image image

Davamlı inkişafın göstəriciləri

image


     Ölkə rəhbəri cənab İlham Əliyev daim çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Azərbaycanın regional inkişafda əldə etdiyi uğurlar nəticəsində bölgələrimiz ölkənin milli iqtisadiyyatının dinamik və davamlı inkişafına təkan verən aparıcı bir qüvvəyə çevrilmişdir. Bu gün bölgələrimiz arasında gedən sağlam rəqabət diqqətdən kənarda qalmır. Ölkə Prezidentinin Fərmanları əsasında təsdiqlənən Regional İnkişaf Proqramlarının uğurlu icrası hər bir bölgənin simasının yenilənməsində, şəhərlə kənd arasında fərqin aradan götürülməsində, yeni iş yerlərinin yaradılmasında aydın ifadəsini tapır. Bölgələrimizdə infrastruktur layihələrinin uğurlu icrası hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir.
      Dövlət başçısı cənab İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bugünədək icrası başa çatdırılan, eyni zamanda, qarşıdakı dövrdə icrası nəzərdə tutulan layihələrdən geniş bəhs edərək bu reallığı da diqqətə çatdırdı ki, Azərbaycan güclü, öz gücünə, imkanlarına arxalanan dövlətdir. Hazırda azad Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur. Cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, iradəsini göstərir. Nəzərdə tutulan hər bir layihə icra ediləcək. Hər bir layihənin əhəmiyyəti var. Su ehtiyatları məhdud olan Azərbaycan bu sahədə də özünü tam təmin etmiş olacaq.
     Bu gün dünyada baş verən iqlim dəyişiklikləri bəşəriyyəti su problemləri ilə üz-üzə qoyub. Dünyanın əksər ölkələri içməli sudan və əkin suyundan korluq çəkir. Bu problemlər Azərbaycandan da yan keçməyibdir. Ölkəmizdə də son illər əkin suyuna, içməli suya olan tələbat artıb və müəyyən çətinliklər hiss  olunmaqdadır. Bu çətinliklərin qarşısının alınması məqsədilə ölkə rəhbəri cənab İlham Əliyev son illər ölkənin su təsərrüfatının genişləndirilməsi, yeni su ehtiyatlarının yaradılması istiqamətində çox mühüm tədbirlər həyata keçirmişdir. Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması, yeni kanalların çəkilməsi, kollektor şəbəkələrinin artırılması bu sahəyə göstərilən qayğının, diqqətin bir nəticəsidir. Cənab Prezidentin bu günlərdə imzaladığı Qarabağ və Şirvan suvarma kanallarının yenidən qurulması haqqında sərəncamlar  iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatının sürətli inkişafına təkan verəcəkdir. Çünki aydın faktdır ki, yay aylarında istər taxıl, istər pambıq, istər digər kənd təsərrüfatı sahələri sudan xeyli dərəcədə korluq çəkir. Dövlət Su Ehtiyatları Agentliyi bu sahədə mühüm tədbirlər görməsinə baxmayaraq, yenə də problemləri tam aradan qaldırmaq mümkün olmur. Ancaq bu iki böyük kanalın yenidən qurulması və onların sukeçirmə imkanlarının artırılması bilavasitə bu çətinliklərin aradan qaldırılmasına hesablanıbdır və Şirvan kanalı vasitəsi ilə 10 rayonun, Qarabağ kanalı vasitəsi ilə 9 rayonun su təchizatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər kənd təsərrüfatının inkişafı ilə bərabər, insanların həm də rahatlığını təmin edəcək, təsərrüfatlarda məhsuldarlığı artıracaq və sahibkarların əlavə gəlir mənbəyini təmin edəcəkdir. Bu kanalların çəkilməsi ilə əlaqədar 100 min hektarlarla əkin sahələri suvarılacaq və yaşayış məntəqələri su ilə təmin ediləcəkdir. Şirvan suvarma kanalının təməlqoyma mərasimində cənab İlham Əliyevin söylədiyi kimi, “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir” kəlmələri qarşıya yeni öhdəliklər, yeni vəzifələr qoyur. Çünki statistika göstərir ki, bu sahədə ölkəmizdə ciddi çatışmazlıqlar mövcuddur. Belə ki, istər əkin suyu, istərsə də içməli su xeyli dərəcədə itkiyə gedir. 39 faiz içməli suyun, 40 faiz əkin suyunun istifadəsiz qalması və itkisi bilavasitə laqeydliyin nəticəsi sayılmalıdır. Ona görə də su ehtiyatlarının yaradılması və ondan səmərəli istifadə edilməsi nəinki müvafiq orqanın, hər bir vətəndaşın borcu sayılmalıdır və bu sahədə qənaətcillik mütləq gözlənilməlidir. Çox yaxşı haldır ki, işğaldan azad olunmuş ərazilərimizdə, Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resurslarının bu gün nəzarətə götürülməsi və gələcəkdə bu resurslardan səmərəli istifadə olunması üçün əsaslı tədbirlərin görülməsi deməyə imkan verir ki, həmin ərazilərdə müasir texnologiyaların tətbiqi nəticəsində gələcəkdə taxılçılığın, meyvəçiliyin, bostançılığın, üzümçülüyün inkişafı mümkün olacaqdır. Qarabağ və Şirvan suvarma kanallarının yenidən qurulması gələcəkdə sahibkarlığın inkişafı üçün geniş meydan açacaq və ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verəcəkdir.


    Ramil Novruzov, 
    Salyan Sukanal sahəsinin mühəndisi





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...