Antiterror əməliyyatları zamanı şəhid olan Ülvi Bağırovun doğum günü qeyd olundu — FOTOLAR
2023-cü ilin 19 sentyabr tarixində baş verən antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan Ülvi Bağırovun bu gün cənnətdəki ilk doğum günüdür.
Kanal4.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Deputatı Günay Ağamalı şəxsi Facebook hesabında paylaşım edib .
Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayır. 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri zamanı ağır yaralanan və 7 ay boyunca komada olan Bağırov Ülvi Hənifə oğlu bütün səylərə baxmayaraq, 2024-cü ilin aprel ayında şəhidlik zirvəsinə ucalıb.
Qəhrəman şəhidin Cənnətdəki ilk mövludu ailəsi, yaxınları, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yad edilib. Milli Məclisin deputatı Günay Ağamalı mərasimdə iştirak edib.
Tədbirdə şəhidin keçdiyi şərəfli yol, onun həyat uğrunda apardığı 7 aylıq mübarizəsi və Vətən uğrunda canından keçməsi böyük hörmət və ehtiramla anılıb.


