlü şəkildə mülki əhali arasında itkilərin çox olmasına yönəldiyini sübut edir. Bu da öz növbəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı mövcud etnik nifrət və dözümsüzlüyün növbəti təzahürüdür.

Ölkəmiz tərəfindən bu təhdidə son qoymaq məqsədilə minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən təqdim edilməsinə dair dəfələrlə çağırışlara baxmayaraq, bu ölkə uzun bir müddət ərzində ümumiyyətlə belə xəritələrin mövcudluğunu inkar edib. Beynəlxalq ictimaiyyət tərəfindən göstərilən təzyiqlər nəticəsində təqdim olunmuş, minalanmış ərazilərin kiçik bir hissəsinin əhatə olunduğu məlumatların etibarlılığı isə cəmi 25% təşkil edib. Son dövrlərdə baş verən mina hadisələrinin 55%-dən çoxu təqdim olunmuş məlumatların əhatə etdiyi ərazilərdən kənarda baş verib.

Ermənistan tərəfindən mina təhdidinə münasibətdə sərgilənən davranış postmünaqişə dövründə bölgədə dayanıqlı sülh və etimad quruculuğu istiqamətində görülən tədbirlərə daha bir zərbədir.

4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycan bir daha beynəlxalq ictimaiyyəti Ermənistanın mina təhdidinin qınanılması, bu ölkə tərəfindən mina xəritələrinin təqdim olunması, eləcə də Azərbaycanda mina təhdidinin aradan qaldırılması istiqamətində dəstək göstərmək məqsədilə ardıcıl tədbirlər görməyə çağırır”.





Oxşar xəbərlər


Xəbər lenti
Azərbaycan–Ukrayna münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin mətbuata bəyanatı strateji tərəfdaşlığın dərinləşməsini təsdiqləyir
2026-04-25
Azərbaycan–Ukrayna əlaqələri humanitar sahədə güclənərək əməkdaşlıq səviyyəsinə yüksəlib"
2026-04-25
İrəvanın təhsil tarixi: Milli yaddaşımızın bərpası istiqamətində mühüm addım: Günay Ağamalı 
2026-04-25
Azərbaycan-Latviya əməkdaşlığı
2026-04-23
İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır.
2026-04-23
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
2026-04-23
Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində “Şəhərsalma və Memarlıq ili” çərçivəsində tədbir keçirilmişdir.
2026-04-23
TÜRKPA-nın Baş Katibi Ramil Həsən deputat Azər Allahverənovla görüşüb 
2026-04-23
Günay Ağamalı: “Qanunların hazırlanmasında analitik mexanizmlər və ictimai iştirak əsas rol oynayır”
2026-04-23
"Prezidentin müraciəti Azərbaycanın qlobal iqtisadi sistemdə artan rolunun təzahürüdür" - Günay Ağamalı
2026-04-22
Alimentin azaldılması GÜNDƏMDƏ – Boşanmaların sayına da TƏSİR EDƏCƏK?
2026-04-22
Ruhumuzun qayıdışı: Milli kimliyimizi yaşadan rəsm əsərləri!
2026-04-21
TÜMER və "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi arasında tərəfdaşlıq haqqında memorandum imzalanıb
2026-04-21
Energetik içkilər səhhətimizə belə təsir edir - Qanunun sərtliyi qaçılmazdır
2026-04-21
Rəsmi Bakı qlobal siyasi prosesləri yönləndirən əvəzolunmaz aktordur”
2026-04-21
Deputat: “Milli maraqlara təsir edən paylaşımların yayılması...”
2026-04-20
"Qarşıya qoyulan məqsəd rifahlı və təhlükəsiz həyatın qurulmasıdır" - DEPUTAT DANIŞDI
2026-04-19
“Antalya Diplomatik Forumunda iştirak Azərbaycanın qlobal nüfuzunun təsdiqidir”
2026-04-19
Salyan Suvarma Sistemləri İdarəsindən nümunəvi addım: Kənd sakinlərinə operativ dəstək
2026-04-16
Günay Ağamalı: “Qərbi Azərbaycanın Musiqi Ənənələri Milli Yaddaşımızın Sönməz Çırağıdır"
2026-04-15
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev – müasir Azərbaycanın memarıdır” mövzusunda tədbir keçirilib  
2026-04-15
Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb
2026-04-15
“Zərifə xanımın həyatı və fəaliyyəti sübut etdi ki, əsl alim olmaq üçün həm də böyük insan olmaq lazımdır” - Günay Ağamalı
2026-04-15
Qaranlıq gözlərə nur parlayan akademik Zərifə xanım Əliyeva
2026-04-15
Zərifə xanım elm aləmində peşə oftalmologiyasının əsasını qoymuşdur.
2026-04-15
Əbədiyaşar elm xadimi
2026-04-15
Tibb elminə həsr olunmuş ömür
2026-04-15
Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
2026-04-15
Salyanda Akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib.
2026-04-14
Hər bir uşaq sevgi və diqqətə layiqdir!
2026-04-14