image image

“ŞİRVAN FK” komandası qazandığı uğurlarla, daim irəliyə doğru inamla addımlayır.

image

 

Tərtər rayonu, Tərtər Olimpiya İdman Kompleksində “TƏRTƏR FK” – “ŞİRVAN FK” komandası ilə yoldaşlıq oyunu keçirildi. “TƏRTƏR FK” 2 ⚽ 3  ŞİRVAN FK” hesabla “Şirvan FK”-un üstünlüyü ilə qalib gəldi.
Oyun başlamamışdan öncə dünən axşam Rusiya-Moskvada “Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı nəticəsində ölənlərin xatirəsi bir dəqiqəlik sukutla yad edildi.Bu terror aktını şiddətlə qınayır, "Şirvan FK"-u həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralalanlara isə tezliklə şəfa diləyirik.
Allahın Quranda əmr etdiyi ibadətlərdən biri də Oruc tutmaqdır. Oruc ibadəti ilk insandan bu günə kimi Allahın buyurduğu ibadətdir. “ŞİRVAN FK” komandasının rəhbər heyyət və oyunçularla birlikdə Oruc tutanların sayı 15 nəfərdən çoxdur. Səfərdə olan kəs istərsə oruc tutar, istərsə də orucunu aça bilər. Şəriətə görə orucu açmaq daha yaxşıdır. Bunun səbəbi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) kəlamıdır: "Səfərdə ikən oruc tutmaq təqvadan (Allah qorxusu) deyil". Səfər oyunumuz olduqca uzaq məkanda  yerləşdiyindən (220 km – 2 saat 30 dəqiqə) 20 km sonra qaydalara uyğun olaraq orucumuzu açdıq. Buraxılan hər gününün əvəzinə başqa günlərdə eyni sayda oruc tutulacaqdır. Allah Azərbaycanımızı, Ali Baş Komandanımızı, Müzəffər Dövlətimizi, Xalqımızı qorusun, oruc və namazmızı qəbul etsin.
Komandamız “AVROPA KURSLARI”-nın sponsorluğu ilə hazırlanmış yeni formamızla meydanda olduqca baxımlı futbol oynadılar bu da futbol klubunun bütün üzvlərinin gərgin əməyinin nəticəsidir. Hər bir keçirilən yoldaşlıq görüşlərində oyundan-oyuna inkişaf etmək deməkdir, daha güclü, səviyyəli futbolçu kimi yetişməsinə kömək etməkdir. Yoldaşlıq görüşlərindən sonra “ŞİRVAN FK” komandasını yaxşı analiz edərək növbəti oyunlara hazırlıqlarımızı davam etdirik. Oyunçularımız da özlərini müsbət tərəfdən göstərməyi bacarırlar, meydanda maksimum güclərini, bacarıqlarını nümayiş etdirirlər. Komanda sürətli hücumlarla rəqibləri gözləmədiyi anda qol vurmağı bacarırlar.

 
Hörmətlə “ŞİRVAN-FK” Şirvan Futbol Klubunu Təsisçisi, Şirvan Futbol Klubunda Ümumi işlər üzrə Vitse-Prezidenti :Məmmədov Taleh

 

 





















Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...