Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"

Qonşuluğa xəyanət və qanlı cinayətlər haqda bir neçə söz...

2022-03-29 23:00:12 2968243 baxış
Xəbər şəkil


 
    Tarixin bütün zamanlarında Azərbaycan tolerant bir məmləkət olması, burada yaşayan bütün insanlara etnik mənsubiyyətinə, irqi əlamətinə və dini inancına görə fərq qoyulmaması ilə seçilib. Multikultural dəyərlər həmişə ölkəmizi dünyaya, bəşəri mədəniyyətə açıq bir məkan kimi tanıdıb. Humanizm prinsipləri, insanpərvərlik duyğuları, sülhsevərlik amalı zaman-zaman xalqımızı yüksəldib.
  Niyətimiz qurub-yaratmaq olub, yaxın-uzaq xalqlara sevgi ilə yanaşmışıq, heç kimin torpagında gözümüz olmayıb. Amma təəssüf ki, bu sivil keyfiyyətlər, ali dəyərlər xalqımıza hədsiz faciələr yaşadıb. Düşmən dairələrin himayəsi ilə XX əsrdə tarixi ərazilərimizdə dövlət qurmuş erməni toplumu bununla kifayətlənməyərək xalqımıza qarşı soyqırımı və deportasiya siyasətini davam etdirmiş, çağdaş nəsllərimizi yer üzündən silmək, torpaqlarımıza sahiblənmək üçün zor və vəhşiliyin bütün üsullarından bacardığı qədər istifadə etmişdir.
   Terror, soyqırımı, vandallıq erməni faşist ideolgiyasını gerçəkləşdirmək üçün dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Bir sözlə bu başabəla toplum adını tarixə qonşuluğa xəyanətlərlə və qanlı cinayətlərlə yazmışdır. Bu vəhşiliklər onların milli xislətini dönə-dönə dünyaya sərgiləmişdir.
  Zaman-zaman erməni qəsbkarlarının vətənimizə qarşı təcavüzkar həmlələri qanlı aksiyalarla müşayiət olunmuşdur. Torpaqlarımızı ələ keçirməklə “Böyük Ermənistan” fantaziyasını gerçəkləşdirmək istəyən ermənilər XX əsr boyu soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçimişlər. Azərbaycan xalqına qarşı törədilən ən dəhşətli faciələrdən biri olan 1918-ci ilin mart soyqırımı tarixdə qanlı izlər qoymuşdur. Bu qırğınlar Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi amnasızlıq və qəddarlıqla törədilmişdir.
 Xalqımız üçün əziz olan, milli bayram sayılan Novruz günlərində başlayıb aprelin əvvəllərinədək davam etmiş bu mütəşəkkil soyqırımı zamanı Bakı şəhəri, quberniyanın digər şəhər və qəzalarında on minlərlə dinc sakin etnik, eləcə də dini mənsubiyyətinə görə qətlə yetirilmiş, işgəncələrə məruz qalmışdır. Bütün bunlar azmış kimi, yaşayış məntəqələrimiz yerlə-yeksan edilmiş, mədəniyyət abidələrimiz, məscidlərimiz, hətta qəbiristanlıqlarımız kütləvi surətdə dağıdılmışdır. Qeyri-insani əməllərinə davam etdirərək daha da azğınlaşan erməni silahlı quldur dəstələri qanlı əməllərini Azərbaycanın digər bölgələrində- Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və başqa yerlərdə kütləvi qətllər törətmiş, talanlar və etnik təmizləmələr aparmışlar. Həmin dövrdə on minlərlə insan amansızlıqla qətlə yetirilmişdir. 1918-ci il 30 mart-3 aprel günlərində Bakı Soveti qoşunları və daşnak silahlı dəstələri Bakı şəhəri də daxil olmaqla, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur eləcə də digər ərazilərdə 30 mindən çox azərbaycanlınıın həyatına son qoymuş, yüz minlərlə soydaşlarımızı öz torpaqlarından didərgin salmışlar.
  İnsanlıqdan kənar əməlləri milli qəhrəmanlıq sayan erməni cəlladları qoca, qadın hətta, uşaq belə tanımadan dinc əhalini kütləvi olaraq qətlə yetirmiş,  onları qılıncdan, süngüdən keçirmiş, hətta diri-diri yandırmaqdan çəkinməmişlər. Ölkəmizi bir neçə gün ərzində xarabazara çevirmiş daşnakxislət silahlı dəstələr təkcə Şamaxı hadisələri zamanı bu qəzanın 72 kəndində 7 min soydaşımızı, o cümlədən 1653 qadını, 965 uşağı qətlə yetirmişlər. Digər qəzalarda da ermənilər əliyalın insanlara aman verməmiş, onları ya öldürmüş, yada didərgin salmışlar.
  1918-ci il iyul ayının 15-də Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə İstintaq Komissiyası həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-nın erməni qəsbkarlığına məruz qaldığını müəyyən etmişdir. Amansız qətliamlar törədilmiş bölgələrdən biri də Quba qəzasının şəhər və kəndləri olmuşdur. Quba şəhərində törədilmiş soyqırımı zamanı burada öldürülənlərin sayının 2 min 900-a çatmış, qəza üzrə isə ümumilikdə 4 min nəfərdən çox olmuşdur. Soyqırım nəticəsində qəzanın 122 kəndi dağıdılmış, 2 min 750-dən çox ev yandırılaraq tamamilə məhv edilmişdir. Tədiqatlar nəticəsində məlum olmuşdur ki, ermənilər dinc əhaliyə təkcə odlu silahlarla deyil, küt alətlərlə də divan tutulmuşdur.
   Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarını milli yaddaşda əbədiləşdirmək üçün ölkəmiz müstəqillik qazanandan sonra ümummilli lider Heydər Əliyev 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin tarixi sənədlə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması, eləcə də həqiqətlərin dünyaya çatdırılması işinə dövlət səviyyəsində start verilməsinin də təşəbbüskarı ulu öndər Heydər Əliyevin olmuşdur.  
  Fərmanın müddəalarının gerçəkləşdirilməsi xalqımıza qarşı törədilmiş davamlı soyqırımı aksiyalarının tədqiq edilib sistemləşdirilməsinə xidmət edir. Ötən illərdə soyqırımı aksiyalarının öyrənilməsi istiqamətində ciddi addımlar atılmış, bir çox əsərlər yazılaraq xarici dillərə tərcümə edilmişdir. Aparılan araşdırmalar nəticəsində yeni faktlar aşkar edilmiş, qiymətli sənədlər toplanılmışdır. Bundan əlavə, adıçəkilən işlərin tamamlanması istiqamətində Quba şəhərində kütləvi məzarlıq aşkarlanmışdır. Beləliklə, erməni faşizminin ifşası baxımından önəmli olan, qanlı həqiqətlərin ictimaiyyətin nəzərinə çatdırılmasına hesablanan zəruri addımlar atılmışdır.
  Erməni-bolşevik siahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı həyata keçirdikləri bəşəri cinayətlər haqda həqiqətlərin ölkəyə və dünyaya daha ətraflı, dolğun şəkildə ötürülməsi məqsədi ilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalamışdır. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr edilmiş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmışdır. Milli Məclisə isə mart soyqırımının 100 illiyi ilə əlaqəli xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir. Erməni vəhşiliyinin, torpaqlarımızda törədilmiş qətllərin, soydaşlarımıza qarşı amansız aksiyaların beynəlxalq miqyasda tanıdılması və bu qanlı əməllərin ölkə hüdudlarından kənarda ifşa edilməsi davamlı səylər göstərilməsini tələb edir.
   Tarix şahiddir ki, Qafqaza fitnəkar siyasət nəticəsində köçürülmüş, Azərbaycan torpaqlarında özlərinə isti yuva tapmış erməni davakar toplumu bu regiona zəhərli millətçilik, vəhşilik, insanlığa zidd əməllər gətirmişdir. Ermənilərin 30 ildən bəri Qafqazı qanlı faciələr meydanına çevirməsi, Azərbaycanın tarixi Qarabağ bölgəsini işğal edərək viran qoyması, minlərlə soydaşımızı qətlə yetirməsi, 1 milyon insana öz yurdunda qaçqın-köçkün taleyi yaşatması bu başabəla toplumun milli kimliyini, insanlığa qənim kəsilən faşist ideologiyasına qul olmasını bütün dünyaya sərgiləmişdir.
  Lakin bütün bunlar nəhəng bir bumeranqa çevrilərək, nəhayət, ermənilərin özlərinə dəymişdir. Xalqımızın Prezident İlham Əliyevin Komandanlıgı ilə Qarabağ Zəfəri ermənilərin qanlı cinayətlərinin qarşılığı olaraq zehniyyəti zəhərlənmiş bu ölkəni rəzil bir məğlubiyyətə uğratmışdır. Çünki biz haqlı idik və haqlı oldugumuz üçün qalib gəldik. Haqqa qarşı vuruşan isə sonunda məglub olur, nankor qonşularımız kimi!

Rəşad Mahmudov,
Tibb Elmlər Doktoru, 
Milli Məclisin üzvü





Oxşar xəbərlər


Xəbər lenti
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
2026-09-17
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
2026-09-17
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
2026-09-17
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
2026-09-17
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-09-17