“Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda keçirilən tədbir zamanı əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı ümümmilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yığıncaq iştirakçılarını salamladıqdan sonra xalqımıza bu Zəfəri və qürur hissini yaşadan Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında döyüşən Azərbaycan ordusunun, torpaqlarımızın azadlığı uğruna canlarını fəda etmiş əziz şəhidlərimizin qəhrəmanlıqları olduğunu diqqətə çatdıraraq bildirmişdir ki, Azərbaycan xalqı heç vaxt Ermənistanın işğalçı siyasətini qəbul etməmiş və bu işğala qarşı hər zaman mübarizə aparmışdır. Danılmaz faktdır ki, “Azərbaycan xalqı və dövləti heç vaxt işğal faktı ilə barışmayacaq” deyən Prezident İlham Əliyev Vətən müharibəsinə qədər münaqişənin həlli ilə bağlı qətiyyətli mövqeyini dəfələrlə ifadə etmiş, lakin mənfur düşmən terrorçu əməllərindən əl çəkməmiş, xalqımıza qarşı diversiyalar törətməkdə davam etmişdir. Xüsusilə 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci ildə Tovuzda baş verən döyüşlərdə Azərbaycan Ordusu ermənilərə qarşı qətiyyətli cavab verməsinə baxmayaraq, Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmişdir.
Nəhayət 2020-ci il 27 sentyabr tarixində yenidən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata son qoymaq və öz ərazilərini işğaldan azad etmək üçün Ali Baş Komandanımız İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Bununla da Zəfər yürüşünə start verildi və əks-hücum əməliyyatları uğurla davam edərək, dövlətimizin ərazi bütövlüyü uğrunda müqəddəs Vətən Müharibəsinə çevrildi. Milli ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövrün hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ermənistan ordusu və ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu. Mərd oğullarımız alınmaz qala hesab olunan Şuşaya piyada, döyüşə-döyüşə qalxdılar. Təbii istehkam olan Şuşanın sıldırım qayaları ilə şəhərə daxil olan igidlərimiz əlbəyaxa döyüşlə düşməni məhv etdi.
Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün Kapitulyasiya Aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı.
Sonra, Ermənistanın 10 noyabr bəyanatının şərtlərini açıq-aşkar pozması yeni zərurət yaratdı. Ağdam, Kəlbəcər, Laçın müharibəsiz Azərbaycana təhvil veriləndən sonra ordumuz digər yüksəkliklərə nəzarəti həyata keçirdi. Nəhayət ötən ilin sentyabrın 20-də ordumuz antiterror tədbirləri həyata keçirərək cəmi 23 saat ərzində bütün Qarabağı separatçılardan təmizlədi. Üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Əsgəranda dalğalandı.
Sözü ilə əməli bir olan Müzəffər Ali Baş Komandanımız 20 il bundan əvvəl ilk dəfə andiçməsi zamanı “Əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq” deyərək xalqa verdiyi sözü yerinə yetirdi.
Bu gün cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Azərbaycanı Heydər Əliyevin arzuladığı bir səviyyəyə çatdırıb, görmək istədiyi ölkəyə çevirib. Sözün əsil mənasında həyatını xalqımızın xoşbəxtliyinə həsr edən Ulu Öndərin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” ifadəsi, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” ifadəsi tam reallığa çevrilib.
Azərbaycan dövləti möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi sayəsində inkişaf edir və çiçəklənir. İşğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa-quruculuq işləri aparılır və həmin ərazilərə soydaşlarımızın sevinc hissi ilə qayıdışı təmin olunur. Ölkəmiz dünya dövlətləri arasında layiqli mövqeyə və nüfuza malikdir.
Görüşdə iştirak edən partiya fəallarından Təhsil sektorunun müdiri Elnur Qasımov və digərləri ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətdən bəhs edərək, Azərbaycanı qorumaq, onun müstəqilliyinin və suverenliyinin daimi, əbədi olması üçün hər bir vətəndaşın üzərinə böyük öhdəliklər düşdüyünü qeyd etdilər.
Tədbirin sonunda “Təhsil sektoru” Ərazi Partiya Təşkilatının sədri Balakişiyev Salman Vəli oğluna anadan olmasının 65 illik yubileyi münasibətilə YAP Göygöl Rayon Təşkilatı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə təqdim olundu.
Yubilyar ona göstərilən diqqət və qayğıya görə Partiya rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...