image image

BRICS ilə əməkdaşlıq Azərbaycanın inkişafına yeni imkanlar yaradır

image

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Kazan şəhərində keçirilən BRICS+ sammitində iştirakı rəsmi Bakının çoxvektorlu diplomatiyası və uğurlu xarici iqtisadi əlaqələrinin növbəti təntənəsidir. BRICS-ə daxil olan ölkələrdə yaşayan əhali dünyanın demək olar ki, yarısını təşkil edir. Təşkilat üzvlərinin dünya iqtisadiyyatındakı payı isə ilbəil artır. Son onilliklərin tarixi təcrübəsi 2006-cı ildən fəaliyyət göstərən BRICS-in də çoxtərəfli diplomatiyanın daha bir uğurlu modelinə çevrildiyini göstərir. Təşkilatın Kazanda keçirilən builki sammitində 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətlərinin, o cümlədən 22 dövlət başçısının, BMT-nin Baş katibi Antonio Quterreşin qatılması sözügedən qurumun beynəlxalq çəkisini göstərir.  
BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib. BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzidir. Bu qurum qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verməkdədir. BRICS yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət göstərir. Ölkələrin BRICS-də təmsilçiliyə, bu təşkilatla sıx əməkdaşığa sövq edən əsas amillərdən biri də onun beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləməsidir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını almağa çalışmasıdır. Müasir dünyamızda buna çox böyük ehtiyac var. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin XVI BRICS sammitində iştirakı, ölkəmizin bu quruma göstərdiyi maraq Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olmasından irəli gəlir. Cənab İlham Əliyevin sammitin "Outreach"/"BRICS+" formatının ilk plenar iclasındakı çıxışı zamanı da qeyd etdiyi kimi, bu mövqe 2020-2023-cü illərdə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə əyani şəkildə nümayiş etdirilib. Azərbaycanın dördillik sədrliyində Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir. "Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq", - Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı. 
Bir faktı da qeyd edək ki, BRICS üzvlərinin böyük əksəriyyəti Qoşulmama Hərəkatında da təmsil olunurlar. Bu ölkələr siyasi coğrafiyada əksər hallarda "az inkişaf etmiş dövlətlər" adlandırılsalar da, belə bir bölgü hazırkı reallıqda şərti xarakter daşıyır. Çinlə Hindistan ciddi iqtisadi göstəricilər nümayiş etdirirlər, Rusiyanın iqtisadiyyatı isə Qərbin iki ildən çoxdur tətbiq etdiyi sanksiyaların qarşısında tab gətirməyə müvəffəq olub. Coğrafi yerləşməsinin üstünlüklərindən məharətlə istifadə edən Azərbaycan bu gün həm Çin, Rusiya və gündən-günə nüfuzu artan türk və müsəlman dünyası ilə, həm də Qərb dövlətləri ilə sıx və məhsuldar işbirliyindədir. Ölkəmiz ümumdünya yükdaşıma böhranı gerçəkliyində Şərqlə Qərbin arasında mühüm birləşdirici körpü rolunu oynayır. Çinlə Qərb dünyası arasındakı ticarətin əsas logistik marşrutlarından biri, özü də ən ucuz başa gələni bölgəmizdən keçir. Azərbaycan bu prosesin əsas iştirakçılarından olduğundan siyasi baxımdan hər iki tərəflə praqmatik işgüzarlığa əsaslanan münasibətlərə malikdir.  
Qeyd edək ki, BRICS-in gələcək tədbirlərində iştirak, bu qurumla sıx əməkdaşlıq Azərbaycan üçün əhəmiyyətlidir. Belə bir əməkdaşlığın ölkəmiz üçün iqtisadi faydaları da çox böyükdür. BRICS ölkələri dünya iqtisadiyyatının 28 faizini əhatə edir. Azərbaycanın BRICS-lə sıx əməkdaşlığı bu qrupun üzvləri ilə daha sıx ticarət və investisiya əlaqələrinin qurulmasına imkan verir. Xüsusilə enerji sahəsində potensial əməkdaşlıqlar ölkəmizin neft və qaz ixracının daha da genişləndirilməsi perspektivi yaradır. 
BRICS ölkələri geniş bazarlara malikdirlər. Azərbaycan bu ölkələrlə ticarət əlaqələrini genişləndirərək, öz ixrac məhsulları üçün yeni bazarlara çıxış əldə edə bilər. Xüsusilə kənd təsərrüfatı və qeyri-neft sektorunda inkişaf potensialı çox böyükdür. Ekspertlərin fikrincə, BRICS-in yaratdığı maliyyə institutları, çevik maliyyə mexanizmləri vasitəsilə infrastruktur layihələri üçün maliyyə dəstəyi əldə etmək də mümkündür. Bu imkanlar Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələrində, xüsusilə nəqliyyat və kommunikasiya sahələrində faydalı ola bilər. BRICS qlobal maliyyə sistemində daha balanslı bir nizam yaratmaq üçün çalışır ki, bu da ölkələrin qlobal maliyyə sistemində sərbəst hərəkət etməsinə, iqtisadi sabitliyin artırılmasına kömək göstərir. 
Bir məqamı da nəzərə almaq lazımdır ki, BRICS ölkələri enerji resurslarının əsas istehsalçıları və istehlakçılarıdır. Azərbaycan üçün bu ölkələrlə enerji sahəsində əməkdaşlıq yeni texnologiyaların və investisiyaların əldə olunması imkanlarını genişləndirir. 
Ümid edirik ki, BRICS təşkilatı müasir dünyamızda gərginliklərin aradan qalxması, ölkələr və xalqlar arasında əməkdaşlıqların qurulması, insanların rifahının təmin olunması yönündə mühüm nəticələr əldə edəcək və Azərbaycan da bəşəriyyətin bu günü və gələcəyi üçün bu prosesə töhfələrini əsirgəməyəcək.

 

Vüqar Ağayev
YAP Salyan rayon təşkilatının məsləhətçisi





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...