image image

“Şimal-Cənub” layihəsi Azərbaycan və Rusiya arasında güclənməkdə olan siyasi əlaqələrin real təsdiqidir

image

 

Bütün zamanlarda beynəlxalq əməkdaşlığa böyük önəm verən Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi geosiyasi maraqlarının gerçəkləşdirilməsi istiqamətində uğurlu siyasət yürüdür və qurduğu bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir. Dünyaya inteqrasiya edən Azərbaycan müxtəlif ölkələrlə qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsi üçün ciddi səy göstərir və bunun nəticəsidir ki, hazırda bir çox böyük dövlətlə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu ölkələrdən biri də Rusiya Federasiyasıdır. 
Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bunu həm siyasi münasibətlər, həm də iqtisadi əlaqələrin göstəriciləri də birmənalı olaraq təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, keçmiş SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. 
Xüsusilə son illərdə münasibətlərin yeni mərhələyə qədəm qoyması və siyasi əlaqələrdə əhəmiyyətli irəliləyişlərin müşahidə olunması dünyada getdikcə qütbləşmənin artdığı bir dövrdə olduqca müstəsna addımdır. Rusiyanın bir çox məsələdə Azərbaycana dəstəyi iki ölkəni bir-birinə yaxınlaşdıran ən böyük səbəblərdən biridir. 2022-ci ilin əvvəlində imzalanmış Bəyannamə əsasında iki ölkənin strateji tərəfdaşlıq və əməkdaşlıq sahələrində inkişafı yeni mərhələyə qədəm qoyub. Rusiya tərəfi Azərbaycanla ikitərəfli münasibətləri gücləndirməkdə maraqlı olduğunu bildirib. Yüksək səviyyəli görüşlər və bu görüşlər zamanı aparılan müzakirələr münasibətlərin daha da inkişafına yönəlib.
Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-də Azərbaycana dövlət səfəri, səfər əsnasında müxtəlif danışıqların aparılması, təmasların qurulması, bir sıra sənədlərin mübadiləsi də bunun əyani sübutudur.
Məlumdur ki, Azərbaycan bölgədə həm təhlükəsizlik, həm də idxal-ixrac əməliyyatları, iqtisadi əməkdaşlıq məsələlərinə daim önəm verir və Rusiya ilə son illərdə bütün sahələr üzrə sıx əməkdaşlıq mövcuddur. Bizim həm siyasi, hərbi, həm də humanitar sahədə əlaqələrimiz yüksək səviyyədədir. Azərbaycanın bölgə ölkələrinə neft-qaz layihələrində dəstək verməsi, nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin keçdiyi ərazidə yerləşməsi bu əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsinə də müsbət təsir göstərir.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan həm Qərb, həm Avropa, həm də MDB üzvləri, o cümlədən Rusiya ilə sıx əlaqələri var. Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş xarici siyasəti, uzaqgörən diplomatik kursu da bundan ibarətdir ki, biz həm Avropa, həm də Rusiya ilə eyni formada əməkdaşlıq edirik. Ölkəmiz həm neft-qaz layihələrinə, həm də iqtisadi və siyasi əlaqələrin qurulmasına töhfəsini verir.
Rusiya Azərbaycan üçün mühüm investor və ən böyük ticarət tərəfdaşlarından biridir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatıb və bu tendensiya davam edir. Rusiya lideri Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə məhdud tərkibdə keçirilən görüşdə deyib ki, iqtisadi-ticari əlaqələr uğurla inkişaf edir və bizim birgə fəaliyyətimizin istiqamətləri çoxdur. Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq dəyəri olan birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 127 müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da son hədd deyil. Rusiya Prezidenti deyib: "Bizim "Şimal-Cənub" layihəsinin reallaşdırılması üzrə birgə planlarımızı da xüsusi qeyd edərdim. Bu, bizə Hind okeanının sahillərinə çıxmağa və bu marşrutları qarşılıqlı fayda və qarşılıqlı maraq kontekstində istifadə etməyə imkan verəcək".
Rusiya və Azərbaycan prezidentlərinin Bakıda müzakirə etdikləri əsas mövzulardan biri "Şimal-Cənub" layihəsi oldu. Ukrayna müharibəsi fonunda Rusiya Asiya bazarına məhz "Şimal-Cənub" dəhlizindən çıxmaq istəyir. Azərbaycan üzərinə düşəni edib. İran ərazisindəki dəmir yolu modernləşdirilməli və Hindistanın gələcəkdə bu marşrutdan istifadəsi təmin olunmalıdır. Bakının üstünlüyü həm də ondan ibarətdir ki, Rusiya "Şimal-Cənub" nəqliyyat dəhlizində illərin sınağından keçmiş Azərbaycan ərazisindən istifadəyə üstünlük verir.
Şimal-Cənub Tranzit Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və daşıma vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind okeanı, Süveyş kanalı, Aralıq dənizi, Baltik dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün təşkil edirsə, Şimal-Cənub Tranzit Dəhlizi ilə bu müddət 20-25 gündür. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlər görülür. Azərbaycanın Astara stansiyasından İranın Astara şəhərinə qədər dəmir yolu artıq inşa edilib. Növbəti mərhələdə İran və Azərbaycan dəmir yollarının tam birləşdirilməsi üçün 167 kilometr uzunluğunda dəmir yolunun tikintisi yekunlaşandan sonra Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yolları bir şəbəkədə birləşəcək və Şimaldan İran körfəzinə qədər vahid dəmir yolu uzanacaq. Bu dəhlizin əsas üstünlüyü yüklərin çatdırılma müddətinin iki dəfədən çox azaldılmasıdır. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökumətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan Respublikası bu sazişə 20 sentyabr 2005-ci ildə qoşulub. Nəqliyyat dəhlizi Şimal və Cənub yarımkürələri arasında daha sürətli ticarət marşrutlarının yaradılmasında böyük rol oynayır. Dost Rusiya ilə daha bir regional əhəmiyyətə malik layihənin gerçəkləşməsi Azərbaycan və Rusiyanın daha da yaxınlaşmasına, iqtisadi və siyasi əməkdaşlığın güclənməsinə səbəb olacaq. Bir çox siyasi analitiklərin də qeyd etdiyi kimi, "Şimal-Cənub" layihəsi Azərbaycan və Rusiya arasında güclənməkdə olan siyasi əlaqələrin real təsdiqidir.
Əminliklə söyləmək olar ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri daha da genişlənəcək. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Rusiya-Azərbaycan münasibətləri bir çoxlarına nümunə olmalıdır və bütün bölgə ölkələri mehriban qonşuluq siyasəti istiqamətində əməkdaşlığı davam etdirməlidir.

 

Nübar Bayramova, 
Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru, YAP fəalı





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...