image

Bakı və İrəvan: Nəqliyyat əlaqəsinin bərpasından kim daha çox qazanacaq?

image

 

 

 

Rusiya Federasiyası Baş nazirinin müavini, İqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədri, eyni zamanda bölgəni iqtisadi və nəqliyyat əlaqələrini açmaq üçün Üçtərəfli İşçi Qrupunda Rusiyanı təmsil edən Aleksey Overçuk hökumətin mətbu orqanı “Rossiyskaya Qazeta”ya verdiyi müsahibədə Azərbaycan və Ermənistanın həyata keçirə biləcəyi nəqliyyat və kommunikasiyaların blokdan çıxarılması sahəsindəki layihələrin perspektivləri barədə fikirlərini bölüşüb.

Rusiya Baş nazirinin müavini qeyd edib ki, xoşməramlı iradə ilə Cənubi Qafqazda nəqliyyat əlaqəsi açılacaq, ticarət inkişaf edəcək, hər iki ölkənin iqtisadiyyatı inkişaf üçün yeni güclü impuls alacaq və insanların həyatı yaxşılaşacaq.

“Əsası odur ki, belə xoşməramlı iradə var. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin birgə üçtərəfli bəyanat imzalayıblar. Bunun əsasında regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün Baş nazirlərin müavinlərinin birgə sədrlik etdiyi Üçtərəfli İşçi Qrup yaradılıb. Əvvəlcədən həmkarlarımızla sağlam düşüncəyə əsaslanan yanaşmanı seçmək barədə razılığa gəldik. Azərbaycanla Ermənistan arasında münasibətlər çox mürəkkəb, çoxqatlı və tarixin dərinliklərinə gedib çıxır. Çoxları qorxunc faciə yaşayıb, doğma yerlərini tərk edib, ən yaxın adamlarını itirib. Bu hər zaman xatırlanacaq. Bu gün elə etmək lazımdır ki, faciə insanların evlərinə yenidən qayıtmasın. Bunun üçün isə yaraları sağaltmaq lazımdır, bir-biri ilə danışmağı və birgə dinc gələcəyi qurmaq üzərində işləməyi öyrənmək lazımdır.

Reallıq ondadır ki, bizə yaxın və dost olan bu xalqlar qonşu olublar, indi də, bundan sonra da qonşu olacaqlar. Oradakı insanlar dinc yaşamaq, uşaqlarını böyütmək, nəvələri ilə oynamaq istəyirlər. Regionda iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı danışıqların bütün iştirakçıları məhz bu mövqedən çıxış edirlər. Hamı öz xalqı üçün yaxşı həyat qurmaq istəyir. Rusiya bu məsələdə onlara kömək edir.

Baş nazirlərin müavinlərinin qiyabi danışıqları 2021-ci ilin yanvarında başlayıb, yanvarın 30-da üç nümayəndə heyəti danışıqlar masasına əyləşib. Azərbaycanla Ermənistan arasında bu cür məsələlər daha əvvəl heç vaxt belə səviyyədə, predmetli şəkildə müzakirə olunmayıb”, – deyə A. Overçuk vurğulayıb.

O bildirib ki, tarixdə müharibə edən tərəflərin qısa müddətdən sonra nəqliyyat əlaqələrini açmaq və ölkələrinin iqtisadiyyatlarının inkişafı üçün şərait yaratmaq vəzifəsi ilə danışıqlar masasına oturduqlarına dair az nümunə var: “Bütün bunlar danışıqların formatını xüsusi edir və iştirakçıların liderləri tərəfindən qarşıya qoyulan vəzifələrin həllini tapmağa can atdıqlarını vurğulayır.

Ən əvvəldən başlanğıc nöqtəsini tapmaq vacib idi. Bu iki ölkə arasında münasibətlərin əvvəlki tarixi təcrübəsi belə bir dəstəyi vermədi, ancaq başlanğıc nöqtəni tapmaq istəyi sözün əsl mənasında havada uçuşurdu.

Bu yanaşma iki ölkə arasındakı bütün mümkün dəmir və avtomobil yollarının müzakirəsinə keçməyə imkan verdi. Ermənistan ərazisindən keçməklə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi imkanları nəzərdən keçirilir. Eyni zamanda, Azərbaycan ərazisindən keçməklə Ermənistandan Rusiyaya və ya Ermənistan və Rusiyadan Naxçıvan yolu ilə İrana hərəkətə başlamaq vəzifələri həll olunur. Bundan əlavə, Ermənistan Orta Asiya ölkələrinə və oradan Ermənistana yük daşımaq üçün Xəzər dənizindəki Azərbaycan limanlarından istifadə etmək imkanına sahib ola bilər”.

Rusiya Baş nazirinin müavini qeyd edib ki, Üçtərəfli İşçi Qrupu çərçivəsində regionun blokdan çıxarılması ilə bağlı predmetli danışıqlar gedir: “Bu vəzifənin həllində açar müstəqilliyini qazandığı gündən bloklanmış ölkə olan Ermənistanın blokdan çıxarılmasıdır.

İqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə Üçtərəfli İşçi Qrupunun iclası

Məlumdur ki, Ermənistanın dənizə çıxışı yoxdur. Ermənistanın Türkiyə və Azərbaycanla çox mürəkkəb tarixi münasibətləri var və bu ölkələrlə sərhədləri bağlanıb. Ermənistanın İranla kiçik bir quru sərhədi var, lakin çətin relyef və pis yollar tam nəqliyyat əlaqələrinə mane olur. Bundan əlavə, İranın özü də vəziyyətə təsir edən məhdudlaşdırıcı tədbirlər görür”.

A. Overçuk Ermənistanın dünya ilə nəqliyyat əlaqəsinin ancaq Gürcüstan vasitəsi ilə olduğunu xatırladıb: “Yuxarı Lars beynəlxalq buraxılış məntəqəsi Rusiyaya yeganə quru marşrutdur. Bu avtomobil keçidi məhdud buraxılış qabiliyyətinə malikdir və il ərzində bir neçə həftə hava şəraiti ilə əlaqədar nəqliyyatın hərəkəti üçün bağlı olur. Orada yüzlərlə yük maşını toplanır. Onlar yolun açılmasını, hərəkətin bərpasını gözləyirlər ki, Rusiyaya və Rusiyadan yükləri daşısınlar. Bu, “butulka boğazı” iqtisadi inkişafı saxlayır, miqrasiya prosesinə mənfi təsir edir və Ermənistana öz potensialını açmağa və onun çiçəklənən ölkəyə çevrilməyə imkan vermir.

Regionda nəqliyyat blokadasının aradan götürülməsi Rusiya, Avrasiya İqtisadi Birliyi və bütün qonşu ölkələr üçün vacibdir.

Bununla yanaşı, Ermənistan Fars körfəzindəki İran limanlarını Qara dəniz limanları ilə, həmçinin Baltik dənizindəki və Sakit okeandakı Rusiya limanlarını birləşdirən böyük bir beynəlxalq nəqliyyat mərkəzinə çevriləcək. Müasir tarixdə bu cür imkanlar heç vaxt açılmayıb. Şübhəsiz ki, bu yeni konfiqurasiyada əsas benefisiarlar Azərbaycan və Ermənistan olacaq. Rusiya bu məsələdə onlara və regiondakı bütün ölkələrə kömək edir.

Üçtərəfli İşçi Qrup çərçivəsində Azərbaycan və Ermənistanı birləşdirən bütün mümkün dəmiryolu və avtomobil marşrutları araşdırılıb.

Yazda Nəqliyyat Nazirliyinin, Rosavtodor və Rusiya Dəmir Yollarının mütəxəssisləri bu ölkələrin sərhəd bölgələrində çalışıblar. Hər bir avtomobil və dəmir yolunu araşdırıblar, iki ölkə arasında ticarət daşımalarının imkanlarını qiymətləndiriblər. Yol səthlərinin, dəmir yollarının, körpülərin, yolların altında qalan boruların vəziyyəti qiymətləndirilib. Təəssüf, demək olar ki, bütün marşrutlar yararsız vəziyyətə düşüb və nəqliyyat əlaqələrinin bərpası ciddi investisiyalar tələb edir. Mütəxəssis işinin nəticələrinə əsasən, tərəflər nəqliyyat əlaqələrini açmaq üçün gələcək addımları müəyyənləşdirə biliblər.

İşin bir hissəsi də hüquqi məsələlərlə əlaqədardır. Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər yoxdur. Keçid məntəqələri, gömrük, ümumiyyətlə qonşu ölkələr arasında mövcud olan heç nə yoxdur. Son 30 ildə həm Azərbaycan, həm də Ermənistan aralarında hərəkəti mümkünsüz etmək üçün hər şeyi edib. Bu yığılmış ağrılı problemlərin həll edilməsi lazımdır. Bütün beynəlxalq normativ hüquqi aktların inventarlaşdırılması aparılır. Hər şeydən əvvəl, bu, MDB-yə aiddir. Çünki həm Ermənistan, həm də Azərbaycan MDB-nin üzvüdür.

Elə alınıb ki, hər dəfə hansısa çoxtərəfli müqavilələr imzalanarkən, Ermənistan və Azərbaycan nümayəndələri bu müqavilələr barədə qeydlərini ediblər. İki ölkə arasında nəqliyyat əlaqələrinin həyata keçirilməsinə mane olan bu cür qeydlər aradan qaldırılmalıdır.

30 ildən çox iki ölkənin dövlət aparatları sistemli şəkildə bir-birinə qarşı işləyib. İndi isə onlar həll yolu axtarmalı və kompromislər tapmalıdırlar.

Bu, insanlar üçün çətindir, çünki əvvəlki həyatın bütün yükünü daşıyırlar. Azərbaycan və Ermənistan bunları həyata keçirməyə hazır olduqlarına qərar verdikdə, nəqliyyat əlaqələrini bərpa etmək mümkün olacaq. Əsası yaxşı gələcəyi görməkdir və əlbəttə, vacibdir ki, indi heç kəs bu və belə mürəkkəb münasibətləri daha da çətinləşdirən addımlar atmasın”.

Kanal4.az

Manşet xəbərləri

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...

27 Sentyabr-Anım Günü Cəlilabad rayonunda geniş qeyd olunub-FOTO

Cəlilabad rayonunda 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbirkeçirilib. Cəlilabad şəhərindəki Şəhidlər Xiyabanında təşkil olunmuş Anım...

Biləsuvar rayon icra başçısı 27 nəfər vətəndaşın müraciəti dinlənildi-FOTO

Biləsuvar rayon İcra Hakimiyyətinə müraciət edən vətəndaşların növbətionlayn qəbulu keçirilib. Keçirilən qəbul zamanı rayonun şəhər və...

Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə aksiyası keçirib

Sentyabrın 25-də Baş Prokurorluğun, Respublika Hərbi, Bakı şəhərvə paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Azərbaycan Prokurorluğunun...