image

SOCAR cə DİN strateji obyektlərin mühafizəsini müzakirə ediblər

image

 

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji obyektlərinin mühafizəsini həyata keçirən Daxili İşləri Nazirliyi Baş Mühafizə İdarəsinin və SOCAR Təhlükəsizlik İdarəsinin rəhbər heyətləri arasında obyektlərdəki mühafizə xidmətinin etibarlılığının daha da artırılması ilə bağlı müzakirə aparılıb.

Kanal4.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, Təhlükəsizlik İdarəsinin rəisi Füzuli Hacıyev və rəis müavinləri, DİN Baş Mühafizə İdarəsinin rəis müavini Daşqın Mehdiyev, aidiyyəti mühafizə idarələrinin rəisləri və SOCAR-ın Baş ofisin mühafizəsinin təşkili və hərbi səfərbərlik şöbəsinin rəisi Cavad Tinayevin iştirak etdikləri toplantıda SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun və boru kəmərlərinin mühafizəsinin gücləndirilməsi, eləcə də SOCAR və DİN arasında əməkdaşlığın inkişafı və koordinasiyanın təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

 

İştirakçılar mövcud mühafizə şəraiti, texniki imkanlar və obyektlərin daha etibarlı mühafizəsinin təşkili ətrafında fikir mübadiləsi aparıblar.

Hazırda SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən genişmiqyaslı modernizasiya və yenidənqurma layihəsi müəssisənin mühafizə və təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyəyə qaldırılmasını tələb edir.



Cənubi Qafqaz regionunun yeganə neft emalı müəssisəsi olan Zavodda hər il 6 miyon tona yaxın neft emal edilərək Azərbaycanın yanacaq və digər neft məhsullarına olan tələbatını təmin edir, məhsulun bir hissəsi isə ixrac olunur. Modernizasiya layihəsi nəticəsində 2022-ci ildən etibarən Avro-5 standartına cavab verən yanacaq məhsullarının istehsalına başlanılması planlaşdırılır. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu şirkətin Sumqayıtda yerləşən neft-kimya müəssisələrinin əsas xammal təchizatçısıdır. Qeyd olunan amillər müəssisənin mühafizəsinin və əməliyyatların təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanılmasını şərtləndirir.

Kanal4.az 

Emin Xuduyev

Manşet xəbərləri

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...

27 Sentyabr-Anım Günü Cəlilabad rayonunda geniş qeyd olunub-FOTO

Cəlilabad rayonunda 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbirkeçirilib. Cəlilabad şəhərindəki Şəhidlər Xiyabanında təşkil olunmuş Anım...

Biləsuvar rayon icra başçısı 27 nəfər vətəndaşın müraciəti dinlənildi-FOTO

Biləsuvar rayon İcra Hakimiyyətinə müraciət edən vətəndaşların növbətionlayn qəbulu keçirilib. Keçirilən qəbul zamanı rayonun şəhər və...

Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə aksiyası keçirib

Sentyabrın 25-də Baş Prokurorluğun, Respublika Hərbi, Bakı şəhərvə paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Azərbaycan Prokurorluğunun...