Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

CƏMİYYƏT
Günay Ağamalı: “İnsan azad danışa bilər, amma əxlaqı tapdalaya bilməz”
SİYASƏT
Məkrli niyyətlərin ifşası
SİYASƏT
İranda baş verən hər bir qeyri-sabitlik birbaşa regiona təsir edir
SİYASƏT
“Cənab Prezidentin sülhlə bağlı mövqeyi bir daha sübut edir ki...”
SİYASƏT
"Məhz bu faktor Vaşinqtonu ehtiyyatla hərəkət etməyə sövq edir" - AÇIQLAMA
SİYASƏT
Sistemli tədbirlər fasiləsiz və dayanıqlı su təminatına hədəflənib
SİYASƏT
“İpək Yolu Gənclər Platforması: İnnovasiya, Liderlik və Regional Əməkdaşlıq”
SİYASƏT
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası: milli kimliyin və müasir inkişafın strateji modelidir
SİYASƏT
Dənizə buraxılan sular 100 faiz təmizlənməlidir
SİYASƏT
Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür
CƏMİYYƏT
Laçınlı Gənc Prezidentə müraciət etdi.
SİYASƏT
Regional inkişaf proqramlarının uğurlu icrası ölkəmizin tərəqqisində xüsusi rol oynayır
SİYASƏT
İranda baş qaldıran həqiqət: Zülmün, saxta dindarlığın və susqunluğun sonu
SİYASƏT
Millət vəkili  Culfa şəhərində seçicilərlə növbəti görüşü keçirilib
GÜNDƏM
Yeni Klinikada varikoz xəstəliyinin lazerlə müalicəsinə başlanılıb
SİYASƏT
Regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyan Dövlət Proqramı
SİYASƏT
Regional  inkişaf proqramlarının uğurlu icrası ölkəmizin tərəqqisində xüsusi rol oynayır.
SİYASƏT
Bakı və Abşeronda yeni infrastruktur dövrü
SİYASƏT
Dövlət Proqramı Bakı və Abşeron yarımadasının gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır
SİYASƏT
"Körpələrə milli ad qoymaq dilə hörmətin, kökə bağlılığın ifadəsidir"
SİYASƏT
Azərbaycan düşünülmüş və ardıcıl inkişaf yolu seçib"
SİYASƏT
Su təminatında beynəlxalq təcrübəyə əsaslanan innovativ yanaşmalar tətbiq edilir
SİYASƏT
ABŞ 35 beynəlxalq təşkilat və 31 BMT agentliyindən çıxır. 
SİYASƏT
“Ailəyə hazırlıq məsələsinə ciddi yanaşmalıyıq”
SİYASƏT
Prezidentin Bakı və Abşeronda su təchizatı ilə bağlı məsələni strateji müstəvidə gündəmə gətirməsi xüsusi əhəmiyyət kəsb edir - RƏY
SİYASƏT
Güclü iqtisadiyyat, müasir enerji siyasəti və dayanıqlı inkişaf xətti
SİYASƏT
Azərbaycanın enerji siyasəti: bərpaolunan enerji və yeni imkanlar
SİYASƏT
“Xızı–Abşeron” Külək Elektrik Stansiyası: Azərbaycanın enerji strategiyasında yeni mərhələ
SİYASƏT
“2025 Azərbaycanın xarici siyasətində tarixi dönüş oldu”
SİYASƏT
Yaşıl enerjiyə doğru inamlı addım: “Xızı-Abşeron” Külək Elektrik Stansiyası

COP29 çərçivəsində tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinq və mediatur keçirilib 

2024-10-30 18:59:52 164 baxış
Xəbər şəkil

Oktyabrın 30-da Yeni Klinikada COP29 çərçivəsində tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinq və mediatur keçirilib.  TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, tabeli tibb müəssisələrinin rəhbər heyəti, TƏBİB-in İcraçı direktorunun müavinləri, müşavirləri və struktur bölmə rəhbərləri, eləcə də media nümayəndələrinin və ictimai xadimlərin iştirakı ilə keçirilən brifinqdə tibbi xidmətlərin təşkili ilə bağlı ətraflı məlumatlar təqdim olunub.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov brifinqdə COP29 tədbiri günlərində tibbi xidmətlərin keyfiyyətli şəkildə təmin olunması üçün zəruri olan fəaliyyətlərin yüksək səviyyədə təşkil edildiyini bildirib:

“Dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 Azərbaycana bütün sahələrdə bir sıra dividendlər qazandıracaq, ölkəmizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verəcək. Belə miqyaslı tədbirin keçirilməsi üçün Azərbaycanın bütün dövlət və özəl qurumlarının üzərinə böyük məsuliyyət düşür. TƏBİB digər səhiyyə qurumları ilə yanaşı, zəruri tibbi xidmətləri keyfiyyətli şəkildə təşkil edib. Qeyd etməliyəm ki, bu istiqamətdə Səhiyyə Nazirliyi və COP29 Əməliyyat şirkəti ilə də koordinasiyalı olaraq çalışmışıq. TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin hər birinə baxış keçirilib və müəssisələrimiz zəruri tibbi xidməti təmin edə bilmək üçün hazır vəziyyətə gətirilib. 

Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım, uşaq təcili tibbi yardım, stasionar, reanimasiya şöbələri və əməliyyatxanası tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb. Sabunçu Tibb Mərkəzinə təhkim edilən Məhəmmədi modul tipli xəstəxanada reanimasiya və stasionar tipli olmaqla fövqəladə hallar üçün 370 çarpayı təmin edilib. Hava-damcı yolu ilə yayılan infeksion xəstəliklərlə yoluxanlara keyfiyyətli xidmət üçün Kliniki Tibbi Mərkəzin nəzdində modul tipli xəstəxanada 10 çarpayı ayrılıb. Mərkəzi Neftçilər Xəstəxanasında bütün zəruri tibbi avadanlıqlarla təchiz olunmuş Yanıq şöbəsi yaradılıb. Zəhərlənmə ehtimalları üzrə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müvafiq tibbi xidmətin göstərilməsi üçün çarpayılar ayrılıb”. 

V.Qurbanov  tədbir zamanı təcili tibbi yardım göstərəcək briqadalar barədə də məlumat verib: 

“60 briqada (həkim, orta tibb işçisi, sürücü daxil olmaqla), eləcə də 60 ədəd yeni ambulans ayrılıb ki, onun da 3-ü elektromobildir. Onu da qeyd edim ki, COP29 tədbiri ilə bağlı həm ayrılmış otellərdə, həm də tədbirin keçiriləcəyi məkanda təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmət edəcək. Bütün nöqtələr üzrə ambulanslar hərəkət edəcəyi halda isə, əvəzedici ambulansların təhkim olunması nəzərdə tutulub”.

TƏBİB-in İcraçı direktoru qeyd edib ki, təcili və təxirəsalınmaz tibbi yardım (TTTY) xidməti göstərəcək heyət üçün nəzərdə tutulan təməl həyat dəstəyi / təkmil həyat dəstəyi üzrə təlimlər keçirilib, 448 nəfər həkim, orta tibb işçisi və sürücü olmaqla bu təlimləri uğurla başa vurub. Xarici qonaqlarla daha rahat kommunikasiyanı təmin edə bilmək üçün 331 nəfər ingilis dili kurslarına cəlb olunub.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxış edərək COP29 tədbiri günlərində tibbi xidmətin yüksək səviyyədə təşkil olunması üçün bütün səhiyyə qurumlarının koordinasiyalı şəkildə fəaliyyət göstərdiyini bildirib:

"Əminəm ki, bu missiyanın öhdəsindən uğurla gələcəyik. Həm TƏBİB-in, həm Səhiyyə Nazirliyinin tabeli tibb müəssisələri, həm də özəl xəstəxanalar olmaqla toplam 9 xəstəxanada tibbi xidmətin təşkili üçün işlər görülüb. 

10 minlərlə qonağın şəhərimizə gələcəyini nəzərə alaraq yaranmış təcili hallarla əlaqədar müalicə tədbirləri ilə yanaşı, profilaktika istiqamətində də işlər görülüb. Gələn şəxslər arasında epidemik xəstəlik daşıyıcıları da ola bilər. Bunun üçün Beynəlxalq Hava Limanında termometrlər quraşdırılacaq ki, ilkin mərhələdə hərarət ölçülsün. Daha detallı müayinə üçün  zəruri diaqnostik testlərlə də təmin olunmuşuq. Şübhəli vəziyyət olarsa, həmin şəxslər təcrid olunaraq tez müalicəyə cəlb olunacaq. 

Hazırda poliklinikalarda qrip əleyhinə peyvəndlənmə də davam etdirilir, bu da COP29 tədbirində xidmət edəcək vətəndaşlarımız arasında qrip xəstəliklərinin ağırlaşmalarının və yayılmasının qarşısının alınmasına kömək edəcək.

Mehmanxanalarda, ictimai iaşə obyektlərində də epidemik xəstəliklərin yayılmasının qarşısını almaq üçün dezinfeksiya işləri də aparılacaq".

Sonda TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov geniş təqdimatla çıxış edərək həm xəstəxanalarda tibbi xidmətin təşkilindən, həm də təcili tibbi yardım briqadalarının təhkim olunduğu ərazilərdən bəhs edib: 

“Yarana biləcək təcili halları nəzərə alaraq təcili tibbi yardım xidmətinin işinin düzgün qurulması çox önəmlidir. Bu məqsədlə “103” Çağrı Xidmətində ingilis dilini bilən işçilərin növbəli fəaliyyəti təşkil olunub, 60 briqada hazır vəziyyətə gətirilib, Heydər Əliyev adına Beynəlxalq Aeroportda, Heydər Əliyev Mərkəzində, Atletlər kəndində, “Koroğlu”, “28 May”, “Elmlər Akademiyası” metrostansiyalarında, eləcə də qonaqların məskunlaşdığı ərazilərdə tibbi xidmətin göstərilməsi üçün həkim məntəqələri təşkil edilib. 

A.Nəsirov bildirib ki, qonaqların məskunlaşacağı hotel və mehmanxanalarda təcili tibbi yardım xidməti təşkil edilib, tədbirin keçiriləcəyi məkan və ərazilər üzrə ambulanslar, tibbi heyət ayrılıb, Bakı Olimpiya Stadionuna ambulanslar təhkim olunub və COP29 Qərargahında növbətçilik təşkil olunub”. 

Brifinqdə media nümayəndələrinin aidiyyəti üzrə sualları cavablandırılıb. Daha sonra Yeni Klinikada yaradılan şəraitlə əyani tanışlıq baş tutub, eləcə də tədbir üçün ayrılan ambulanslara baxış keçirilib.

Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: “İnsan azad danışa bilər, amma əxlaqı tapdalaya bilməz”
2026-01-18
Məkrli niyyətlərin ifşası
2026-01-16
İranda baş verən hər bir qeyri-sabitlik birbaşa regiona təsir edir
2026-01-15
“Cənab Prezidentin sülhlə bağlı mövqeyi bir daha sübut edir ki...”
2026-01-15
"Məhz bu faktor Vaşinqtonu ehtiyyatla hərəkət etməyə sövq edir" - AÇIQLAMA
2026-01-15
Sistemli tədbirlər fasiləsiz və dayanıqlı su təminatına hədəflənib
2026-01-14
“İpək Yolu Gənclər Platforması: İnnovasiya, Liderlik və Regional Əməkdaşlıq”
2026-01-14
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası: milli kimliyin və müasir inkişafın strateji modelidir
2026-01-14
Dənizə buraxılan sular 100 faiz təmizlənməlidir
2026-01-14
Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür
2026-01-14
Laçınlı Gənc Prezidentə müraciət etdi.
2026-01-14
Regional inkişaf proqramlarının uğurlu icrası ölkəmizin tərəqqisində xüsusi rol oynayır
2026-01-14
İranda baş qaldıran həqiqət: Zülmün, saxta dindarlığın və susqunluğun sonu
2026-01-14
Millət vəkili  Culfa şəhərində seçicilərlə növbəti görüşü keçirilib
2026-01-14
Yeni Klinikada varikoz xəstəliyinin lazerlə müalicəsinə başlanılıb
2026-01-14
Regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyan Dövlət Proqramı
2026-01-14
Regional  inkişaf proqramlarının uğurlu icrası ölkəmizin tərəqqisində xüsusi rol oynayır.
2026-01-14
Bakı və Abşeronda yeni infrastruktur dövrü
2026-01-14
Dövlət Proqramı Bakı və Abşeron yarımadasının gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır
2026-01-14
"Körpələrə milli ad qoymaq dilə hörmətin, kökə bağlılığın ifadəsidir"
2026-01-13
Azərbaycan düşünülmüş və ardıcıl inkişaf yolu seçib"
2026-01-13
Su təminatında beynəlxalq təcrübəyə əsaslanan innovativ yanaşmalar tətbiq edilir
2026-01-13
ABŞ 35 beynəlxalq təşkilat və 31 BMT agentliyindən çıxır. 
2026-01-13
“Ailəyə hazırlıq məsələsinə ciddi yanaşmalıyıq”
2026-01-13
Prezidentin Bakı və Abşeronda su təchizatı ilə bağlı məsələni strateji müstəvidə gündəmə gətirməsi xüsusi əhəmiyyət kəsb edir - RƏY
2026-01-13
Güclü iqtisadiyyat, müasir enerji siyasəti və dayanıqlı inkişaf xətti
2026-01-12

2026-01-11
Yaşıl enerjiyə doğru inamlı addım: “Xızı-Abşeron” Külək Elektrik Stansiyası
2026-01-11