image image

Prezident İlham Əliyevin Kəlbəcər və Laçına səfər zamanı səsləndirdiyi fikirlər Azərbaycan dövlətinin öz qətiyyətli mövqeyini əks etdirir

image

 

Prezident İlham Əliyevin 26 iyun tarixində Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri zamanı səsləndirdiyi fikirlər Azərbaycan dövlətinin öz qətiyyətli mövqeyindən bir addım da geri çəkilmədiyini, bütün strateji hədəflərinə doğru addım-addım irəlilədiyini göstərir, həmçinin bu səfər tarixi və strateji əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti torpaqlarımızı işğaldan azad edərək tarix yazan şanlı və qalib Ordunun Müzəffər Ali Baş Komandanı kimi çıxışında ölkəmizin prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi, hazırkı hərbi-siyasi vəziyyəti dəqiq qiymətləndirdi, Ermənistana, onun havadarlarına ünvanlanmış açıq və konkret mesajlar verdi. Bir daha aydın oldu ki, siyasi və hərbi-strateji şərait tam Azərbaycanın nəzarətindədir. Öz milli gücü vasitəsilə ərazi bütövlüyünü bərpa edən və hazırda bütün şərtləri diktə edən Azərbaycan istənilən təxribat cəhdinin qarşısını almaq, revanşizm təfəkkürü ilə yaşayan erməni faşizminin başını əzmək iqtidarındadır.


Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşməni torpağımızdan qovdu, düşməni diz çökdürdü, onu məcbur etdi ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Kəlbəcər bir güllə atılmadan azad edilmişdir. Azərbaycan 44 günlük Vətən müharibəsində bir çox mifi darmadağın edərək reallığın nədən ibarət olduğunu təkcə işğalçı Ermənistana deyil, hələ də müstəmləkəçilik təfəkkürü ilə yaşayan mərkəzlərə, ermənipərəst və islamofob dairələrə sübut etdi. Azərbaycan Ordusu “qəhrəman erməni əsgəri”, “görkəmli erməni sərkərdələri” kimi mifi darmadağın etdi. Rəşadətli Ordumuz döyüş meydanında öz sözünü dedi, ancaq əliyalın insanlarla müharibə aparmaq qabiliyyətinə malik olan erməni cəlladları qaçıb gizləndilər. Xocalıda dinc əhalini qıran Koçaryan, Sarkisyan, Ohanyan kimi canilər rəşadətli Ordumuzun qarşısına çıxmaqdan qorxaraq Yerevana qaçdılar. Azərbaycan Silahlı Qüvvələri “yenilməz erməni ordusu” mifini də məhv edərək təcavüzkar qüvvələrə layiqli cəza verdi. Bunu görmək istəyənlər xalqımızın çoxəsrlik tarixinin bənzərsiz qələbəsi olan tarixi Zəfərimizin rəmzi kimi çıxış edən Hərbi Qənimətlər Parkına nəzər salsınlar.
 Prezident İlham Əliyev səfər zamanı, həmçinin Azərbaycan dövlətinin milli maraqlara əsaslanan bütün məsələlərdə prinsipial yanaşma ortaya qoyduğunu diqqətə çatdırdı. Bu kontekstdə işğal dövründə Azərbaycanın təbii sərvətlərini talayan xarici şirkətlərin cinayətlərinin gündəmə gətirilməsi xüsusi əhəmiyyətə malikdir. Dövlətimizin başçısı bu şirkətlərin iki yolu olduğunu – ya təzminat ödəyəməli olduqlarını, ya da beynəlxalq məhkəməyə veriləcəklərini vurğuladı. Bu, heç şübhəsiz, haqlı və ədalətli mövqedə olan Azərbaycanın qətiyyətinin bariz nümunəsi, milli gücünün ifadəsidir.
Bunlarla yanaşı, dövlətimizin başçısı Azərbaycanın strateji hədəfləri, perspektivə baxışı və çoxşaxəli fəaliyyət istiqamətləri ilə əlaqədar konkret məsələlərə toxundu. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq prosesi, zəruri infrastruktur yaradılması istiqamətində işlərin ardıcıl olaraq davam etdirildiyini, ölkəmizin “Böyük qayıdışı” ən yüksək səviyyədə davam etdirmək əzmində olduğunu nəzərə çatdırdı.Dövlətimizin başçısının “Biz Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır”, “Biz harada lazım bilsək, orada da duracağıq” fikirləri isə qalib Liderin qəti iradənin, əzmin və prinsipial mövqeyinin ifadəsidir. Nəticə etibarilə, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan dövlətinin öz qətiyyətli mövqeyindən bir addım da geri çəkilmədiyini, bütün strateji hədəflərinə addım-addım irəlilədiyini göstərir.

Rüfət Muradov, İmişli RİH başçısı aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...